Mərkəzi Bankın eksperti AQC-də müşavir təyin olundu

Mərkəzi Bankın eksperti AQC-də müşavir təyin olundu
17.11.2025 12:00 Cəmiyyət

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətində (AQC) yeni kadr təyinatı həyata keçirilib. Qurumun sədri Vüqar Orucun sərəncamı ilə İbrahimov Asif Arzuman oğlu müşavir vəzifəsinə təyin edilib.

TodayPress TV xəbər verir ki, Asif İbrahimov idarəetmə və beynəlxalq standartlar sahəsində geniş təcrübəyə malik mütəxəssis kimi tanınır. O, ali təhsilini Bakı Slavyan Universitetində və Moskva Dövlət İqtisadiyyat və Statistika Universitetində menecment ixtisası üzrə alıb. Daha sonra Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında dövlət və bələdiyyə idarəetməsi üzrə təhsilini davam etdirib.

Onun 17 illik peşəkar fəaliyyəti Azərbaycanla yanaşı, Türkiyə və Gürcüstanda da davam edib. Bu müddətdə 200-dən çox yerli və beynəlxalq layihədə aparıcı məsləhətçi kimi iştirak edib, müxtəlif müəssisə və təşkilatlarda beynəlxalq idarəetmə standartlarının tətbiqinə rəhbərlik edib. O, şirkətlərdə idarəetmə proseslərinin təkmilləşdirilməsi, beynəlxalq standartların tətbiqi və ixraca yönəlik məhsullar üzrə məsləhət xidmətlərinin göstərilməsi sahəsində ən tanınmış ekspertlərdən biri hesab olunur.

Asif İbrahimov həmçinin İSO 9001:2015, İSO 14001:2015, İSO 45001:2018, İSO 37001, İSO 10002:2018, Global G.A.P. və digər idarəetmə sistemlərinin tətbiqi üzrə ixtisaslaşmış mütəxəssisdir və bu standartları MDB-də tətbiq edən ilk şəxsdir. Müxtəlif illər ərzində o, bir sıra dövlət qurumlarında bu standartların tətbiqinə rəhbərlik edib və ölkədə bir sıra yeniliklərin ilk icraçıları sırasında olub.

Bundan başqa, o, Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında müəllimlik fəaliyyətini davam etdirir və müxtəlif dövlət və özəl təşkilatlarda təlimçi kimi çıxış edir. Asif İbrahimov həmçinin Mərkəzi Bankın məsləhətçi-eksperti kimi də fəaliyyət göstərir.

Qeyd edək ki, Asif İbrahimov şəhid ailəsindəndir. Onun atası, İbrahimov Arzuman Pənah oğlu, 1992-ci ildə Qarabağ döyüşlərində Azərbaycanın ərazi bütövlüyü uğrunda qəhrəmancasına şəhid olub.

TodayPress TV 

NEWS FEED
31 JULY 2026
Azərbaycan və Qırğızıstan prezidentlərinin təltifolunma mərasimi keçirildi - FOTO 13:28 “Vugar Gashimov Open 2026” öz qalibini tapdı 13:20 SEPAH-a casusluqda şübhəli bilinən Azərbaycan vətəndaşı saxlanıldı 13:10 ATƏT sədri Bakıya gəlir: Nələr müzakirə olunacaq? 13:02 Azərbaycanlı güləşçi dünya çempionatında medal astanasında! 12:57 Robert Köçəryanla bağlı qərar verildi 12:44 Yeni nazir müavini təyin olundu - Sərəncam imzalandı 12:38 Sabah hava necə olacaq ? 12:31 Çimayevdən Striklendə: “Məni görəndə üzr istə!” 12:08 İspaniyaya soxulan qanunsuz miqrantlar geri qaytarılacaq - Razılıq əldə olundu 12:19 Azərbaycan və Mərkəzi Asiya ölkələri liderlərinin qeyri-rəsmi görüşü keçirilir 12:13 Alonso FIFA-nın planına etiraz etdi: Futbol satıla bilməz! 12:06 Gözlər Prezident Əliyevin Orta Asiya səfərində: Azərbaycan dünyanı xilas etmək üzrədir 11:58 Bərdədə 79 yaşlı kişi kanalda boğuldu 11:47 Namidə İsayeva vəzifəsindən ayrıldı 11:40 Tramp Rusiya-Ukrayna müharibəsinin başa çatması ilə bağlı açıqlama verdi 11:36 Xəstəni komaya salan cərrah və anestezioloqa hökm oxundu 11:31 Azərbaycan futbolunda tarixi uğur: UEFA rekordu yeniləndi 11:24 Meloni İspaniya ilə Şengeni dayandırmağa hazırdır 11:18 Çolpon-Atada İlham Əliyev və Mehriban Əliyevanın şərəfinə ziyafət verildi 11:13 Ayrı-seçkilik edənləri ağır cəza gözləyir 11:04 Xamenei haradadır? - MKİ və MOSSAD ali liderin izinə düşdü 10:57 “Milan”ın ürəyi susdu: Franko Barezi ilə vida 10:46 Bakıda 29 yaşlı qadının qopmuş qolunu yerinə tikdilər 10:42 Böyrək alveri şəbəkəsində Azərbaycan izi var? 10:34 All News