“Qalib xalqın Qəhrəmanları” layihəsinin yekun tədbiri keçirildi

“Qalib xalqın Qəhrəmanları” layihəsinin yekun tədbiri keçirildi
25.02.2026 16:53 Cəmiyyət

Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə Gənclər Mərkəzi İctimai Birliyi “Qalib xalqın Qəhrəmanları” layihəsi həyata keçirir. 

TodayPress TV xəbər verir ki, layihə çərçivəsində bu dəfə Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba filialında tədbir keçirilib. 

Tədbirdə Gənclər Mərkəzi İctimai Birliyin sədri, layihənin rəhbəri Kənan Qubadzadə çıxış edib.

O bildirib ki, Gənclər Mərkəzi İctimai Birliyi “Qalib xalqın Qəhrəmanları” adlı layihənin icrasına Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə yardımı ilə başlayıb. Layihənin müddəti 3 ayı əhatə edir. Hazırda layihə ilə bağlı icra planına uyğun təşkilatı işlər görülür: 

“Layihənin əsas məqsədi Azərbaycan xalqının tarixinə şanlı səhifələr yazmış Vətən müharibəsi qəhrəmanların tanıdılması, onların göstərdiyi şücaətin gələcək nəsillərə ötürülməsi və onlarda vətənpərvərlik duyğularının gücləndirilməsidir. Eyni zamanda, bu layihə şəhid və qazilərin ailələrinə mənəvi dəstək göstərməyi və ictimai yaddaşda onların rolunun qorunub saxlanmasını hədəfləyir”.  

Tədbirdə çıxış edənlər arasında ADPU-nun sosial və humanitar məsələlər üzrə direktor müavini p. f. d. Aysel Şeydayeva və Quba Regional QHT-lərin Resurs və Təlim Mərkəzi  ictimai birliyinin sədri Eynulla Xeyrullayev də olub. 

Onlar diqqətə çatdırıblar ki, Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi ilə Gənclər Mərkəzinin həyata keçirdiyi “Qalib xalqın Qəhrəmanları” layihəsi Azərbaycan xalqının Vətən müharibəsində (İkinci Qarabağ müharibəsində) göstərdiyi qəhrəmanlığı, şəhidlərimizin və qazilərimizin şücaətini cəmiyyətə tanıtmaq, gənc nəsildə vətənpərvərlik ruhunu gücləndirmək məqsədilə həyata keçirilir.Layihə çərçivəsində və sonrakı dövrlərdə iştirakçılar tərəfindən qəhrəmanlıq göstərmiş şəxslərin həyat yolu, döyüşdəki fəaliyyətləri və xalq arasında yaratdıqları mənəvi irs geniş şəkildə işıqlandırılacaq və təbliğ olunacaq. 

Tədbirin sonunda iştirakşılara bukletlər paylanılıb, yazılı köynəklər və sertifikatlar təqdim olunub.

TodayPress TV

PHOTOS

“Qalib xalqın Qəhrəmanları” layihəsinin yekun tədbiri keçirildi — 1
“Qalib xalqın Qəhrəmanları” layihəsinin yekun tədbiri keçirildi — 2
“Qalib xalqın Qəhrəmanları” layihəsinin yekun tədbiri keçirildi — 3
“Qalib xalqın Qəhrəmanları” layihəsinin yekun tədbiri keçirildi — 4
“Qalib xalqın Qəhrəmanları” layihəsinin yekun tədbiri keçirildi — 5
“Qalib xalqın Qəhrəmanları” layihəsinin yekun tədbiri keçirildi — 6
NEWS FEED
01 AUGUST 2026
Tatarıstanda neft-kimya kompleksində partlayış - VİDEO 01:08 Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Zelenski ABŞ-yə “Patriot” məsələsini unutmağa qoymadı 20:00 İspaniya ölkəyə qanunsuz “soxulan” miqrantların yarısını “qovdu” 19:47 Prezidentin Qırğızıstana səfəri başa çatdı 19:37 Bəraət istəyən separatçılar cavab gözləyir - Məhkəmə qərarını hazırlayır 19:34 Paşinyan hökuməti “dağılır” - Bakı ilə sülh prosesini aparan komanda dəyişəcək? 19:19 Sərxoş sükan arxasına keçdi, narkotik istifadə etdi - Amma deportasiya olunmadı, çünki… 19:08 All News