Polis Akademiyasında mütəxəssislər interaktiv dərslərə cəlb olundu

Polis Akademiyasında mütəxəssislər interaktiv dərslərə cəlb olundu
24.10.2025 11:33 Cəmiyyət

Polis Akademiyasında kursantların nəzəri biliklərini möhkəmləndirmək və praktiki vərdişlərini inkişaf etdirmək məqsədilə təcrübəli mütəxəssislər tərəfindən interaktiv dərslər təşkil olunur.

TodayPress TV xəbər verir ki, dərslərin əsas məqsədi kursantlarda elmi yaradıcılıq vərdişlərini inkişaf etdirmək və nəzəri biliklərin praktik tətbiqinin önəmini göstərməkdir.

Müxtəlif fənlər üzrə keçirilən interaktiv dərslərdə qonaq qismində iştirak edən Azərbaycan Respublikası Baş Prokurorluğunun Elm-Tədris Mərkəzinin rəisi, III dərəcəli dövlət ədliyyə müşaviri Fazil Həsənəliyev “Cinayət məsuliyyətindən azad etmə”, Bakı Dövlət Universitetinin professoru, hüquq elmləri doktoru Midhəd Qəfərov “Cinayət işlərinə məhkəmədə ilkin baxılması”, ehtiyatda olan III dərəcəli dövlət ədliyyə müşaviri Müqəddəs Sultanov “Cinayətin subyekti”, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, vəkil Vəfadar Piriyev “Mülki-hüquqi əqdlər və əqdlərdə təmsilçilik”, Milli Azərbaycan Tarixi Muzeyinin böyük elmi işçisi, Xəzər Universitetinin müəllimi, t.ü.f.d., dosent Laçın Mustafayev “Azərbaycan XIII-XV əsrlərdə” mövzuları üzrə mühazirə dərslərində iştirak ediblər, həmçinin Azərbaycan Dillər Universitetinin filologiya üzrə elmlər doktoru, professor Kəmalə Cəfərova kursantlara ingilis dilində nümunəvi dərs keçib. 

Təcrübəli mütəxəssislər tərəfindən keçirilən dərslər zamanı kursantlar cinayət məsuliyyətindən azad etmə halları, onların hüquqi əsasları, məhkəmələrə daxil olmuş

cinayət işləri üzrə hakimlərin ilkin hərəkətləri, cinayətin törədilməsində iştirak edən şəxslər, onların hüquqi statusları və məsuliyyətləri, mülki-hüquqi əqdlərin əlamətləri, etibarsız əqdlər və onların hüquqi nəticələri üzrə biliklərini artırıblar, ingilis dilində oğurlanmış əşyaların təsvirinin əhəmiyyətini, həmin əşyaların məhkəmədə dəlil kimi necə təqdim edildiyini və müvafiq hüquqi prosedurları öyrəniblər.

Təcrübəli mütəxəssislər dərs zamanı kursantların suallarını cavablandırıblar və müvafiq mövzular ətrafında səmərəli müzakirələr aparılıb. 

Müzakirələrdə iştirak edən kursantlar konkret hüquqi məsələlərlə bağlı praktiki yanaşmalar əldə edərək nəzəri biliklərini daha da möhkəmləndiriblər.

TodayPress TV

FOTOLAR

Polis Akademiyasında mütəxəssislər interaktiv dərslərə cəlb olundu — 1
Polis Akademiyasında mütəxəssislər interaktiv dərslərə cəlb olundu — 2
Polis Akademiyasında mütəxəssislər interaktiv dərslərə cəlb olundu — 3
Polis Akademiyasında mütəxəssislər interaktiv dərslərə cəlb olundu — 4
Polis Akademiyasında mütəxəssislər interaktiv dərslərə cəlb olundu — 5
Polis Akademiyasında mütəxəssislər interaktiv dərslərə cəlb olundu — 6
Polis Akademiyasında mütəxəssislər interaktiv dərslərə cəlb olundu — 7
Polis Akademiyasında mütəxəssislər interaktiv dərslərə cəlb olundu — 8
Polis Akademiyasında mütəxəssislər interaktiv dərslərə cəlb olundu — 9
XƏBƏR LENTİ
01 AVQUST 2026
İraq İordaniyaya girəcək - TƏCİLİ xəbərdarlıq edildi 21:12 Tofiq Musayev UFC-də qələbə qazandı 20:54 Bu ölkələr vətəndaşlarını dərhal İrandan çıxmağa çağırdı - TƏCİLİ 20:33 İran Yaxın Şərqi təhdid etdi - VİDEO 20:28 Bu gün bəzi ölkələrdə normal həyatın son gecəsi olacaq - İrandan XƏBƏRDARLIQ 20:23 İspaniya Avropa İttifaqı ölkələrini “eqoistlik”də günahlandırdı 19:59 SON DƏQİQƏ: Azərbaycanda zəlzələ oldu 19:46 Misirdəki ABŞ səfirliyi vətəndaşlarına Yaxın Şərqi dərhal tərk etməyi tapşırdı 19:34 ABŞ İsraili İran raketlərindən qoruya bilməyəcək? - Rəsmən açıqlandı 19:17 Pezeşkian: “İranın gələcəyini onlar müəyyən edəcək” 18:59 TƏCİLİ: ABŞ vətəndaşlarını Yaxın Şərqi tərk etməyə çağırdı 18:46 İsrail İranın “qorxusundan” Ukraynaya “Dəmir Günbəz” vermədi 18:36 Dünyanın ən zəngin adamları iyulda milyardlarla dollar itirdi 18:22 Avropa “qapıları bağlayır” - Miqrant məsələsi canlarına “qorxu saldı” 18:08 Dünya çempionatı: İbrahim Həsənov finala yüksəldi - YENİLƏNDİ 2 15:10 Azərbaycan avarçəkənləri İtaliyada Avropa ikincisi oldular 17:25 Rezai: Hücum olarsa, regionu daş dövrünə qaytaracağıq 17:09 Arvadını qətlə yetirən şəxsə hökm oxundu 16:54 Yaponiya yeni mərkəzləşdirilmiş xüsusi xidmət orqanı yaratdı 16:22 Ukrayna Fransaya yardım göndərdi 16:00 Azərbaycan manatının dövretmə sürəti iyunda artdı 15:42 Ukrayna Qara dənizdə "Rosatom"un konteyner gəmisini batırdı 15:26 Aİ səfiri dilimizi öyrənir - VİDEO 14:52 Prezident Nəriman Həsənzadənin vəfatı ilə bağlı nekroloq imzaladı 14:29 Kriptobirjada son durum: "Bitcoin" 2%-dən çox... 14:16 Bütün Xəbərlər