Özünüzə nəyi arzu edirsinizsə, başınıza da o gəlir: Ölüm istəyənə ölüm, yaşam istəyənə ömür

Özünüzə nəyi arzu edirsinizsə, başınıza da o gəlir: Ölüm istəyənə ölüm, yaşam istəyənə ömür
18.06.2026 16:55 Cəmiyyət

Son vaxtlar sosial şəbəkələrdə yayılan iki hadisə bir çox insanı düşündürüb. Dilimizin ucundan çıxan sözlərin, çəkilən videolarda deyilən cümlələrin sonradan real həyatda necə gerçəkləşdiyi sual doğurur.

TodayPress TV xəbər verir ki, bir neçə il əvvəl Nikosayağı ləqəbi ilə tanınan bloqer Nicat Şakirli tez-tez avtomobil qəzaları haqqında videolar çəkirdi. 

Dramatik səhnələr qurur, insanları diqqətli olmağa çağırırdı. Amma ironiya ondadır ki, bir müddət sonra həmin gənc real həyatda oxşar qəzaya düşdü. Nəticədə dostunu və bir qolunu itirdi.

Bu günlərdə isə daha faciəli hadisə baş verdi. 17 yaşlı Zəhra Mehdiyeva motosiklet qəzasında həyatını itirdi. Hadisədən əvvəl çəkdiyi videoda təxminən 10 il əvvəlki halı ilə danışaraq, "Motosiklet almışam, qəza da etmişəm, amma ölməmişəm. Onsuz da hamı əvvəl-axır öləcək də...” sözlərini işlədib.

Bu sözlər indi çoxlarına qəribə və təsadüfi görünmür. Əksinə, insanlar arasında "ağızdan çıxan sözün reallaşması” haqqında müzakirələr genişlənib.

Psixoloqlar belə hallara "özünü doğruldan peyğəmbərlik" deyirlər. Yəni insanın tez-tez təkrarladığı fikirlər, inamlar həyatına təsir edir. 

Eyni zamanda xalq arasında belə inam da var ki, sözün özü müəyyən enerji daşıyır. Qədim ənənələrdə, dini inanclarda və müasir həyatda da dilə sahib olmağın vacibliyi vurğulanır. Azərbaycan folklorunda "Bir sözü qırx gün desən (və ya qırx dəfə təkrarlasan) gerçək olar", ifadəsi də boşuna işlənməyib.

Yəqin ki, "manifest" sözünü artıq çox adam bilir. Bu düşüncə gücü, insanın öz hədəflərini, istəklərini və xəyallarını eləcə də ağzından çıxan sözlərin real həyata keçirməsi prosesidir.

Bu kimi fərziyyələrə inanmayanlar isə buna psixoloji təsir deyir. Məsələn, universitetə hazırlaşan tələbə "qəbul olmayacam" deyirsə, inamını itirirsə, onun uğurlu olma ehtimalı azalır. 

Əlbəttə, həyatda qarşımıza çıxan bütün hadisələr sözlərə görə baş vermir. Amma həyata daha müsbət baxıb, ifadələr işlətsək, həyatımıza daha yaxşı təsir edə bilərik.

Türkan İsgəndərli

TodayPress TV

NEWS FEED
18 JUNE 2026
Prezidentin iştirak etdiyi tədbirdə Məmməd Arazın şeirini dedi 19:59 ABŞ və İranın sülh sazişi neft qiymətlərini aşağı saldı 19:36 London Ukraynanı müsadirə olunmuş Rusiya aktivləri ilə silahlandırır 19:20 Ceyhun Bayramov Marius-Qabriel Lazurka ilə görüşdü 19:16 Prezident: Bu gün sülh artıq reallıqdır 19:08 İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçiridi 18:54 İlham Əliyev: Dostlarımızın sayı ilbəil artır 18:47 Rutte elan etdi: Alyansda tarixi transformasiya – "NATO 3.0" qurulur 18:12 ABŞ-İran sazişinin baş vasitəçisinin İsveçrəyə səfəri LƏĞV EDİLDİ 18:19 Hər şey dəyişəcək - Ermənistanın baş naziri Narek Karapetyan olacaq 18:08 İsveç səfirinin Azərbaycandakı diplomatik fəaliyyəti başa çatdı 18:05 Dilican görüşünün gizli kodları - Paşinyan təxribatın qarşısını aldı? 17:37 Blinken Trampı yıxıb-sürüdü - heçnə edə bilmədin, rejim öz yerindədir... 17:53 Sertifikasiya üzrə test imtahanı davam edir - Neçə nəfər iştirak edib? 17:49 Kərim Vəliyev MDB Komitəsinin iclasında iştirak etdi 17:30 Yulafın faydaları və gündəlik qidalanmada düzgün istifadəsi 16:00 Azərbaycan və Monteneqro Ombudsman təsisatları əməkdaşlıq edəcək 17:25 Ejder Yalçın: Müasir mina və RPG qorunmasının etibarlı nümunəsi 17:20 "Qarabağ" "Zirə" ilə qarşılaşacaq 17:05 Özünüzə nəyi arzu edirsinizsə, başınıza da o gəlir: Ölüm istəyənə ölüm, yaşam istəyənə ömür 16:55 Rusiyanın "qara günü" - Neft yağışının tükürpədən kadrları 16:45 Ermənilər Gümrüdə Sovet abidəsinə nə etdilərsə - Rusiya nota yolladı 16:45 Qulaqda küy niyə yaranır? Tinnitusun mümkün səbəbləri və yardım yolları 15:55 Ruslar Bakıda bu suala cavab axtarır: Azərbaycanla münasibətləri necə inkişaf etdirə bilərik? 16:35 Adına Bakıda küçə var, Ermənistanda isə onu xatırlayan çoxları – Şirin Mirzəyevi minaya necə saldılar? 16:18 All News