MEDİA: Sərhəddə ağır silahların yerləşdirilməsi dezinformasiyadır

MEDİA: Sərhəddə ağır silahların yerləşdirilməsi dezinformasiyadır
06.03.2026 17:34 Cəmiyyət

Sosial şəbəkələrdə Azərbaycanın İranla dövlət sərhədinə guya Azərbaycan Ordusuna məxsus ağır silahların yerləşdirilməsi haqqında paylaşım mahiyyəti bilərəkdən təhrif olunmuş informasiya manipulyasiyasıdır.

TodayPress TV xəbər verir ki, bu barədə Medianın İnkişafı Agentliyi (MEDİA) məlumat yayıb.

Qeyd edilib ki, bu ilin yanvar ayında hərbi texnikanın yerdəyişmə prosesini əks etdirən həmin görüntünün yönləndirici ifadələrlə yeni "fakt" kimi təqdim edilməsi ictimai rəyi çaşdırmaq məqsədi güdür:

"Yaxın Şərqdə davam edən hərbi əməliyyatlar zamanı məlumatları manipulyasiya edərək təşviş yaratmağa yönəlmiş bu kimi informasiya təxribatlarını qəti şəkildə pisləyirik. Azərbaycan Silahlı Qüvvələrinin şəxsi heyətinin, hərbi silah, sursat və ya hərbi texnikasının hərəkəti və ya dislokasiyası haqqında məlumatları yaymaq cinayət məsuliyyəti daşıyır. Regiondakı gərginlik fonunda sosial şəbəkələrdə qeyri-dəqiq və mənbəyi bilinməyən məlumatların verilməsi dezinformasiya riskini artıraraq cəmiyyətdə çaşqınlıq yaratmağa yönəlib".

Qurumun məlumatında bildirilib ki, media subyektləri sosial şəbəkələrdəki informasiya axınına münasibətdə yüksək peşəkarlıq göstərməli, yalnız rəsmi mənbələrə istinad etməli, mənbəyi şübhə doğuran, manipulyativ xarakterli məzmunu tirajlamamalıdır.

TodayPress TV

NEWS FEED
30 JULY 2026
İrana qarşı hərbi əməliyyatlara davam, yoxsa tamam? - Cəmi 1 səs hər şeyi dəyişdi 23:04 "Neftçi" UEFA Konfrans Liqası ilə vidalaşdı - YENİLƏNDİ 21:18 Bakıda qətl hadisəsi baş verdi - TƏFƏRRÜATLAR 22:50 Ermənistan Rusiya kimisini tapmayacaq - Moskvadan İrəvana mesaj 22:39 Rusiya “Telegram”ın təsisçisini niyə “qara siyahı”ya saldı? - SƏBƏB bu imiş 22:26 UEFA Avropa Liqası: ÇSKA - "Qarabağ" oyunu başladı - CANLI 22:03 "Zirə" UEFA Konfrans Liqası ilə vidalaşdı - VİDEO 20:04 Səbrsizliklə gözlənilən “44” filmi tamamlandı 21:49 Netanyahu Avropanı “aşağıladı”, ABŞ-yə tərif yağdırdı, İrana isə… 21:13 Rusiya Şimali Koreya raketindən istifadə edib? - Zelenski detalları açıqladı 21:04 Azərbaycan Dünya Çempionatını boykot etdi 20:54 İranın qorxusu ölkələri İsrailə yaxınlaşdırdı - Netanyahu AÇIQLADI 20:42 Bakıdan Parisə sərt bəyənat: “Azərbaycanın daxili işinə qarışmayın!” 20:25 Moskva İrəvandan pulunu geri istəyir - Dəmir yolu məsələsinin axırı nə olacaq? 20:19 Ermənistan kimə lazımdır? - Paşinyan bir-bir saydı 20:02 “Böyük endirim” tələsi belə qurulubmuş - Yüzlərlə azərbaycanlı “Telegram”da aldadıldı 19:50 Azərbaycandan qaçdı, Ukraynada tutuldu - İndi geri qaytarılır 19:36 İlham Əliyev prezidentlərlə birlikdə qolf oynadı 19:27 Moskva Zelenskinin “üstündən xətt çəkdi” 19:14 Ocaq yandıran qadın xəstəxanalıq oldu - TƏFƏRRÜATLAR 19:04 Yüzlərlə şəxs həyat yoldaşının gizli “WhatsApp“ yazılarını oxumaq üçün... 18:51 Qarabağ kanalında dəhşətli hadisə - Fövqəladə Hallar hərəkətə keçdi - VİDEO 18:38 Əraqçi ABŞ-nin bazasına görə Bolqarıstana zəng etdi: Elə bir xəbərdarlıq edildi ki… 18:27 İlham Əliyev və xanımı Qırğızıstanda belə qarşılandı - VİDEO 18:16 Minlərlə miqrant İspaniyaya keçdi - Hökumətə təcili çağırış edildi - VİDEO 18:08 All News