Müvafiq ixtisası olmayan şəxslər tərəfindən xidmətlərin göstərilməsinin qarşısı alınacaq

Müvafiq ixtisası olmayan şəxslər tərəfindən xidmətlərin göstərilməsinin qarşısı alınacaq
09.10.2025 15:01 Cəmiyyət

“Müvafiq  ixtisası olmayan şəxslər tərəfindən internet və sosial şəbəkələr vasitəsilə xidmətlərin göstərilməsinin qarşısını alan mexanizmlərin işlənib hazırlanması zəruridir”

TodayPress TV xəbər verir ki, bunu Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva “Psixi sağlamlıq və insan hüquqları” sahəsində İşçi Qrupun ilk iclası zamanı deyib.

"Ombudsmanın tapşırığı əsasında İşçi Qrupun Katibliyi tərəfindən sosial şəbəkələrin monitorinqi də həyata keçirilib. Təəssüf ki, sosial şəbəkələrdə aidiyyəti sahədə fəaliyyət göstərən çoxsaylı şəxslərin əksəriyyəti müvafiq təhsilə malik deyil və bu, insanlarda psixi sağlamlıq sahəsində yanlış təsəvvürlərin formalaşmasına səbəb olur. Psixiatr, psixoloq, psixoterapevt, nevroloq anlayışlarının qarışdırılması, dərman müalicəsi ilə bağlı əsassız stereotiplərin yayılması və qeyri-peşəkar məsləhətlərin verilməsi insanların həyatına, təhsilinə və fəaliyyət imkanlarına mənfi təsir göstərir. Sosial şəbəkələrin monitorinqi psixi sağlamlıq sahəsində yardım göstərmək hüququ olan şəxslərə dair tələblərin icrasına nəzarətin artırılması, xüsusilə də belə hüququ olmayan şəxslər tərəfindən internet və sosial şəbəkələr vasitəsilə psixoloji yardım, seans, məsləhət xidmətləri göstərilməsinin qarşısını alan mexanizmlərin işlənib hazırlanmasının zəruri olduğunu göstərməkdədir”.

TodayPress TV

XƏBƏR LENTİ
01 AVQUST 2026
Aİ səfiri dilimizi öyrənir - VİDEO 14:52 Prezident Nəriman Həsənzadənin vəfatı ilə bağlı nekroloq imzaladı 14:29 Kriptobirjada son durum: "Bitcoin" 2%-dən çox... 14:16 Mehriban Əliyeva Xalq şairi Nəriman Həsənzadənin vəfatı ilə bağlı paylaşım etdi 14:00 İran PUA-ları Küveytdə hökumət obyektinə hücum etdi 13:44 Qızıl və gümüş ucuzlaşmaqda davam edir 13:28 "Neftçi" Tokio mərhələsinə ABŞ üzərində qələbə ilə start verdi 13:10 Bazar gününə olan hava proqnozu açıqlandı 12:58 "Real" Yan Diomandenin transferi ilə bağlı razılıq əldə edə bilmədi 12:41 Ötən gün bəzi ərazilərə yağış yağdı, külək əsdi 12:24 Bu ölkələrin vətəndaşlarına Azərbaycana vizasız gəliş icazəsi verildi 12:18 Xalq şairi Nəriman Həsənzadə sabah I Fəxri xiyabanda dəfn ediləcək 12:09 CAR millisinin baş məşqçisi Hüqo Bros karyerasını başa vurdu 12:05 Bayramın qardaşı analarını öldürdü 11:53 9 ildir ki, Bakıda, ata evimdə yaşayıram - Sevil Əliyeva 11:41 1350 kilometr uzaqlıqda strateji zərbə: Rusiyanın neft zavodu Ukrayna PUA-larının hədəfi oldu - VİDEO 11:36 MİQ üzrə nəticələr açıqlandı 11:15 Bu gün Azərbaycanın 6 sərbəst güləşçisi xalça üzərinə çıxacaq 11:01 Dövlət başçısı İsveçrə Prezidentini təbrik etdi 10:48 Ərdoğana qarşı sui-qəsd cəhdinin iştirakçısı Muğlada saxlanıldı 10:36 Azərbaycan neftinin qiyməti 3 %-dən çox artdı 10:13 Rusiya Kiyevi raket atəşinə tutdu - Ölənlər var - VİDEO 09:56 Dünya bazarlarında neftin qiyməti artdı 09:50 Prezident İlham Əliyevin sosial media hesablarında Azərbaycan Əlifbası və Dili Günü ilə bağlı paylaşım edildi 09:26 Xalq şairi Nəriman Həsənzadə vəfat etdi 09:20 Bütün Xəbərlər