Ombudsman Aparatında bir sıra gənclər üçün info-tur keçirildi

Ombudsman Aparatında bir sıra gənclər üçün info-tur keçirildi
05.09.2025 11:06 Cəmiyyət

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının və Nizami Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində cari ildə Nizami rayonu üzrə yüksək bal toplayan abituriyentlərin və ictimai fəal gənclərin “Müvəkkillik Missiyası: Hüququnu bilən gənc suveren və güclü Azərbaycanın təminatıdır” layihəsi çərçivəsində Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatına info-tur təşkil olunub.

TodayPress TV xəbər verir ki, info-tur zamanı gənclərə insan hüquq və azadlıqlarının mahiyyəti, Azərbaycanda insan hüquqlarının təmini istiqamətində aparılmış hüquqi islahatlar, məhkəmədənkənar hüquq müdafiə mexanizmi olan Ombudsman təsisatının yaranması və fəaliyyətinin hüquqi əsasları barədə ətraflı məlumat verilib.  

Eyni zamanda, gənclər Ombudsman Aparatının strukturu, vətəndaşların müraciətlərinə operativ cavab verən çağrı mərkəzinin fəaliyyəti, müasir standartlara uyğun qurulmuş vətəndaşların qəbul mərkəzində yaradılan şərait, sosial şəbəkələr vasitəsilə müraciətlərin qəbulu imkanları və innovativ yanaşmalar əsasında həyata keçirilən digər istiqamətlər barədə ətraflı məlumatlandırılıblar.

Sonda gəncləri maraqlandıran suallar cavablandırılıb, onlara təhsil həyatında uğurlar arzulanıb.

TodayPress TV  

FOTOLAR

Ombudsman Aparatında bir sıra gənclər üçün info-tur keçirildi — 1
Ombudsman Aparatında bir sıra gənclər üçün info-tur keçirildi — 2
XƏBƏR LENTİ
17 IYUN 2026
Qırğızıstanda Zobel mükafatı təsis edildi 20:38 Sabiq prezident insanlığa qarşı cinayətlərdə ittiham olunur 22:49 İran İsraili sərt cavab tədbirləri ilə hədələdi 01:25 Fransa DÇ-2026-ya qələbə ilə başladı 01:07 Livanda ölənlərin sayı AÇIQLANDI 20:36 Azərbaycanda müğənni qəzaya düşdü 00:35 Hər evin qarşısında bir "tramplin": Qanunsuz maneə quraşdıranları hansı cərimələr gözləyir? 22:46 Fabritsio Romano açıqladı: "Qarabağ" Elvinin yerinə onu gətirir 23:57 Suala elə cavab verdi ki, əvvəl güldürdü, sonra kədərləndirdi 22:10 "DeepSeek"dən tarixi rekord - 50 milyard dollar! 23:31 Tanınmış vəkilə AĞIR İTKİ 23:36 Bu ərazilərdə qaz kəsiləcək 22:07 Almaniya Yaxın Şərqə mina təmizləyən gəmilər göndərdi - Mertsdən diqqətçəkən açıqlama 22:47 Ruben Amorim "Milan"ın baş məşqçisi oldu 22:01 Pekindən Londona etiraz: "Birtərəfli sanksiyalara qəti qarşıyıq!" 22:33 Hindistanda "Telegram" bloklandı - SƏBƏB 21:56 Ukraynaya məxsus hərbi təyyarə qəzaya uğradı - Pilotlar öldü 22:26 Azərbaycanda ilk dəfə: Cəbrayılda nəhəng istixana aqroparkı yaradılacaq 21:54 Azarkeşlərin diqqətinə: "Neftçi"nin yeni mövsüm üçün tam hazırlıq qrafiki! 22:16 Türkiyə öz ərazisində zenit-raket kompleksini yerləşdirəcək 21:45 Əsrin sövdələşməsi: Vaşinqton və Tehran arasında 14 bəndlik razılaşması yayıldı 21:48 Prokurorluğun Baş Gömrük İdarəsində keçirdiyi əməliyyatın DETALLARI 21:37 Livanda PUA dəhşəti: "Hizbullah" üzvlərinin olduğu avtomobillər hədəfə alındı 19:39 Bakıda keçirilən iclasda tarixi qərar 20:42 "Qarabağ" yeni mövsümə necə hazırlaşır? - Qurban Qurbanov danışdı 21:20 Bütün Xəbərlər