Milli Qəhrəman, şəhid general-mayor Polad Həşimovun doğum günüdür

Milli Qəhrəman, şəhid general-mayor Polad Həşimovun doğum günüdür
02.01.2026 10:15 Cəmiyyət

Bu gün Azərbaycanın Milli Qəhrəmanı, şəhid general-mayor Polad Həşimovun doğum günüdür.

TodayPress TV xəbər verir ki, Polad Həşimovun dünyaya gəlişindən 51 il ötür.

P.Həşimov 1975-ci ilin yanvarın 2-də Qəbələ rayonunun Vəndam kəndində anadan olub, sonradan ailəsi ilə birlikdə Sumqayıt şəhərinə köçüb. Orta təhsilini Sumqayıt şəhərində əvvəlcə 28 nömrəli, sonra isə 34 nömrəli məktəbdə alıb. O, Heydər Əliyev adına Ali Hərbi Məktəbi bitirərək hərbçi olub.

General-mayor P.Həşimov 2020-ci il iyulun 14-də Tovuz istiqamətində baş verən şiddətli döyüşlər zamanı Ermənistan silahlı qüvvələrinin hücum cəhdinin qarşısını alarkən qəhrəmancasına şəhid olub. Onun şəhid olması xəbərini ictimaiyyətə müdafiə nazirinin müavini, general-leytenant Kərim Vəliyev dərin hüznlə çatdırıb. İyulun 14-də general-mayor Polad Həşimovun nəşi əvvəlcə doğulduğu Qəbələ rayonunun Vəndam qəsəbəsinə, sonra isə yaşadığı Sumqayıt şəhərinə gətirilib. General iyulun 15-də II Fəxri Xiyabanda, polkovnik İlqar Mirzəyev ilə yanaşı dəfn olunub.

Prezident İlham Əliyev döyüş zamanı müdafiənin ön xəttində olarkən qəhrəmancasına şəhid olmuş general-mayor Polad Həşimovun anası ilə telefonla danışıb və şəhidin ailə üzvlərinə dərin hüznlə başsağlığı verib.

2020-ci il dekabrın 9-da Prezident İlham Əliyevin sərəncamı ilə P.Həşimova Azərbaycanın Milli Qəhrəman adı verilib.

Xatırladaq ki, P.Həşimov 2003-cü ildə mayor qismində Prezident Heydər Əliyevin sərəncamı ilə "Hərbi xidmətlərə görə" medalı ilə təltif edilib. Altı il sonra, 2009-cu ildə isə o, artıq polkovnik-leytenant qismində Prezident İlham Əliyevin sərəncamı ilə "Vətən uğrunda" medalı ilə təltif olunub. 2014-cü il iyunun 25-də III dərəcəli Vətənə xidmətə görə ordeni ilə təltif edilən Polad Həşimov, 2016-cı ilin Aprel döyüşlərində göstərdiyi şücaətə görə 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə mükafatlandırılıb.

P.Həşimov 2016-cı ilin 2-4 aprelində cəbhə boyu baş verən hərbi əməliyyatlar zamanı Talış qəsəbəsi uğrunda gedən döyüşləri aparan 1-ci Ordu Korpusunun Qərargah rəisi olub və yaralanıb. 2019-cu il iyunun 25-də Polad Həşimova general-mayor ali hərbi rütbəsi verilib. O, daha sonra Azərbaycan Silahlı Qüvvələrinin 3-cü Ordu Korpusunun Qərargah rəisi təyin olunub.

2020-ci ildə Qəbələ şəhərində Şəhidlər xiyabanının yerləşdiyi küçəyə Polad Həşimovun adı verilib. Bakı şəhərinin küçələrindən biri də Azərbaycanın Milli Qəhrəmanının adını daşıyır.

P.Həşimovun adı Türkiyədə də əbədiləşdirilib. Belə ki, Osmanqazi rayonunun Dəmirtaş bölgəsində Polad Həşimovun adının verildiyi yeni park salınıb.

P.Həşimovun iki oğul və bir qız övladı yadigar qalıb.

TodayPress TV


NEWS FEED
04 AUGUST 2026
“Arsenal”ın ulduzu gözünü bütün kuboklara dikdi! 09:00 ATƏT-in fəaliyyətdə olan sədri Azərbaycana ilk rəsmi səfərinə başladı 08:41 “Barselona” azarkeşlərini düşündürən Ferran Torres açıqlaması 08:48 Moskvaya dron hücumu: Ölənlər var - VİDEO 08:28 Krasnıy Borda nəhəng anbar vuruldu - VİDEO 08:18 Qırmızı və sarı pomidorun fərqi nədir? 00:56 Köpəkbalıqlarının qanında kokain tapıldı 00:24 Okeanın dibində “ölüm zonaları” tapıldı 00:17 Səudiyyə Ərəbistanı səhranı yaşıllaşdırır: 159 milyon ağac 23:47 Fransada çaylar bir-bir quruyur 23:35 Alimlərdən xəbərdarlıq: 2030-a qədər hər şey dəyişə bilər 22:34 Qanada plastik tullantılardan bunu düzəltdilər - Görənlər təəccübləndi 22:21 Ceki Çan Azərbaycandadır 00:50 İrandan ABŞ-yə: “Keçməyə imkan verməyəcəyik, vuracağıq!” 01:25 DSX-nin təqaüddə olan polkovniki vəfat etdi - FOTO 01:13 Ukraynanın ABŞ-dəki yeni səfiri o ola bilər 00:42 Qəzzada sülhlə bağlı YENİ ADDIM: Türkiyə-HƏMAS görüşünün detalları 00:31 Nəriman Axundzadə Türkiyə klubuna keçdi 00:09 ABŞ əvvəlcə İranın şərtlərini qəbul edib, amma sonra… 23:57 İstanbul məktəblərində YENİ QƏRAR: Məscidlər yaradılacaq 23:41 “NATO-ya Rusiyanın yarısı olmaq üçün hələ 12 il lazımdır” - Zalujnı 23:28 İran Ukraynaya zərbə endirmək istəyirmiş - Son anda buna görə fikrini dəyişib 23:18 İsrail Qəzzadan nə vaxt çıxacaq? - AÇIQLANDI 23:07 SOCAR Gürcüstan zavodunu bu ölkənin nefti ilə təmin edəcək - Rusiya nefti “dəbdən düşdü” 22:54 Tramp İrana son şans verdi: 4 avqusta qədər nə baş verəcək? 22:42 All News