Pensiyaçılara şad xəbər: təqaüdlərin artmasına səbəb yarandı, gözlər hökümətdə

Pensiyaçılara şad xəbər: təqaüdlərin artmasına səbəb yarandı, gözlər hökümətdə
19.06.2026 11:25 Cəmiyyət

“Pensiyaların artırılıb-artırılmaması məsələsi ilə əlaqədar proqnozlaşdırma aparmaq kifayət qədər çətindir. Çünki hökumətin müvafiq istiqamətdə siyasətini həyata keçirən qurumların verdiyi mesajlardan hələlik müəyyən bri qənaətə gəlmək mümkün deyil. Pensiyaların artırılması qanunvericiliklə mümkündür. Belə ki, dövlət həm minimum pensiya həddini, həm də indeksasiya prosesindən kənar minimum pensiya həddinin artırılması ilə bağlı qərar qəbul edə bilir”.

TodayPress TV xəbər verir ki, bu sözləri pravda.az-a açıqlamasında iqtisadçı Rəşad Həsənov pensiyaların payızda artırılacağı barədə müzakirələrə münasibət bildirərkən deyib.


O xatırladıb ki, 2019-cu ildə iki dəfə ilin əvvəlində və üçüncü rübündə minimum pensiya haddinin artırılması ilə bağlı qərar qəbul edilib: “O cümlədən ümumi pensiyaya əlavələrin edilməsi ilə bağlı da təcrübələr var. Təcrübələr onu deməyə əsas verir ki, hökumət pensiyanı artırmaq istəyərsə iki istiqamətdə qərar qəbul edə bilər. Bu, minimum pensiya həddinin artırılması, pensiya məbləğinə əlavələrin edilməsi ilə bağlı qərarın olmasıdır. Bu yollarla pensiyanın artırılması mümkündür”.

İqtisadçı qeyd edib ki, hazırkı şərtlər daxilində müvafiq istiqamətdə qərarın qəbul edilib-edilməməsi ilə bağlı fikir söyləmək çox çətindir: “O ki qaldı zərurətin olmasına, bəli, yüksək inflyasiya, əhalinin alıcılıq gücünün azalması kimi yaranmış vəziyyətdə düşünürəm ki, xüsusilə həssas sosial qrupların, eləcə də pensiyaçıların gəlirlərinin artırılması ilə bağlı mövqeyin ortaya qoyulması həmçinin növbəti mərhələdə müəyyən mənada məzmun tələbin dəstəklənməsi, alıcılıq gücünün artması, iqtisadiyyatın böyüməsi və məşğulluğa da öz töhfəsini verə bilər”.

TodayPress TV

NEWS FEED
05 AUGUST 2026
Omanla danışıqlar yekunlaşır! - Qəribabadi AÇIQLADI 23:03 Ebola epidemiyası 2 dəfə sürətlə yayılır! - ÜST rəhbərindən XƏBƏRDARLIQ 22:51 Gürcüstanda kütləvi elektrik kəsintisinin səbəbi bu imiş 22:40 Bakıda məscid ərazisində baş verən yanğın söndürüldü - YENİLƏNİB 21:54 "Nə lazımdırsa edəcəyik!" - Netanyahu nə planlaşdırır? 22:21 Rutte Ukrayna üçün raket axtarışını SÜRƏTLƏNDİRİR - Müttəfiqlər ayağa qaldırıldı 22:09 İran XİN: ABŞ-dən mesajlar almışıq! 21:57 Çempionlar Liqası: "Orhus" - "Sabah" matçında hesab açıldı - YENİLƏNDİ 21:13 FIFA-da qalmaqal: Final kimə və nə qarşılığında verilir? 21:40 Hakan Fidan: “İsrailin sülh niyyəti yoxdur!” 21:27 Qəzzada müharibə dayanmayacaq? İsrail AÇIQLADI 21:19 Məhkəmə MN-in sabiq rəisi ilə bağlı qərarını belə dəyişdi 21:07 Gürcüstan yenə “qaranlığa qərq oldu” - Sabotaj araşdırması başlanıldı 20:51 TRIPP-in “taleyi” bu tarixdə bəlli olacaq - Ermənistan Məhkəməsi qərar verəcək 20:44 “Orhus” - “Sabah” oyununun vaxtı dəyişdirildi 20:31 ABŞ “dənizin altına” sərmayə qoydu: 76,6 milyard dollar 20:24 Kanala girən 14 yaşlı oğlandan xəbər yoxdur - Fövqəladə Hallar hərəkətə keçdi 20:10 Türkiyə mediası Hacıyevin fikirlərini təhrif etdi - FOTO 19:56 Gürcüstanda universitetlər pulsuz olacaq, amma bir şərtlə! 19:51 İran və Oman Hörmüzü “qorumağa” hazırlaşır: ABŞ də siyahıdadır 19:31 Azərbaycan Mərakeşdə xüsusi status qazandı - “Fəxri ölkə” 19:23 Ben-Qvir vəzifəsini itirəcək? Netanyahu açıqlama verdi 19:17 Metrodan istifadə edən sərnişinlərə ŞAD XƏBƏR! 19:05 Moldovada kritik vəziyyət: Ölkə su ehtiyatlarını işə saldı 18:52 Borcu vardı, amma möhlət də verilmişdi: İranda neft şirkətinin hesabları niyə bağlandı? 18:37 All News