Rüfət Mahmud: “İçərişəhərdə görülən işlər xaotik deyil, strateji plan əsasında ardıcıl icra olunub”

Rüfət Mahmud: “İçərişəhərdə görülən işlər xaotik deyil, strateji plan əsasında ardıcıl icra olunub”
23.12.2025 11:34 Cəmiyyət

"Qoruq ərazisində həyata keçirilən bütün layihələr xaos və parçalanmış yanaşma ilə deyil, əvvəlcədən müəyyənləşdirilmiş strateji çərçivə və sistemli fəaliyyət planı əsasında mərhələli şəkildə icra olunub".

TodayPress TV xəbər verir ki, bunu “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Rüfət Mahmud İçərişəhər və Qala qoruqlarında mədəni irsin mühafizəsi və təbliği üzrə görülən işlərin təqdim olunduğu ilin yekunlarına həsr olunmuş mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, bu yanaşma resursların səmərəli idarə edilməsinə və dayanıqlı nəticələrin əldə olunmasına imkan verib:

"İlk növbədə Qoruq İdarəsində institusional islahatlara başlanılıb. İdarəetmə strukturları optimallaşdırılıb, daha çevik, şəffaf və effektiv idarəetmə modeli tətbiq olunub. Maliyyə intizamı gücləndirilib, əməkdaşların bilik və bacarıqlarının artırılması məqsədilə təlim və inkişaf proqramlarına start verilib.

Qoruq idarəsinin nizamnaməsinə uyğun olaraq korporativ idarəetmə prinsiplərinin tətbiqi genişləndirilib, daxili proseslərin standartlaşdırılmasına başlanılıb. Eyni zamanda işçilərin əmək şəraitinin yaxşılaşdırılmasına xüsusi diqqət yetirilib, təhlükəsizlik və sosial təminat mexanizmləri optimallaşdırılıb".

İdarə heyətinin sədri əlavə edib ki, Neftçilər prospekti və Əziz Əliyev küçələri boyunca fasad və balkonlar tam təmir olunub, uyğunsuz elementlər sökülüb:

"İllərlə pəncərələrdə qalan barmaqlıqlar və kondisionerlər səliqəli formaya salınıb, balkonlarda yerləşdirilən kombi sistemləri və antenalar mümkün qədər yığışdırılıb.

İçərişəhərin əsas girişində – həm Neftçilər prospekti istiqamətində, həm də Qoşa Qala ərazisində köşklərin sökülməsi nəticəsində ərazi daha estetik və səliqəli məkana çevrilib. Qoruq ərazisində panduslar quraşdırılaraq fiziki əlçatanlıq təmin edilib. Artıq imkanı məhdud olan şəxslərin İçərişəhərin ətrafında, eləcə də Neftçilər prospektindən Qız Qalasına qədər rahat hərəkət təmin olunub".

Rüfət Mahmud vurğulayıb ki, daxili ərazilərdə də genişmiqyaslı işlər aparılıb:

"Plastik materiallarla örtülmüş balkonlar orijinal görkəminə qaytarılıb, 12 evin dam örtüyü təmir olunub, 28 ünvanda sakinlərin mənzillərində təmir işləri aparılıb, bir sıra binaların fasadları bərpa edilib, baxımsız ərazilər təmizlənib.

Yol-nəqliyyat infrastrukturunun yaxşılaşdırılması istiqamətində mövcud nişanlar yenilənib, vahid standartlara uyğunlaşdırılıb, parklanma və nəzarət sistemi mərhələli şəkildə tənzimlənir. Bu sahədə işlər AYNA ilə birgə həyata keçirilib".

O bildirib ki, Qala divarı yaxınlığında illərlə toplanan və mənşəyi məlum olmayan sular divarın dayanıqlığı üçün ciddi risk yaradırdı. Qoruq İdarəsinin təşəbbüsü və Nazirlər Kabinetinin göstərişi ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Azərsu mütəxəssisləri tərəfindən aparılan geniş araşdırma nəticəsində problem tam həll olunub.

Bundan əlavə, SOCAR-ın tabeliyində fəaliyyət göstərən Azəriqaz İstehsalat Birliyi tərəfindən sayğac qutuları yenilənib, vizual baxımdan uyğunsuz görüntü yaradan açıq borular səliqəyə salınıb. Hazırda Azərişıq və Azərsu ilə birgə digər infrastruktur xətlərinin yenilənməsi üzrə layihələr hazırlanır və bu layihələrin 2026-cı ildə icrası planlaşdırılır.

Türkan İsgəndərli

TodayPress TV

NEWS FEED
31 JULY 2026
Sançes baş verənlərdən şoka düşüb: ərazimizə hücum edirlər 17:15 İspaniyada 25 mindən çox miqrant Mərakeşə geri qaytarıldı 17:02 Rassellin gələcəyi ilə bağlı gözlənilməz açıqlama 16:50 Dezinformasiyalar sosial həyatımızı təhlükə altına aldı – Prezident müdaxilə etməli oldu. 16:45 FIFA-dakı qalmaqal böyüyür: daha bir istefa gəldi 16:39 Küveyt İranın pilotsuz uçuş aparatlarını vurdu 16:15 Şensnıdan təqaüdlə bağlı gözlənilməz açıqlama 16:19 150 balla bu ixtisaslara qəbul mümkündür - DİM sədri açıqladı 16:10 DİM sədri: l ixtisas qrupu üzrə keçid ballarının artacağı gözlənilir 15:58 Səudiyyə İranı məğlub etmək üçün İraqı vurdu - YENİ SSENARİ İŞƏ DÜŞDÜ 15:57 Seutaya 24 saata 49 min miqrant – İspaniya bunu "hücum" adlandırdı 15:45 UEFA vacib oyunu azərbaycanlı FIFA referisinə həvalə etdi 15:37 “Qarabağ”ın Konfrans Liqası oyununa FIFA referisi təyin edildi 15:33 Stalinin güllələtdiyi zadəganın SSRİ neft sənayəsini dirçəltmiş akademik oğlu: Midhət Abbasov-100 15:28 Niderland millisini tanınmış keçmiş futbolçu çalışdıra bilər 15:09 Prezidentin təltif olunduğu orden: Daha kimlərə verilib? 15:19 “Nyukasl” daha bir ulduzunu itirdi: Gimarayens gedir 15:05 Zirzəmisində ölü döl tapılan “Vital Hospital”da yoxlama aparıldı 14:56 Putin niyə Paşinyanı baş nazir kimi təbrik etmir? 14:09 Səs-küylü transfer: Ter Ştegen “Ayaks” yolunda 14:50 Portuqaliya millisinin ulduzu Premyer Liqaya yollanır 14:47 Rusiyaya Ermənistandan gələn günün bəd xəbəri: dəmir yollarını... 14:04 Bakıda təkər tullantıları yanır - VİDEO 14:14 Nüvə başlığı daşıya bilən Rusiya raketi Polşa ərazisində partladı 14:12 Sabiq direktor məhkəmə qarşısında: 186 min manatlıq mənimsəmədə ittiham olunur 13:51 All News