Rusiyalı psixoloqdan valideynlərə çağırış: Uşağı telefondan ayırmağın sirri qadağada deyil

Rusiyalı psixoloqdan valideynlərə çağırış: Uşağı telefondan ayırmağın sirri qadağada deyil
22.06.2026 08:00 Cəmiyyət

"Yay aylarında bir çox valideynin əsas məqsədi uşaqlarını smartfondan uzaqlaşdırmaq olur. Lakin əsl problem cihazın özündə deyil, maraqlı alternativlərin olmamasındadır".

TodayPress TV xəbər verir ki, bunu rusiyalı uşaq psixoloqu Darya Dugentsova Life.ru-ya müsahibəsində bildirib.

Mütəxəssisin sözlərinə görə, uşaqların, xüsusilə də yeniyetmələrin beyni həmişə ən əlçatan və cəlbedici həzz mənbəyini seçir. Məhz buna görə də telefonu sadəcə qadağan etmək əksər hallarda arzuolunan nəticəni vermir.

"Əgər uşaq telefonu sevirsə və siz onu sadəcə əlindən alaraq əvəzində darıxmağa məcbur edir və ya özünə məşğuliyyət tapmasını təklif edirsinizsə, bu, münaqişəyə səbəb olur. Nəticədə valideynlə uşaq arasındakı münasibətlər zədələnir və bunun heç bir müsbət nəticəsi olmur", - deyə psixoloq izah edib.

Ekspert qadceti əlindən almağı deyil, onun üçün cəlbedici alternativlər yaratmağı tövsiyə edir. Kiçik məktəbyaşlı uşaqlar üçün fəal oyunlar, idman, yaradıcı fəaliyyətlər, stolüstü oyunlar, ailə layihələri, gəzintilər, pikniklər və kvestlər uyğun seçim ola bilər.

Mütəxəssis bildirib ki, belə hallarda uşaqların yaddaşında daha çox bahalı əyləncələr deyil, parlaq emosiyalar və birlikdə keçirilən vaxt qalır. Məsələn, birlikdə hazırlanan pizza, ailəvi kvest və ya təbiət qoynuna təşkil olunan səfər.

Yeniyetmələrlə bağlı vəziyyət isə bir qədər mürəkkəbdir. Onlar üçün yaşıdları ilə ünsiyyət və müstəqillik hissi xüsusilə vacibdir. Buna görə də sadəcə asudə vaxtı doldurmaq kifayət etmir.

Könüllü layihələr, yaradıcılıq studiyaları, yay düşərgələri, mövsümi işlər, müxtəlif tədbirlərin təşkilində iştirak və birgə səfərlər smartfona yaxşı alternativ ola bilər.

Dugentsova valideynləri uşaqların darıxmasından qorxmamağa da çağırıb. Onun sözlərinə görə, məhz belə anlarda təxəyyül inkişaf edir və insanın sərbəst şəkildə özünə məşğuliyyət tapmaq bacarığı formalaşır.

"Ümumiyyətlə, uşaqlara darıxmağı öyrətmək lazımdır. Uşaq darıxmağa başlayanda özü üçün müxtəlif fəaliyyətlər düşünməyə başlayır. Yaradıcılıq, təşəbbüskarlıq və öz həyatını müstəqil şəkildə qurmaq bacarığı məhz belə yaranır".

TodayPress TV

NEWS FEED
22 JUNE 2026
Azərbaycanda bu şəxslərin pensiya yaşı artırılacaq 10:46 Yankoviç "Qarabağ"ı Türkiyə klubuna dəyişdi 10:40 Azərbaycanlılar Göyçə gölünün görüntüləri ilə gündəm oldu — VİDEO 10:38 Tarixi karvansaraya qanunsuz müdaxilənin qarşısı alındı 10:37 Bakı regionun aparıcı hava nəqliyyat mərkəzinə çevrilir - AZAL-dan mühüm addım 10:23 Neft bazarında zəifləmə davam edir - Birjalarda qiymətlər ürəkaçan deyil 10:13 Ermənistanda zəlzələ oldu 10:06 Məişət zəminində cinayət: 18 yaşlı qız oğlanı bıçaqladı 10:01 Türkmənistan Prezidenti Azərbaycanda dövlət səfərindədir 09:48 İspaniya DÇ tarixində unikal rekorda imza atdı 09:44 Starmer komandasını yığıb gedir - Britaniyada siyasi böhran 09:35 Ukraynadan növbəti zərbə – hədəf bu dəfə FSB oldu 09:36 İstifadəyə yararsız döyüş sursatları məhv ediləcək 09:19 Rusiya Qara dənizdə Türkiyə gəmisini vurdu: Ölənlər var - VİDEO 09:11 ABŞ Karib dənizində narkotik daşıyan katerə zərbə endirib - VİDEO 09:04 Qida çatışmazlığına səbəb ola biləcək istilər yaxınlaşır - ARAŞDIRMA 08:53 Ukrayna PUA-ları yenidən Moskva səmasında: HHM-lər aktivləşdi - VİDEO 08:33 Qətərin ən böyük qaz müəssisəsində partlayış baş verdi - YENİLƏNDİ 00:02 DÇ-2026: Misir Yeni Zelandiyanı məğlub etdi 08:19 Rusiyalı psixoloqdan valideynlərə çağırış: Uşağı telefondan ayırmağın sirri qadağada deyil 21:54 Yuxunuzu məhv edən gizli vərdiş 21:51 Beş milyard il sonra nə baş verəcək? - Günəşin Yerə təsiri ilə bağlı yeni proqnoz 21:49 Yaddaşı yaxşılaşdırdığı düşünülən omeqa-3 haqqında yeni faktlar üzə çıxdı 21:48 Süni intellektlə emosional söhbətlərin görünməyən riski: Mütəxəssis həyəcan təbili çaldı 21:46 Pikassonun oğurlanmış tablosu tapıldı 21:44 All News