İyunda ən çox yağıntı bu zonaya düşüb

İyunda ən çox yağıntı bu zonaya düşüb
01.07.2026 20:31 Cəmiyyət

“2026-cı ilin iyun ayında Bakı və Abşeron yarımadasında havanın temperaturu iqlim norması ilə müqayisədə 21 gün normadan yuxarı (1–7 dərəcə), 9 gün normadan aşağı (0–2 dərəcə) olub. Orta aylıq temperatur 24 dərəcə isti olub ki, bu da iqlim normasından 1 dərəcə yuxarıdır”.

TodayPress TV xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov bildirib.

Onun sözlərinə görə, Bakı və Abşeron yarımadasında iyun ayında maksimal temperatur iyunun 19-da 37 dərəcə isti (Sumqayıt) , bölgələrdə isə (Culfa) iyunun 20-də 40 dərəcə isti qeydə alınıb. Havanın minimal temperaturu Bakı və Abşeron yarımadasında iyunun 3-də 11 dərəcə isti (Maştağa), yüksək dağlıq ərazilərdə isə həmin gün temperatur 0 dərəcəyə yaxın (Şahdağ) olub.

“İyun ayının bəzi günlərində hava şəraiti fasilələrlə yağıntılı olub, şimşək çaxıb, dağlıq ərazilərdə qar yağıb. Bəzi yerlərdə yağıntılar leysan xarakterli intensiv və güclü olub. Ən çox yağıntı bölgələr üzrə aylıq normanın 168 faizi olmaqla Balakən-Şəki zonasına (Kişçay-Şəki 170 mm), aylıq normanın 295 faizi olmaqla Mərkəzi Aran zonasına (Biləsuvar 59 mm) və aylıq normanın 258 faizi olmaqla Bakı və Abşeron yarımadasına (Bakı 26 mm) düşüb. Yağan qar nəticəsində qar örtüyünün maksimal hündürlüyü iyunun 07-də Şahdağda 1 sm qeydə alınıb”.

N.Mahmudov bildirib ki, iyun ayı ərzində Daşkəsən, Gədəbəy, Zaqatala, Tovuz, Qazax, Göygöl, Tərtər, Kəlbəcər, Laçın, Zəngilan, Qubadlı və Ağstafa rayonlarının bəzi kəndlərində dolu müşahidə olunub. Ən iri dolu Ağstafa rayonunda qeydə alınıb və diametri 25–28 mm təşkil edib.

“İyun ayının bəzi günlərində küləkli hava şəraiti ilə bağlı 6 sarı və narıncı xəbərdarlıq verilib. Bakı və Abşeron yarımadasında 6 gün, bölgələrdə isə 23 gün küləkli hava şəraiti müşahidə olunub, küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında və bölgələrdə 28 m/s-dək güclənib”.

TodayPress TV

NEWS FEED
01 JULY 2026
ABŞ-dən Türkiyəyə tərif: "Nümunə götürməlidirlər" 21:58 BMT-nin pulu sentyabr ayında qurtara bilər 22:19 ABŞ-dən İrana sərt xəbərdarlıq: Nüvə proqramını bərpa etsəniz... 22:22 Lyayen Azərbaycana səfəri ilə bağlı paylaşım etdi 22:31 Rusiya Xameneinin dəfninə onu göndərir 21:35 "İran ona tabedir" - Pezeşkian 22:08 DÇ-2026: İngiltərə Konqonu məğlub etdi 22:10 Zelenski Koşta və Martinlə Aİ-yə üzvlüyü müzakirə etdi 21:26 Ukrayna gizli əməliyyatla bu ərazini geri qaytardı 22:03 Millimiz ev oyununu Gəncədə keçirəcək 21:21 ABŞ senatoru İranın turnirdən kənar qalmasını alqışladı: “Sevincimdən mahnı oxudum” 21:41 "Qarabağ" daha bir yoxlama oyununda uduzdu 21:37 “Beşiktaş” 6 futbolçu ilə yollarını ayırdı 21:19 Millimiz Tacikistana qalib gəldi 21:23 Azərbaycanda pul bazası artdı 21:12 Suriyada 3 türkmana vəzifə verildi 21:02 Türkiyədə 5 kq partlayıcı daşıyan PUA aşkarlandı 20:46 Hikmət Hacıyev Azərbaycan və Aİ tərəfdaşlığı barədə: Üfüqdən o yana baxış 20:35 İyunda ən çox yağıntı bu zonaya düşüb 20:31 İlham Əliyevlə Lyayen arasında səmimi söhbətin GÖRÜNTÜLƏRİ 20:15 Azərbaycanda vəzifəli şəxs İSTEFA VERDİ 20:09 Lyayen: Aİ Bakıda regional bağlantı üzrə konfrans keçirməyi təklif edəcək 20:04 Azərbaycan öz enerji sistemini Aİ ilə birləşdirəcək - Lyayen 20:04 Lyayen İlham Əliyevə buna görə TƏŞƏKKÜR ETDİ 19:59 Aİ Cənubi Qafqaza 200 milyon avroya qədər qrant ayıracaq 19:52 All News