İstiqlal deputatı VƏFAT ETDİ

İstiqlal deputatı VƏFAT ETDİ
16.05.2026 20:22 Cəmiyyət

“Bu gün Azərbaycan öz mübariz, prinsipial və böyük ziyalı oğullarından birini itirdi. Keçmiş millət vəkili, milli azadlıq hərəkatının ön sıralarında dayanan fədakar mübariz, Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi Aktının əsas müəlliflərindən biri, tarix elmləri doktoru, professor, Lənkəran Dövlət Universitetinin yaradıcısı və ilk rektoru Hacıbaba Əzimov saat 12:00-da dünyasını dəyişdi”.

TodayPress TV-nin məlumatına görə, bu barədə sabiq maliyyə naziri, professor Saleh Məmmədov bildirib.

S.Məmmədov qeyd edib ki, 1 avqust 1938-ci ildə Lənkəranda dünyaya göz açan Hacıbaba Əzimovun həyatı Azərbaycan ideyasına, milli düşüncəyə, azadlıq və dövlətçilik amalına xidmət nümunəsi idi:

“O, sadəcə alim və siyasətçi deyildi. O, bir dövrün vicdanı, milli yaddaşın daşıyıcısı, ağır və mürəkkəb zamanlarda qorxmadan mövqe göstərən ziyalı idi”.

Saleh Məmmədov daha sonra Hacıbaba Əzimovla münasibətlərindən bəhs edib:

“Biz uzun illər eyni yolun yolçusu olduq. Milli azadlıq hərəkatının ən çətin və taleyüklü günlərində çiyin-çiyinə mübarizə apardıq. Meydanların gur səsi, istiqlal uğrunda keçirilən saysız toplantılar, xalqın iradəsini müdafiə edən çıxışlar, gecə-gündüz davam edən fikir savaşları - bütün bunların içində Hacıbaba müəllim hər zaman təmkinli, prinsipial və əyilməz mövqeyi ilə seçilirdi”.

Sabiq nazir mərhum professorun xidmətlərini yüksək qiymətləndirib:

“Onun Azərbaycan dövlətçiliyinə xidməti yalnız siyasi fəaliyyətlə məhdudlaşmırdı. O, təhsili milli gələcəyin əsas dayağı hesab edir, bu düşüncə ilə Lənkəran Dövlət Universitetinin yaradılmasına rəhbərlik edir, universitetin formalaşması və inkişafı üçün böyük əmək sərf edirdi. Yüzlərlə tələbənin taleyində, minlərlə insanın düşüncə dünyasında onun zəhməti və izi yaşayır.

Hacıbaba müəllim sözü ilə əməli üst-üstə düşən nadir insanlardan idi. Vəzifəyə görə dəyişməyən, çətin məqamlarda susmayan, şəxsi maraqlarını heç vaxt xalqın və dövlətin maraqlarından üstün tutmayan şəxsiyyət idi. Bu gün onu itirmək yalnız ailəsinin və yaxınlarının deyil, bütövlükdə Azərbaycan ictimai fikrinin, milli-demokratik hərəkat tarixinin ağır itkisi sayılmalıdır.

Dərin hüznlə dostumun, həmkarımın, mübarizə yoldaşımın ailəsinə, doğmalarına, tələbələrinə, yaxınlarına və onu sevən hər kəsə başsağlığı verirəm”.

“Hacıbaba Əzimovun adı Azərbaycanın istiqlal tarixində, milli düşüncə salnaməsində və onu tanıyan insanların yaddaşında daim yaşayacaq”, - S.Məmmədov yekunda bildirib.

Qeyd edək ki, Hacıbaba Əzimovla vida mərasimi Təzəpir məscidində keçirilib, dəfn mərasimi Yasamal qəbiristanlığında olub.

Allah rəhmət eləsin!

TodayPress TV

NEWS FEED
30 JULY 2026
SEPAH: 3 ədəd F-35 qırıcısı vurduq - İDDİA 15:00 Çinin İrana 400 raket verəcəyi xəbəri ölkəni silkələdi 15:00 Azərbaycanın Pakistandakı səfiri diplomatik missiyasını başa çatdırır 14:56 Mundialda növbəti uğursuz gün: Qadın güləşçilərimiz uduzdu 14:40 Avqusta hazır olun! - Güclü istilər gəlir 14:28 Rusiya Polşanı vurdu, NATO biabır oldu 14:20 SEPAH: Təcavüzkarı bu gün cəzalandıracağıq 14:06 İyulun son gününün havası açıqlandı 13:57 Kəmaləddin Heydərov xanımı ilə festivalda... - FOTO 13:55 Uşaq idmançıları daşıyan avtobusun qəzası ilə bağlı araşdırma başladı 13:51 “Real” ulduzunu buraxmadı: Bellinqemin gedişinə veto 13:49 Ermənilərin qara siyahıya saldığı, son nəfəsinə qədər Azərbaycanı sevən amerikalı - Tomas Qolst 13:46 Paşinya Rusiya-Ermənistan əlaqələrindən danışdı: Bizimlə münasibətləri ya eksklüziv görür, ya da ümumiyyətlə görmürlər 13:38 “Bornmut”un əsas qol silahı uzun müddət oynamayacaq 13:34 “Baş nazirin xanımı zorakılığın qurbanı olsa...” - Anna Hakobyan təhdidlərdən danışdı 13:31 Ançelottidən Neymar etirafı: Məni yalnız bu əsəbiləşdirdi 13:26 Rusiya təyyarəsi vuruldu, səfir öldürüldü – Baş nazirin dəhşətli əmri 13:21 Avropa İnfantinoya qarşı birləşir – yeni namizəd bəlli oldu 13:17 Stress onu buna vadar edib: Oyun öncəsi siqaret çəkirdi 13:03 Karyerasını təhlükəyə atan addımlar: Tennisçiyə ağır sanksiya 13:00 Xüsusi dövlət rabitəsi ilə təmin olunan vəzifəli şəxslərin siyahısı dəyişdi 12:56 Nolanın "The Odyssey"i tarix yazdı 12:54 Təhqir, böhtan və ictimai təhlükə yaradan məlumatlar yerləşdirən saytlara məhdudiyyət qoyulacaq 12:53 “Nyukasl”ın sükanı gənc alman mütəxəssisə həvalə olunur 12:46 Paşinyan Ermənistan hökumətinin istefasını elan etdi 12:44 All News