Baş Prokurorluqda media nümayəndələri üçün treninq keçirildi

Baş Prokurorluqda media nümayəndələri üçün treninq keçirildi
20.02.2026 15:22 Cəmiyyət

Baş Prokurorluqda jurnalistlər üçün “İstintaq sirri və media: ictimaiyyətin düzgün məlumatlandırılması prinsipləri” mövzusunda treninq təşkil olunub.

TodayPress TV xəbər verir ki, tədbirdə Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin şöbə rəisi Nigar Qələndərli çıxış edərək media nümayəndələrinin istintaq sirri, informasiya təhlükəsizliyi və ictimaiyyətlə düzgün kommunikasiya sahəsində biliklərinin artırılmasının, həmçinin hüquqi çərçivədə əməkdaşlıq imkanlarının genişləndirilməsinin vacibliyini diqqətə çatdırıb.

Treninqdə Baş Prokurorluğun Mətbuat xidmətinin böyük prokuroru Kənan Zeynalov prokurorluq orqanlarının media ilə əməkdaşlığının cəmiyyətin düzgün və operativ məlumatlandırılması baxımından əhəmiyyətindən danışaraq, bu istiqamətdə qarşılıqlı etimad və məsuliyyətli yanaşmanın vacibliyini vurğulayıb.

Daha sonra Prokurorluqda istintaqa nəzarət idarəsinin böyük prokuroru Əyyub Bəşirov istintaq sirri təşkil edən məlumatların mahiyyəti, bu məlumatların vaxtından əvvəl və ya qanunsuz yayılmasının yaratdığı hüquqi və ictimai fəsadlar barədə çıxış edib.

Tədbir çərçivəsində Real TV-nin baş direktoru Mirşahin Ağayev “Azərbaycan informasiya sahəsində milli maraqlar və media” mövzusunda çıxış edərək informasiya mühitində milli maraqların qorunması, ictimai rəyin formalaşmasında medianın rolu və bu sahədə mövcud çağırışlara toxunub.

Treninq interaktiv formada keçib, mövzu ətrafında geniş fikir mübadiləsi aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

TodayPress TV

FOTOLAR

Baş Prokurorluqda media nümayəndələri üçün treninq keçirildi — 1
Baş Prokurorluqda media nümayəndələri üçün treninq keçirildi — 2
Baş Prokurorluqda media nümayəndələri üçün treninq keçirildi — 3
Baş Prokurorluqda media nümayəndələri üçün treninq keçirildi — 4
Baş Prokurorluqda media nümayəndələri üçün treninq keçirildi — 5
XƏBƏR LENTİ
30 IYUL 2026
Kərim Kərimovun yaşadığı binaya xatirə lövhəsi vurulacaq 16:57 Eddi Hau göz yaşları ilə “Nyukasl”a vida etdi 16:48 Rusiya çözüldü: Ukrayna boş yerləri tapdı 16:36 Prezident İlham Əliyev Qırğızıstanda səfərdədir 16:36 “Real”ın gənc müdafiəçisi uzun müddət oynaya bilməyəcək 16:31 Bu ərazilərdə işıq olmayacaq 16:29 Türkiyə millisinin ulduzu “Fənərbağça”nın radarında 16:11 Bəzi yerlərdə küləkli hava müşahidə edilir - FAKTİKİ HAVA 16:03 Ev telefonları artıq işləməyəcək - Xidmət dayandırıldı 15:55 İraqlı nazir Ərdoğanla görüşdə imza böhranı yaratmışdı - Arxasından İran kəşfiyyatı çıxdı 15:54 İtaliya ABŞ rekordunun qarşısını ala bilmədi 15:41 Rusiyada parçalanma başladı: İqtidar içindən sökülür 15:35 “Uilyams” Sayns insidenti ilə bağlı diqqətçəkən açıqlama verdi 15:30 Ukraynada azərbaycanlıların olduğu gəmiyə DRON HÜCUMU EDİLDİ 15:24 Böyük əfv gündəmdə: Rəşad Dağlının adı siyahıdadır 15:20 “Real”ın ulduzu klubdan rekord bonus istəyir 15:17 “Arsenal” Kenan Yıldız üçün İtaliyaya nümayəndə göndərdi 15:13 İlham Əliyev Qırğızıstana səfər edəcək 15:11 SEPAH: 3 ədəd F-35 qırıcısı vurduq - İDDİA 15:00 Çinin İrana 400 raket verəcəyi xəbəri ölkəni silkələdi 15:00 Azərbaycanın Pakistandakı səfiri diplomatik missiyasını başa çatdırır 14:56 Mundialda növbəti uğursuz gün: Qadın güləşçilərimiz uduzdu 14:40 Avqusta hazır olun! - Güclü istilər gəlir 14:28 Rusiya Polşanı vurdu, NATO biabır oldu 14:20 SEPAH: Təcavüzkarı bu gün cəzalandıracağıq 14:06 Bütün Xəbərlər