Qarabağa qayıdış davam edir - Növbəti köç karvanı yola salındı

Qarabağa qayıdış davam edir - Növbəti köç karvanı yola salındı
25.06.2026 08:25 Cəmiyyət

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir.

TodayPress TV xəbər verir ki, iyunun 25-də Xankəndi şəhərinin Kərkicahan, Xocavənd rayonunun Hadrut qəsəbələri, Şuşa rayonunun Böyük Qaladərəsi, Cəbrayıl rayonunun Şükürbəyli, Xocalı rayonunun Ballıca, Badara və Xanabad, Ağdərə rayonunun Çıldıran, Vəngli və Həsənriz kəndlərinə növbəti köç karvanı yola salınıb.

Köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

Bu mərhələdə adıçəkilən bölgələrə ümumilikdə 58 ailə (237 nəfər) köçürülüb.

Ağdərə rayonunun 3 yaşayış məntəqəsinə, 30 ailə (129 nəfər) köçürülüb ki, onlardan 4-ü (23 nəfər) Vəngli kəndinə (cəmi köçürülüb: 145 ailə (576 nəfər)), 13-ü (53 nəfər) Çıldıran kəndinə (cəmi köçürülüb: 41 ailə (165 nəfər)), 13-ü (53 nəfər) isə Həsənriz kəndinə (cəmi köçürülüb: 286 ailə (1133 nəfər) köçürülüb.

Xankəndi şəhərinin Kərkicahan qəsəbəsinə, 8 ailə (34 nəfər) köçürülüb (cəmi köçürülüb: 43 ailə (174 nəfər).

Cəbrayıl rayonunun Şükürbəyli kəndinə 7 ailə (28 nəfər) köçürülüb (cəmi köçürülüb: 468 ailə (2031 nəfər).

Xocalı rayonunun 3 yaşayış məntəqəsinə, cəmi 6 ailə (17 nəfər) köçürülüb ki, onlardan 2-si (7 nəfər) Ballıca kəndinə (cəmi köçürülüb: 246 ailə (1088 nəfər), 2-si Xanabad kəndinə (cəmi köçürülüb: 101 ailə (439 nəfər)), 2-si (5 nəfər) də Badara kəndinə (cəmi köçürülüb: 103 ailə (387 nəfər) köçürülüb.

Xocavənd rayonunun Hadrut qəsəbəsinə, 4 ailə (15 nəfər) köçürülüb (cəmi köçürülüb: 82 ailə (347 nəfər).

Şuşa rayonunun Böyük Qaladərəsi kəndinə, 3 ailə (14 nəfər) köçürülüb (cəmi köçürülüb: 17 ailə (78 nəfər).

Ailələr köçürüldükləri yerlərdə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliklərinin əməkdaşları tərəfindən qarşılanacaq və onların yaşayış sahələrində yerləşdirilməsi ilə bağlı zəruri tədbirlər görüləcək.

Beləliklə, 25.06.2026-cı il tarixindəki köç də nəzərə alınmaqla ümumilikdə 1 şəhər, 10 rayonun 44 yaşayış məntəqəsində 9237 ailə (37248 nəfər) məskunlaşmış olacaqdır.

Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər.

Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.

TodayPress TV

NEWS FEED
12 AUGUST 2026
"Sabah" və "Orhus" azarkeşləri arasında baş vermiş insidentin GÖRÜNTÜLƏRİ - VİDEO 22:52 Azərbaycan və Tacikistan ikitərəfli münasibətlərin inkişafını müzakirə etdilər 22:41 Polşa və Rumıniyadakı dron insidentləri ilə bağlı NATO Rusiyanı ittiham etdi 22:34 Əkrəm İmamoğlu CHP-dən istefa verdi 22:18 AzTV-nin əməkdaşı faciəvi şəkildə vəfat etdi 22:09 Bakıda avtobusda yanğın baş verdi - VİDEO 21:58 "Onların pulu yoxdur" - Tramp İrandakı vəziyyətdən danışdı 21:49 Ukrayna Rusiyanın dörd hərbi gəmisini VURDU 21:40 Tümendən Bakıya uçan təyyarə Ufada məcburi eniş etdi 21:34 "Bu, İrana vurulan zərbədir" – SEPAH komandanı İraqı fikrindən daşındırmağa çalışır 21:20 Xocavənddə mina partlayışı zamanı xəsarət alanlar hospitalizasiya olundu - YENİLƏNDİ 18:57 “İmişli” Ayxan Abbaszadəni heyətinə qatdı! 20:53 Qəzzaya bir həftə sonra ilk hava zərbəsi – Ölənlər və yaralananlar var 20:43 İlin ikinci Günəş tutulması başladı 20:26 Ələt-Astara yolunda QƏZA Xəsarət alanlar var 20:21 "Sabah" "Orhus" azarkeşləri ilə bağlı insidentə aydınlıq gətirdi 20:09 Fransada quraqlıq - 40 mindən çox insan SUSUZ QALDI! 19:58 Robert Gilmanın azadlığı Rusiya-ABŞ münasibətlərinə nə vəd edir? – Ramiz Yunus AÇIQLADI 19:46 Paşinyan və Zelenski arasında telefon danışığı - Nələr müzakirə olundu? 19:29 “Sabah” ABŞ-li basketbolçu Frenki Fidleri heyətinə qatdı! 19:22 Mingəçevirdə 21 yaşlı oğlan su anbarında BATDI 19:12 "İranın edə biləcəyi heç nə yoxdur!" - Tramp 19:07 Husilər son 6 gündə böyük itki verdi - Rəqəmlər AÇIQLANDI 18:35 Yasamal rayonunda oğurluq edən şəxslər saxlanıldılar 18:38 Tailand ABŞ-yə qarşı TƏZYİQƏ başladı? – Hökumətdən cavab gəldi! 18:26 All News