Kütləvi zəhərlənmə olan restoran bu vəzifəli şəxsin imiş

Kütləvi zəhərlənmə olan restoran bu vəzifəli şəxsin imiş
16.07.2026 16:03 Cəmiyyət

Şəmkir rayonunda 11 nəfərin zəhərləndiyi və buna görə bağlanan “Narın Qala” restoranı rayonun uzun müddət icra başçısının müavini vəzifəsini daşıyan Fəxrəddin Vəli oğlu Vəliyevə məxsusdur.

TodayPress TV Axar.az-a istinadən xəbər verir ki, belə bir iddia ilə rayon sakinləri sosial şəbəkədə çıxış ediblər.

Bildirilib ki, “Narın Qala” Şəmkir SES-in düz yanında tikilib.

Qeyd edilir ki, F.Vəliyev bir müddət öncə başçının müavini və YAP-ın rayon təşkilatının sədri vəzifəsindən təqaüdə göndərilib.

Fəxrəddin Vəliyev 2 iyun 1955-ci ildə Şəmkir rayonunun Təzəkənd kəndində anadan olub, 1972-1974-cü illərdə Şəmkir rayonundakı R.Əliyev adına kolxozda kolxozçu işləyib. 1978-ci ildə Gəncə Dövlət Pedoqoji İnistutunun Tarix fakültəsini bitirib.

1986-1989-cu illərdə Ali Partiya Məktəbində təhsil alıb.

1995-2000-ci ildə Azərbaycan Kənd Təsərrüfatı Akademiyasının (indiki Dövlət Aqrar Universiteti) Mühəndis iqtisadiyyatı və idarəetmə fakültəsində oxuyub.

1978-1985-ci illərdə Şəmkir rayonunun Kür qəsəbə və R.Əliyev adına tam orta məktəblərində müəllim, məktəb direktorunun müavini vəzifəsində işləyib. 1985-1990-cı illərdə Şəmkir rayonunun R.Əliyev adına sovxozunda partiya komitəsinin katibi, 1990-1991-ci illərdə sovxozun direktor müavini olub.

1993-cü ilin sentyabr ayından 1995-ci ilin iyul ayına kimi Şəmkir rayon İcra Hakimiyyətində humanitar məsələlər üzrə baş məsləhətçi, 1995-ci ilin iyul ayından 2013-cü ilin dekabr ayının 27-nə kimi Şəmkir rayon İcra Hakimiyyəti başçısının müavini, İctimai-siyasi və Humanitar məsələlər şöbəsinin müdiri vəzifəsində işləyib.

2013-cü ilin dekabr ayının 27-dən Şəmkir rayon İcra Hakimiyyəti başçısının müavini, sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri vəzifəsində çalışıb.

2000-ci ildən YAP rayon təşkilatının sədri olub.

6 iyul 2026-cı ildə başçının müavini və YAP rayon təşkilatının sədri vəzifəsindən azad edilib.

TodayPress TV

PHOTOS

Kütləvi zəhərlənmə olan restoran bu vəzifəli şəxsin imiş — 1
NEWS FEED
17 JULY 2026
Yatmazdan əvvəl bir ovuc püstə yeməyin FAYDALARI 01:49 Alimlər ən faydalı isti içkini açıqladı - Hər gün içənlər daha uzun yaşayır 01:41 Yunan yoqurtu, yoxsa adi? Mütəxəssislər ən faydalısını açıqladı 01:25 Biləsuvarın bu küçələrində qaz olmayacaq - XƏBƏRDARLIQ 23:25 Bu tarixlərdə doğulanlar maliyyədə daha şanslıdır 23:06 Çəkiniz eyni qalacaq, amma bədəniniz dəyişəcək - Sirri AÇIQLANDI 01:17 UEFA Avropa Liqası: "Qarabağ" "Vestri"ni məğlub etdi - YENİLƏNDİ 00:05 ABŞ zərbəsindən sonra Kehuristan körpüsü bu hala düşdü - FOTO 01:34 İranda körpüyə endirilən zərbə nəticəsində ölənlər var 01:30 TƏCİLİ: Bəndər-Abbasda körpü və dəmir yolu hədəfə alındı - VİDEO 01:11 İran bu görüntülərlə Trampa qarşı sui-qəsd çağırışı etdi - VİDEO 00:53 İranın daha bir şəhərində partlayış səsi eşidildi 00:45 Trampın başına 10 milyon dollar qoyuldu 00:40 İranda körpü vuruldu - VİDEO 00:32 İranşəhrə hücumun GÖRÜNTÜLƏRİ 00:25 Tramp və Netanyahu İran küçələrini “bəzədi” - FOTO 23:56 İranın liman şəhərlərinə zərbələr endirilir - VİDEO 00:01 İranda partlayış səsləri eşidildi - TƏCİLİ 23:48 İranda bombardmandan sonra elektrik enerjisi kəsildi 23:45 Zelenski Hakan Fidanı belə mükafatlandırdı - VİDEO 23:33 “Qarabağ”ın oyunu canlı yayımlanacaq? - AÇIQLANDI 23:11 Tramp Türkiyədən niyə razı qaldı? Ağ Ev səbəbini açıqladı 22:53 ABŞ İrana yeni hücum dalğasına başladı 22:48 Hörmüz boğazındakı son vəziyyət açıqlandı 22:35 Etirazlar Zelenskini buna məcbur etdi - Gülləkeçirməz şüşə arxasına keçdi 22:20 All News