Martda 17 gün iş olmayacaq

Martda 17 gün iş olmayacaq
28.02.2026 10:00 Cəmiyyət

2026-cı ilin martında Azərbaycanda rəsmi bayramlar və istirahət günləri ilə əlaqədar 17 qeyri-iş günü nəzərdə tutulur.

TodayPress TV xəbər verir ki, martın 8-i Beynəlxalq Qadınlar Günü bazar gününə təsadüf etdiyindən 9 mart da qeyri-iş günü hesab olunacaq.

Bundan əlavə, Novruz bayramı və Ramazan bayramı ilə əlaqədar martda uzunmüddətli istirahət günləri olacaq.

Əmək Məcəlləsinin tələblərinə əsasən, bayram günlərinin şənbə və bazar günlərinə təsadüf etməsi və üst-üstə düşməsi ilə əlaqədar əlavə istirahət günləri müəyyən edilib.

Belə ki, 20, 21, 22, 23 və 24 mart Novruz bayramı günləri kimi qeyri-iş günü hesab olunur. 21 və 22 mart tarixləri müvafiq olaraq şənbə və bazar gününə təsadüf etdiyindən 25 və 26 mart tarixləri də qeyri-iş günü hesab olunacaq.

Ramazan bayramının 20 və 21 mart tarixlərində Novruz günləri ilə üst-üstə düşməsi nəticəsində 27 və 30 mart tarixləri də qeyri-iş günü sayılacaq.

28 və 29 mart tarixləri də müvafiq olaraq həftənin şənbə və bazar gününə təsadüf edəcək.

Nəticədə 25, 26, 27 və 30 mart tarixləri də qeyri-iş günü olacaq.

Beləliklə, 20 martdan 30 martadək (hər iki gün daxil olmaqla) ölkədə ardıcıl 11 gün qeyri-iş günü olacaq.

Bununla yanaşı, Əmək Məcəlləsinə əsasən, əsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günündən bilavasitə əvvəl gələn iş gününün müddəti həftəlik iş günlərinin sayından asılı olmayaraq bir saat qısaldılır. Bu səbəbdən 19 martda iş günü 1 saat qısaldılacaq.

Ümumilikdə isə şənbə və bazar günləri də (1, 7, 14, 15 mart) nəzərə alınmaqla 2026-cı ilin martında 17 qeyri-iş günü qeydə alınacaq.

(Trend)

TodayPress TV

NEWS FEED
30 JULY 2026
Prezident İlham Əliyev Qırğızıstanda səfərdədir 16:36 “Real”ın gənc müdafiəçisi uzun müddət oynaya bilməyəcək 16:31 Bu ərazilərdə işıq olmayacaq 16:29 Türkiyə millisinin ulduzu “Fənərbağça”nın radarında 16:11 Bəzi yerlərdə küləkli hava müşahidə edilir - FAKTİKİ HAVA 16:03 Ev telefonları artıq işləməyəcək - Xidmət dayandırıldı 15:55 İraqlı nazir Ərdoğanla görüşdə imza böhranı yaratmışdı - Arxasından İran kəşfiyyatı çıxdı 15:54 İtaliya ABŞ rekordunun qarşısını ala bilmədi 15:41 Rusiyada parçalanma başladı: İqtidar içindən sökülür 15:35 “Uilyams” Sayns insidenti ilə bağlı diqqətçəkən açıqlama verdi 15:30 Ukraynada azərbaycanlıların olduğu gəmiyə DRON HÜCUMU EDİLDİ 15:24 Böyük əfv gündəmdə: Rəşad Dağlının adı siyahıdadır 15:20 “Real”ın ulduzu klubdan rekord bonus istəyir 15:17 “Arsenal” Kenan Yıldız üçün İtaliyaya nümayəndə göndərdi 15:13 İlham Əliyev Qırğızıstana səfər edəcək 15:11 SEPAH: 3 ədəd F-35 qırıcısı vurduq - İDDİA 15:00 Çinin İrana 400 raket verəcəyi xəbəri ölkəni silkələdi 15:00 Azərbaycanın Pakistandakı səfiri diplomatik missiyasını başa çatdırır 14:56 Mundialda növbəti uğursuz gün: Qadın güləşçilərimiz uduzdu 14:40 Avqusta hazır olun! - Güclü istilər gəlir 14:28 Rusiya Polşanı vurdu, NATO biabır oldu 14:20 SEPAH: Təcavüzkarı bu gün cəzalandıracağıq 14:06 İyulun son gününün havası açıqlandı 13:57 Kəmaləddin Heydərov xanımı ilə festivalda... - FOTO 13:55 Uşaq idmançıları daşıyan avtobusun qəzası ilə bağlı araşdırma başladı 13:51 All News