“Mavi Balina” yenə can aldı: Kim dur deyəcək?

“Mavi Balina” yenə can aldı: Kim dur deyəcək?
04.12.2025 17:14 Cəmiyyət

Son günlər uşaqları intihara sürükləyən “Mavi Balina” oyunu yenidən gündəmə gəlib. Sosial şəbəkələrdə bəzi istifadəçilərin uşaqları manipulyasiya edən tapşırıqlar verdiyi, şantaj yolu ilə təhlükəli davranışlara məcbur etdiyi barədə məlumatlar yayılır.

Mövzu ilə bağlı Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyası İdarə Heyətinin sədri Elvin Abbasov TodayPress TV-yə açıqlama verib. 


Onun sözlərinə görə, insanlar “Mavi Balina”nı hələ də konkret bir oyun kimi axtarsalar da, əslində bu, artıq müəyyən kateqoriyanı ifadə edir:

"Cəmiyyət bunu səhv anlayır və internetdə ölümə aparan "Mavi Balina" adlı bir oyun axtarırlar. Əslində bu tip oyunlar müxtəlif missiyalar verərək insanları təhlükəli məqamlara sürükləyən kateqoriyaya çevrilib. Artıq müxtəlif adlar altında "Mavi Balina"ya bənzər oyunlar fəaliyyət göstərir. bəzi tətbiqləri kənar mənbələrdən mobil cihazlara yükləmək mümkündür və onların istifadə olunması üçün mütləq şəkildə “App Store” və ya “Play Market”də mövcud olması şərt deyil".

Ekspert bildirib ki, təkcə oyunlar deyil, sosial şəbəkələrdəki bəzi şəxslər də eyni manipulyasiya üsullarından istifadə edir:

"Bəzi insanlar saxta profillərlə uşaqlara kiçik tapşırıqlar verərək şəkil istəyirlər. Daha sonra açıq şəkildə olan həmin fotolardan şantaj vasitəsi kimi istifadə edib daha təhlükəli missiyalar verirlər. Bu proses təkcə oyunlarla məhdudlaşmır, sosial şəbəkələrdə də aktiv şəkildə həyata keçirilir. Bu fəaliyyətlər əslində qadağandır və hüquq-mühafizə orqanları tərəfindən araşdırılır. Lakin problem ondadır ki, onlar özlərini "Mavi Balina" adı ilə təqdim etmirlər. Oyun kimi görünür, amma tərkibində təhlükəli motivlər olur və insanlar oynadıqca şikayət edirlər. Araşdırmalar zamanı məlum olur ki, bu, "Mavi Balina"nın fərqli adda davam edən versiyalarıdır".


Elvin Abbasov valideynləri daha diqqətli olmağa çağırıb və uşaqların onlayn fəaliyyətinə nəzarətin artırılmasının vacibliyini vurğulayıb.

Qeyd edək ki, paytaxtın Binəqədi rayonunda bir mənzildə özünü asan 13 yaşlı yeniyetmənin mobil telefonunda bu oyun aşkarlanıb. Bildirilir ki, onun oyundan aldığı sonuncu mesaj “Bu gün son günündür” olub. 

Türkan İsgəndərli

TodayPress TV

NEWS FEED
15 JUNE 2026
Vens anlaşma imzalandığını təsdiqlədi 20:22 DÇ-2026: İspaniya-Kabo Verde oyunu başladı 20:09 ABŞ və İran anlaşma memorandumunu imzaladı? - Detallar açıqlanacaq.. 20:00 İslamabad razılaşmasının detalları açıqlandı 19:43 ABŞ qalib gəlmədi, İran məğlub olmadı: Əsl qalib kimdir? 19:39 Aİ Rusiyanın sanksiyalarına qarşı Ermənistana dəstək planı hazırlayır 19:10 Ukrayna dronlarına ağır zərbə riski: Rusiya ordusu "Starlink"ə qarşı yeni üsul öyrəndi 19:04 Oman ABŞ-İran tarixi sülh razılaşmasını rəsmən alqışladı 18:46 İsrailin sabiq baş naziri: "Netanyahu müharibəni uduzdu" 18:39 Pezeşkian elan etdi: ABŞ və İran arasında müharibə bu tarixdə bitir 18:33 "Sanksiyalar ləğv edilməyəcək!" - Fon der Lyayen İrana şərt qoydu 18:19 Azərbaycan boksçuları Dünya Kubokuna qələbə ilə başladı 18:09 Surət Hüseynov Gəncədən hücum edərkən Bakıya qədər heç bir rayonun icra başçısı qabağına çıxa bilmədi - Qurtuluş gününün şifrələri 17:53 Axtarışda olan 83 nəfər tutuldu 17:44 Yollarda görünüş bu məsafəyədək məhdudlaşacaq 17:30 Ərdoğan Azərbaycanı Milli Qurtuluş Günü münasibətilə təbrik etdi 17:16 İtkin düşən 8 nəfər tapıldı 17:11 İran: Hörmüz boğazından keçid üçün rüsum tutulmayacaq 16:59 Müdafiə naziri Pakistan tərəfinə başsağlığı verdi 16:48 Azəriqaz işçilərinin maaşından tutulan pullar Qarabağ turunda “kartof və toyuq qanadı”na getdi? 16:44 Səfir: Azərbaycan Prezidentinin Almaniyaya səfərinə ümid edirik 16:36 Zelenski Putinə görüşməyi təklif etdiyini açıqladı 16:25 İspaniya Kabo Verde ilə, Belçika isə Misirlə qarşılaşacaq 16:12 Almaniya səfiri: Azərbaycanla münasibətlər ardıcıl olaraq inkişaf edir 16:01 Zakir Həsənov Azərbaycan Ordusunun şəxsi heyətini təbrik etdi 15:51 All News