Ramin Məmmədov Bakıdakı Ali Mələk Mikayıl kilsəsini ziyarət etdi

Ramin Məmmədov Bakıdakı Ali Mələk Mikayıl kilsəsini ziyarət etdi
24.11.2025 16:00 Cəmiyyət

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Bakı şəhəri Ali Mələk Mikayıl kilsəsini ziyarət edib.

TodayPress TV xəbər verir ki, ziyarət çərçivəsində komitə sədri kilsənin fəaliyyəti, burada həyata keçirilən dini-mənəvi tədbirlər barədə məlumat alıb.

Dövlət Komitəsinin sədri Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda tolerantlıq ənənələrinin möhkəmləndirilməsi sahəsində həyata keçirilən dövlət siyasətinin əhəmiyyəti haqqında danışıb.

Müxtəlif dini konfessiya nümayəndələrinin dini ənənələrinin qorunması sahəsində görülən işlərin multikulturalizm mühitinin inkişafına xidmət etdiyini vurğulayıb.

O, bu sahədə mütəmadi olaraq həyata keçirilən layihələr, dini icmaların fəaliyyətinin dəstəklənməsi, ibadət məkanlarının bərpası və maddi-texniki təminatının gücləndirilməsi üçün reallaşdırılan layihələrin önəminə toxunub:

"Dövlət başçısının tapşırıq və təşəbbüsləri əsasında mədəniyyətlərarası dialoqun genişləndirilməsi və dini müxtəlifliyin cəmiyyətin ümumi dəyəri kimi təbliği istiqamətində kompleks tədbirlər həyata keçirilir".

Bakı və Azərbaycan yepiskopu Aleksiy dövlət-din münasibətlərinin nümunəvi modelinin ölkədə sabitliyin, qarşılıqlı hörmət və etimad mühitinin möhkəmlənməsinə mühüm töhfə verdiyini qeyd edib.

Kilsədə yaradılan şəraitə, dini ayinlərin sərbəst şəkildə icra olunması və icmanın fəaliyyətinin diqqətdə saxlanılmasına görə təşəkkürünü bildirib.

Ziyarət zamanı kilsə kompleksinin tamamilə yenidən qurulması və bərpa edilməsi dövlətin dini-mənəvi irsin qorunmasına verdiyi xüsusi önəmin bariz nümunəsi kimi dəyərləndirilib.

TodayPress TV

NEWS FEED
01 AUGUST 2026
MİQ üzrə nəticələr açıqlandı 11:15 Bu gün Azərbaycanın 6 sərbəst güləşçisi xalça üzərinə çıxacaq 11:01 Dövlət başçısı İsveçrə Prezidentini təbrik etdi 10:48 Ərdoğana qarşı sui-qəsd cəhdinin iştirakçısı Muğlada saxlanıldı 10:36 Azərbaycan neftinin qiyməti 3 %-dən çox artdı 10:13 Rusiya Kiyevi raket atəşinə tutdu - Ölənlər var - VİDEO 09:56 Dünya bazarlarında neftin qiyməti artdı 09:50 Prezident İlham Əliyevin sosial media hesablarında Azərbaycan Əlifbası və Dili Günü ilə bağlı paylaşım edildi 09:26 Xalq şairi Nəriman Həsənzadə vəfat etdi 09:20 Polşada təxminən 3 min illik tunc qılınc tapıldı 01:34 Rusiya 2032-ci ilədək… 00:51 Bu peykdə su yoxdur, amma dənizlər var - Alimlər sirri açıqladı 00:29 Minlərlə nüvə başlığı istehsalına yetəcək uran xəbərsiz daşınıb? 00:16 Həyat yoldaşını öldürdü, sonra polisə gedib etiraf etdi - TƏFƏRRÜATLAR 00:08 Tramp İrana yeni zərbələr üçün əmr verdi - TƏCİLİ 02:06 Tatarıstanda neft-kimya kompleksində partlayış - VİDEO 01:08 Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 All News