Ruandanın və Zimbabvenin yüksəksəviyyəli rəsmiləri "ASAN xidmət"də oldular

Ruandanın və Zimbabvenin yüksəksəviyyəli rəsmiləri "ASAN xidmət"də oldular
21.11.2025 10:08 Cəmiyyət

Ruanda Respublikasının İKT və innovasiya üzrə dövlət naziri, həmçinin Zimbabve Respublikasının dövlət katibinin rəhbərlik etdiyi nümayəndə heyətləri “ASAN xidmət” mərkəzinin fəaliyyəti ilə tanış olublar.

TodayPress TV xəbər verir ki, qonaqlara Prezident İlham Əliyevin təşəbbüsü əsasında yaradılmış “ASAN xidmət” mərkəzləri və dövlət xidmətlərində tətbiq olunan innovativ həllər barədə məlumat verilib, hazırda Azərbaycanın intellektual brendinin 30-dan çox ölkəyə ixrac edildiyini diqqətə çatdırılıb.

Ruanda tərəfi ilə görüş zamanı cari ilin iyun ayında imzalanan “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə Ruanda İnkişaf Şurası arasında qabaqcıl dövlət xidmətlərinin göstərilməsi mexanizminin yaradılması barədə əməkdaşlığa dair Anlaşma Memorandumu”nun əhəmiyyəti vurğulanıb. 

Bu çərçivədə Ruandada “ASAN xidmət” təcrübəsinin tətbiqi ilə bağlı Dövlət Agentliyinin nümayəndə heyətinin Ruandaya qiymətləndirmə səfərinin təşkilinə dair razılığa gəlinib.

Zimbabve tərəfi ilə görüş zamanı isə ötən ilin noyabr ayında Zimbabve Respublikasının Prezidentinin ölkəmizə səfəri çərçivəsində “ASAN xidmət” mərkəzini ziyarət etməsi məmnunluqla xatırlanıb. Qarşı tərəf “ASAN xidmət” konsepsiyasının tətbiqi istiqamətində Anlaşma Memorandumunun qısa zamanda imzalanmasına dair təşəbbüslə çıxış edib. Bununla yanaşı nümayəndə heyəti “ASAN xidmət indeksi”nin öyrənilməsində maraqlı olduğunu bildirib.

Qonaqlar “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzinin, Səyyar ASAN xidmətin, “ABAD” publik hüquqi şəxsin və “Bilim Bakı” mərkəzinin fəaliyyəti ilə də tanış olublar.

TodayPress TV

NEWS FEED
31 JULY 2026
“Sabah”ın növbəti avrokubok sınağının hakimi bəlli oldu 13:33 Azərbaycan və Qırğızıstan prezidentlərinin təltifolunma mərasimi keçirildi - FOTO 13:28 “Vugar Gashimov Open 2026” öz qalibini tapdı 13:20 SEPAH-a casusluqda şübhəli bilinən Azərbaycan vətəndaşı saxlanıldı 13:10 ATƏT sədri Bakıya gəlir: Nələr müzakirə olunacaq? 13:02 Azərbaycanlı güləşçi dünya çempionatında medal astanasında! 12:57 Robert Köçəryanla bağlı qərar verildi 12:44 Yeni nazir müavini təyin olundu - Sərəncam imzalandı 12:38 Sabah hava necə olacaq ? 12:31 Çimayevdən Striklendə: “Məni görəndə üzr istə!” 12:08 İspaniyaya soxulan qanunsuz miqrantlar geri qaytarılacaq - Razılıq əldə olundu 12:19 Azərbaycan və Mərkəzi Asiya ölkələri liderlərinin qeyri-rəsmi görüşü keçirilir 12:13 Alonso FIFA-nın planına etiraz etdi: Futbol satıla bilməz! 12:06 Gözlər Prezident Əliyevin Orta Asiya səfərində: Azərbaycan dünyanı xilas etmək üzrədir 11:58 Bərdədə 79 yaşlı kişi kanalda boğuldu 11:47 Namidə İsayeva vəzifəsindən ayrıldı 11:40 Tramp Rusiya-Ukrayna müharibəsinin başa çatması ilə bağlı açıqlama verdi 11:36 Xəstəni komaya salan cərrah və anestezioloqa hökm oxundu 11:31 Azərbaycan futbolunda tarixi uğur: UEFA rekordu yeniləndi 11:24 Meloni İspaniya ilə Şengeni dayandırmağa hazırdır 11:18 Çolpon-Atada İlham Əliyev və Mehriban Əliyevanın şərəfinə ziyafət verildi 11:13 Ayrı-seçkilik edənləri ağır cəza gözləyir 11:04 Xamenei haradadır? - MKİ və MOSSAD ali liderin izinə düşdü 10:57 “Milan”ın ürəyi susdu: Franko Barezi ilə vida 10:46 Bakıda 29 yaşlı qadının qopmuş qolunu yerinə tikdilər 10:42 All News