Siqaretə nəzarət güclənir: Hansı faydaları olacaq?

Siqaretə nəzarət güclənir: Hansı faydaları olacaq?
31.03.2026 18:47 Cəmiyyət

“Ölkəmizdə istər elektron siqaretlərin, istərsə də digər tütün məmulatlarının qadağan olunması istiqamətində atılan addımlar həm gənc nəslin, həm də ümumilikdə cəmiyyətin sağlamlığı baxımından olduqca vacibdir”.

Bu fikirləri sosioloq Hüseyn İbrahimov TodayPress TV-yə açıqlamasında bildirib.


Onun sözlərinə görə, bu tədbirlər təkcə fərdi sağlamlığa deyil, həm də ictimai və ekoloji mühitə müsbət təsir göstərir:

“Nəticə etibarilə, bu addımlar ictimai və ekoloji sağlamlığın qorunmasına, tərbiyə dəyərlərinin möhkəmlənməsinə, ətraf mühitin təmizliyinin yaxşılaşmasına və ümumi davranış mədəniyyətinin yüksəlməsinə xidmət edir. Bu isə gələcək nəsillərin daha sağlam yetişməsi üçün həm sosial, həm də iqtisadi baxımdan mühüm əhəmiyyət daşıyır. Bir çox inkişaf etmiş ölkələrdə bu cür məhdudiyyətlər artıq uzun müddətdir tətbiq olunur. Sevindirici haldır ki, ölkəmizdə də vətəndaşlar tədricən siqaretlə bağlı qaydalara əməl etməyə başlayırlar. Eyni zamanda, aidiyyəti qurumlar, xüsusilə polis orqanları tərəfindən nəzarət gücləndirilib. İctimai yerlərdə siqaret istifadəsinin azalması müşahidə olunur, müşahidə kameralarının geniş tətbiqi də bu prosesə əlavə dəstək verir”.

Sosioloq qeyd edib ki, bununla yanaşı, vətəndaş nəzarətinin artırılması da vacibdir, lakin bu sahədə hələ müəyyən boşluqlar qalır:

“Elektron siqaretlər də əslində tütün istifadəsini təşviq edən vasitələrdən biridir və bəzi hallarda insan orqanizminə daha zərərli təsir göstərə bilir. Bu səbəbdən onların istifadəsinə dair qanunvericiliyin sərtləşdirilməsi xüsusi əhəmiyyət daşıyır. Son dövrlərdə azyaşlılar arasında elektron siqaret istifadəsinin artması ciddi narahatlıq doğurur və gələcək nəsillərin sağlamlığı üçün risk yaradır. Qadağalar yalnız istifadənin məhdudlaşdırılması ilə kifayətlənmir, eyni zamanda reklamın azalmasına da səbəb olur. Bu isə ictimai məlumatlılığın artmasına və istifadə səviyyəsinin aşağı düşməsinə müsbət təsir edir”.

Ekspert əlavə edib ki, bəzi iri marketlərdə elektron siqaretlərin açıq şəkildə reklam olunması və alıcılara təklif edilməsi halları hələ də müşahidə olunur və bu hallar mütləq məhdudlaşdırılmalıdır:

“Adi siqaretlərdə olduğu kimi, elektron siqaretlərin istifadəsinə dair qanunların tətbiqi və cərimələrin icrası vətəndaş nəzarətinin gücləndirilməsini tələb edir. Eyni zamanda, təhsil müəssisələrində müəllimlərin, ailələrin və ümumilikdə cəmiyyətin bu məsələyə diqqəti artırılmalıdır. İctimai yerlərdə — parklar və digər məkanlarda — siqaret çəkilməsi üçün xüsusi ayrılmış sahələrin yaradılması daha məqsədəuyğun olardı. Ümumilikdə, siqaretin nümayişkaranə şəkildə çəkilməsi müəyyən mənada reklam effekti yaradır. Buna görə də bu fəaliyyətin daha məhdud və xüsusi ayrılmış məkanlarda həyata keçirilməsi məqsədəuyğundur. İş yerlərində də bu məqsədlə xüsusi guşələrin yaradılması vacibdir”.

Hüseyn İbrahimov sonda vurğulayıb ki, elektron siqaretlərlə bağlı qanunların qüvvəyə minməsi və müvafiq cərimələrin tətbiqi həm bugünkü, həm də gələcək nəsillərin sağlamlığının qorunması baxımından böyük əhəmiyyət daşıyır.

Qeyd edək ki, 1 aprel 2026-cı il tarixindən Azərbaycanda elektron siqaretlər, qəlyanlar və onların doldurulması üçün kartriclərin (vape) qadağan olunmuş yerlərdə istifadəsinə, eləcə də satışı və reklamına görə inzibati cərimələr tətbiq ediləcək. İnzibati Xətalar Məcəlləsinə edilən dəyişikliklərə əsasən, ictimai yerlərdə bu vasitələrdən istifadə edən şəxslər 30 manat məbləğində cərimələnəcək.

Türkan İsgəndərli

XƏBƏR LENTİ
30 IYUL 2026
Prezident İlham Əliyev Qırğızıstanda səfərdədir 16:36 “Real”ın gənc müdafiəçisi uzun müddət oynaya bilməyəcək 16:31 Bu ərazilərdə işıq olmayacaq 16:29 Türkiyə millisinin ulduzu “Fənərbağça”nın radarında 16:11 Bəzi yerlərdə küləkli hava müşahidə edilir - FAKTİKİ HAVA 16:03 Ev telefonları artıq işləməyəcək - Xidmət dayandırıldı 15:55 İraqlı nazir Ərdoğanla görüşdə imza böhranı yaratmışdı - Arxasından İran kəşfiyyatı çıxdı 15:54 İtaliya ABŞ rekordunun qarşısını ala bilmədi 15:41 Rusiyada parçalanma başladı: İqtidar içindən sökülür 15:35 “Uilyams” Sayns insidenti ilə bağlı diqqətçəkən açıqlama verdi 15:30 Ukraynada azərbaycanlıların olduğu gəmiyə DRON HÜCUMU EDİLDİ 15:24 Böyük əfv gündəmdə: Rəşad Dağlının adı siyahıdadır 15:20 “Real”ın ulduzu klubdan rekord bonus istəyir 15:17 “Arsenal” Kenan Yıldız üçün İtaliyaya nümayəndə göndərdi 15:13 İlham Əliyev Qırğızıstana səfər edəcək 15:11 SEPAH: 3 ədəd F-35 qırıcısı vurduq - İDDİA 15:00 Çinin İrana 400 raket verəcəyi xəbəri ölkəni silkələdi 15:00 Azərbaycanın Pakistandakı səfiri diplomatik missiyasını başa çatdırır 14:56 Mundialda növbəti uğursuz gün: Qadın güləşçilərimiz uduzdu 14:40 Avqusta hazır olun! - Güclü istilər gəlir 14:28 Rusiya Polşanı vurdu, NATO biabır oldu 14:20 SEPAH: Təcavüzkarı bu gün cəzalandıracağıq 14:06 İyulun son gününün havası açıqlandı 13:57 Kəmaləddin Heydərov xanımı ilə festivalda... - FOTO 13:55 Uşaq idmançıları daşıyan avtobusun qəzası ilə bağlı araşdırma başladı 13:51 Bütün Xəbərlər