Palma yağı ilə bağlı qorxular əsassızdır – AİB sədri

Palma yağı ilə bağlı qorxular əsassızdır – AİB sədri
05.01.2026 13:20 Cəmiyyət

"Palma yağı ilə bağlı dünyada dolaşan məlumatlar həqiqəti əks etdirmir". 

Bunu TodayPress TV-yə açıqlamasında Azad İstehlakçılar Birliyinin (AİB)  sədri Eyyub Hüseynov bildirib.


Onun sözlərinə görə, palma yağı iki növə bölünür və bu fərq çox zaman ictimaiyyətə düzgün çatdırılmır:

"Palma yağı iki cür olur: biri meyvəsindən hazırlanan, digəri isə çəyirdəyindən hazırlanan. Meyvəsindən hazırlanan palma yağları qida üçün tam yararlıdır, çəyirdəyindən hazırlanan yağlar isə kosmetika və sənaye sahəsində istifadə olunur".

Sədr əlavə edib ki, palma yağı əsasən müsəlman ölkələrində istehsal olunur və nisbətən ucuz olduğu üçün beynəlxalq duru yağ bazarında qiymət balansına təsir edir. Məhz bu səbəbdən bəzi ölkələrdə palma yağına qarşı məqsədli media kampaniyaları aparılır:

"MDB məkanında və digər ölkələrdə palma yağının bazara girməsinə qarşı ciddi media basqısı var. İctimai rəy formalaşdırılır ki, guya palma yağı zərərlidir. Halbuki dünyanın ən inkişaf etmiş ölkələrinin istehsalı olan körpə qidalarının tərkibində belə palma yağı var. Qida üçün nəzərdə tutulan palma yağının insan sağlamlığı üçün heç bir təhlükəsi yoxdur. Qida üçün olan palma yağı normal yağdır, zərərsizdir. Problem yalnız sənaye üçün nəzərdə tutulan palma yağının qida məqsədilə istifadəsi halında yarana bilər ki, bu da yolverilməzdir".

Ekspert vurğulayıb ki, Azad İstehlakçılar Birliyi palma yağının qida məhsullarında istifadəsi zamanı bunun mütləq şəkildə etiketdə göstərilməsini tələb edir:

"Əgər məhsulun tərkibində palma yağı istifadə olunubsa, bu açıq şəkildə üzərində yazılmalıdır. Bu, istehlakçının məlumatlandırılması baxımından vacibdir. İndi deyirlər ki, İndoneziya və Malayziyada palma yağı üçün meşələr qırılır. Əslində isə bu proses dövri xarakter daşıyır – ağac əkilir, məhsul götürülür və yenidən meşə salınır".

Sonda Eyyub Hüseynov bildirib ki, Azərbaycana idxal edilən qida təyinatlı palma yağlarına Qida Təhlükəsizliyi Agentliyi tərəfindən ciddi nəzarət həyata keçirilir və bu sahədə təhlükəsizliklə bağlı ciddi risklər yoxdur.

Qeyd edək ki, 2025-ci ildə Azərbaycana İndoneziya və Malayziyadan 41 min 26,5 ton xam palma yağı idxal edilib.

İdxal olunan palma yağının 35 min 768,8 tonu İndoneziyadan, 5 min 257,7 tonu isə Malayziyadan gətirilib.

Türkan İsgəndərli

TodayPress TV

NEWS FEED
01 AUGUST 2026
SON DƏQİQƏ: Azərbaycanda zəlzələ oldu 19:46 Misirdəki ABŞ səfirliyi vətəndaşlarına Yaxın Şərqi dərhal tərk etməyi tapşırdı 19:34 ABŞ İsraili İran raketlərindən qoruya bilməyəcək? - Rəsmən açıqlandı 19:17 Pezeşkian: “İranın gələcəyini onlar müəyyən edəcək” 18:59 TƏCİLİ: ABŞ vətəndaşlarını Yaxın Şərqi tərk etməyə çağırdı 18:46 İsrail İranın “qorxusundan” Ukraynaya “Dəmir Günbəz” vermədi 18:36 Dünyanın ən zəngin adamları iyulda milyardlarla dollar itirdi 18:22 Avropa “qapıları bağlayır” - Miqrant məsələsi canlarına “qorxu saldı” 18:08 Dünya çempionatı: İbrahim Həsənov finala yüksəldi - YENİLƏNDİ 2 15:10 Azərbaycan avarçəkənləri İtaliyada Avropa ikincisi oldular 17:25 Rezai: Hücum olarsa, regionu daş dövrünə qaytaracağıq 17:09 Arvadını qətlə yetirən şəxsə hökm oxundu 16:54 Yaponiya yeni mərkəzləşdirilmiş xüsusi xidmət orqanı yaratdı 16:22 Ukrayna Fransaya yardım göndərdi 16:00 Azərbaycan manatının dövretmə sürəti iyunda artdı 15:42 Ukrayna Qara dənizdə "Rosatom"un konteyner gəmisini batırdı 15:26 Aİ səfiri dilimizi öyrənir - VİDEO 14:52 Prezident Nəriman Həsənzadənin vəfatı ilə bağlı nekroloq imzaladı 14:29 Kriptobirjada son durum: "Bitcoin" 2%-dən çox... 14:16 Mehriban Əliyeva Xalq şairi Nəriman Həsənzadənin vəfatı ilə bağlı paylaşım etdi 14:00 İran PUA-ları Küveytdə hökumət obyektinə hücum etdi 13:44 Qızıl və gümüş ucuzlaşmaqda davam edir 13:28 "Neftçi" Tokio mərhələsinə ABŞ üzərində qələbə ilə start verdi 13:10 Bazar gününə olan hava proqnozu açıqlandı 12:58 "Real" Yan Diomandenin transferi ilə bağlı razılıq əldə edə bilmədi 12:41 All News