"Mobifon Electronics"dən şikayət var - Əlavə ödəniş tələb olunur

"Mobifon Electronics"dən şikayət var - Əlavə ödəniş tələb olunur
02.03.2026 12:33 Cəmiyyət

“Mobifon Electronics” mağazası ilə bağlı TodayPress TV-yə şikayət daxil olub. 

Bir müddət öncə mağazadan iPhone 16 Pro Max almaq istəyən müştəri dələduzluğun qurbanı olduğunu iddia edib. 

Onun sözlərinə görə, mağaza ona iPhone 16-nı məsləhət görüb və mobil telefonun saytda yazılan satış qiyməti ilə ondan alınan ödəniş fərqli olub. 

Xanım onu da əlavə edib ki, orijinal adı ilə 25 manata ona satılan telefon qoruyucusu üstündən bir ay keçməmiş rəngini dəyişib.    

Üstəlik, sözügedən mağazada müştəriyə telefon aksesuarları sığorta şəklində təklif olunsa da, müqavilə imzalanandan sonra həmin anda aksesuarların ödənişini tələb ediblər. 

Müştəri həmçinin bildirib ki, sözügedən mağazada problem təkcə mobil telefonlarla bağlı deyil, AirPods satışında da problemlər var. AirPods-ların qiymətləri də mağazanın sosial şəbəkə hesablarında göstərilən qiymətlərdən bahadır. 

Hətta bu qiymət fərqini gördükdən sonra məhsulu qaytarmaq istəyərkən problemlər yaşayıb.     

Şikayətçi onu da vurğulayıb ki, kreditə götürülən telefonun aylıq ödənişində də problem yaranır. Belə ki, hər kredit ödənişində ondan artıq komissiya tutulur. Ödəniş günü isə günün sonu olmadan ona hədə-qorxu gəlirlər. 

Məsələ ilə bağlı Mobifon Elektroniks mağazası ilə əlaqə saxladıq, mağazanın nümayəndəsi şikayətçinin iddialarının əsassız olduğunu bildirdi.

Qeyd edək ki, bu, baş verən ilk belə hal deyil. Bəzi elektronika mağazaları insanlara elə "səmərəli"  şərtlərlə, kreditlə elektronik məhsullar təklif edirlər ki, insanlar bu şərtlərə inanırlar.    

Əksər hallarda rəsmi iş yerlərindən arayış belə tələb olunmur, bu da insanları şirnikləşdirir. Sonda da bu cür problemlər yaranır.

Mövzu ilə bağlı Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc  TodayPress TV-yə danışarkən bildirib ki, sərfəli qiymətlərlə alıcılara təklif olunan məhsullar sonradan böyük risklər yaradır.  Sədr vurğulayıb ki, belə halların baş verməməsi üçün istehlakçıların hüquqlarını pozan mağazalar mütləq şəkildə cəzalandırılmalıdır.

Vüsalə Nəciyeva

TodayPress TV

TodayPress TV

NEWS FEED
30 JULY 2026
“Böyük endirim” tələsi belə qurulubmuş - Yüzlərlə azərbaycanlı “Telegram”da aldadıldı 19:50 Azərbaycandan qaçdı, Ukraynada tutuldu - İndi geri qaytarılır 19:36 İlham Əliyev prezidentlərlə birlikdə qolf oynadı 19:27 Moskva Zelenskinin “üstündən xətt çəkdi” 19:14 Ocaq yandıran qadın xəstəxanalıq oldu - TƏFƏRRÜATLAR 19:04 Yüzlərlə şəxs həyat yoldaşının gizli “WhatsApp“ yazılarını oxumaq üçün... 18:51 Qarabağ kanalında dəhşətli hadisə - Fövqəladə Hallar hərəkətə keçdi - VİDEO 18:38 Əraqçi ABŞ-nin bazasına görə Bolqarıstana zəng etdi: Elə bir xəbərdarlıq edildi ki… 18:27 İlham Əliyev və xanımı Qırğızıstanda belə qarşılandı - VİDEO 18:16 Minlərlə miqrant İspaniyaya keçdi - Hökumətə təcili çağırış edildi - VİDEO 18:08 Bakı Qızlar Universiteti bağlandı 17:57 Doktorantura səviyyəsi üzrə ixtisasların sayı artdı 17:52 Ferstappen “Red Bull” ətrafındakı söz-söhbətlərə son qoydu 17:30 Reşforddan duyğusal vida: “Hər anından zövq aldım” 17:09 Sinsinnati azarkeşlərinin gözlədiyi xəbər rəsmiləşdi 17:01 SON DƏQİQƏ: Xomeyni limanı üzərində insident 17:01 Kərim Kərimovun yaşadığı binaya xatirə lövhəsi vurulacaq 16:57 Eddi Hau göz yaşları ilə “Nyukasl”a vida etdi 16:48 Rusiya çözüldü: Ukrayna boş yerləri tapdı 16:36 Prezident İlham Əliyev Qırğızıstanda səfərdədir 16:36 “Real”ın gənc müdafiəçisi uzun müddət oynaya bilməyəcək 16:31 Bu ərazilərdə işıq olmayacaq 16:29 Türkiyə millisinin ulduzu “Fənərbağça”nın radarında 16:11 Bəzi yerlərdə küləkli hava müşahidə edilir - FAKTİKİ HAVA 16:03 Ev telefonları artıq işləməyəcək - Xidmət dayandırıldı 15:55 All News