Naxçıvan Qaz İstismar Xidmətinin sabiq rəisinin məhkəməsi başladı

Naxçıvan Qaz İstismar Xidmətinin sabiq rəisinin məhkəməsi başladı
29.06.2026 20:14 Cəmiyyət

Xüsusilə külli miqdarda mənimsəmə və başqa cinayətlərdə ittiham olunan Naxçıvan Muxtar Respublikası Qaz İstismar Xidmətinin sabiq rəisi Ramin İsmayılovun cinayət işi üzrə məhkəmə başlayıb.

TodayPress TV xəbər verir ki, bu gün Naxçıvan Ağır Cinayətlər Məhkəməsində məhkəmənin hazırlıq iclası keçirilib.

Hakim Hüseyn Məmmədovun sədrliyi ilə keçirilən prosesdə öncə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Daha sonra tərəflərin vəsatətləri dinlənilib.

Növbəti məhkəmə prosesi iyulun 3-nə təyin edilib.

Qeyd edək ki, Ramin İsmayılov ötən ilin fevral ayında Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini Bəxtiyar Məmmədovun imzaladığı sərəncama əsasən vəzifəsindən azad edilib. Ramin İsmayılov 3,6 milyon manata yaxın dövlət vəsaitini mənimsəməkdə ittiham edilir.

Ona qarşı Cinayət Məcəlləsinin 179.4-cü (mənimsəmə və ya israf etmə, xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə), 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə), 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb.

TodayPress TV

NEWS FEED
29 JUNE 2026
Xameneinin müavini yol qəzasında həlak oldu 23:36 Türkiyədə meşə yanğını yaşayış məntəqələrinə sıçradı 23:19 DÇ-2026: Yaponiyanı məğlub edən Braziliya 1/8 finala yüksəldi - VİDEO 23:17 Bakıda qadın evinin həyətində ölü tapıldı 22:47 Dünya Bankından Bakıya 410 milyon dollarlıq dəstək 22:56 Ölkəsinin gələcəyindən danışdı - “Bizə rahatlıq verməyəcəklər” 22:49 Venesuelada zəlzələ nəticəsində ölənlərin sayı 1719 nəfərə çatdı 22:36 Zelenskidən sensasion açıqlama: Putinə sülh təklifini Lukaşenko çatdırıb 22:30 “Qurani-Kərim”lə bağlı dediyi sözlərə görə haqqında araşdırma başlandı 22:21 Neymar və Messi Venesueladakı zərərçəkənlərə kömək üçün külli miqdarda pul köçürdülər 20:28 Putinin müsahibəsindən 6 dəqiqəlik hissənin çıxarıldığı iddia olunur 22:00 Cüdoçularımız Avropa çempionatında 5 medal qazandılar 21:49 Türkiyə Ankarada keçiriləcək NATO sammitindən gözləntilərini açıqladı 21:41 Almaniyada 26 nəfər suda boğularaq həyatını itirib - Bu səbəbdən 19:52 Rusiya yenidən hücuma keçdi: Zaporojyedə inzibati bina vuruldu - VİDEO 21:22 Ermənistan parlamentinin sədr müavinliyinə namizəd oldular 21:15 Paşinyan "erməni soyqırımı"nı ələ saldı: "İmtina edilməlidir" 21:12 "Türk Dünyası Həftəsi"nin ilk gününün icmal videosu yayıldı 21:07 İsraildən XƏBƏRDARLIQ: İran raket zərbəsi endirərsə... 20:47 Tokayev Kobaxidzeni I dərəcəli "Dostık" ordeni ilə təltif etdi 20:49 Paşinyan Putinlə görüşün tarixini açıqlamadı 20:44 Sultanın qarşısına eynəkdə çıxdı - “Həyat yoldaşı şillə vurub” 20:31 Hörmüzü minalardan birgə təmizləyəcəklər 20:05 Hindistan və Səudiyyə Ərəbistanı memorandum imzaladı 20:03 Bu qanun layihəsi Azərbaycan parlamentində dəstəkləndi 20:16 All News