Heyvan xəstəliklərinin diaqnostikasında və müalicəsində yeni yanaşmalar mövzusunda konfrans keçirildi

Heyvan xəstəliklərinin diaqnostikasında və müalicəsində yeni yanaşmalar mövzusunda konfrans keçirildi
20.11.2025 16:16 Cəmiyyət

Aqrar Xidmətlər Agentliyinin və Bayramlı GROUP-un birgə təşkilatçılığı ilə “Heyvan xəstəliklərinin diaqnostikasında və müalicəsində yeni yanaşmalar” mövzusunda konfrans keçirilib. Tədbirdə Kənd Təsərrüfatı Nazirliyinin, Aqrar Xidmətlər Agentliyinin rəhbərliyi, elmi-tədqiqat institutunun alimləri, özəl və dövlət qurumlarının nümayəndələri iştirak ediblər. 

TodayPress TV xəbər verir ki, konfransda giriş sözü ilə Aqrar Xidmətlər Agentliyinin sədri Sərdar Hacıyev çıxış edərək baytarlıq xidmətlərinin institusional potensialının gücləndirilməsinin heyvan sağlamlığının qorunması və bu sahədə idarəetmənin səmərəliliyinin artırılması baxımından mühüm əhəmiyyət daşıdığını bildirib.

Qeyd edib ki, hazırda baytarlıq sisteminin təkmilləşdirilməsi, rəqəmsallaşdırılması və fermerlərə göstərilən xidmətlərin əlçatanlığının və keyfiyyətinin yaxşılaşdırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Müasir və innovativ metodların tətbiqi sayəsində profilaktik tədbirlərin düzgün planlaşdırılması, eləcə də epizotik sabitliyin təmin edilməsi və xəstəliklərlə mübarizədə qabaqlayıcı tədbirlərin gücləndirilməsi sahəsində mühüm nəticələr əldə edilməkdədir.

O vurğulayıb ki, bu səpkidə tədbirlərin keçirilməsi və beynəlxalq təcrübənin öyrənilməsi baytar mütəxəssislərin bilik və bacarıqlarının artırılmasına, heyvan xəstəliklərinin diaqnostikasında və müalicəsində yeni yanaşmaların tətbiqinə öz töhfəsini verəcəkdir. 

Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirinin müşaviri Zaur Əliyev çıxış edərək son illərdə ölkədə heyvan sağlamlığı üzrə aparılan islahatlar, baytarlıq xidmətlərinin gücləndirilməsi və beynəlxalq əməkdaşlığın genişləndirilməsi istiqamətində atılan addımlar barədə məlumat verib. Nazirin müşaviri həmçinin heyvan xəstəliklərə qarşı mübarizədə müasir elmi metodların tətbiqinin vacibliyini vurğulayıb. 

Kənd Təsərrüfatı Nazirliyinin Heyvandarlıq və Balıqçılıq şöbəsinin müdiri Bayandur Rzayev ölkədə epizotik vəziyyətin sabit saxlanmasında, eləcə də heyvandarlıq məhsullarının istehsalında baytarlıq sahəsinin xüsusi əhəmiyyət kəsb etdiyini qeyd edərək bu sahədə innovativ texnologiyanın tətbiqinin vacibliyini bildirib.

Bayramlı Group şirkətinin direktoru Cavid Bayramlı özəl baytarlıq xidmətinə keçidin üstünlükləri və dövlət-özəl əməkdaşlığının daha da inkişaf etdirilməsinin vacibliyini qeyd edib. 

HSBXM-nin rəis müavini Yusif İbrahimov Heyvan sağlamlığı və baytarlıq xidmətləri sahəsində cari ildə görülmüş işlərə dair hesabatı iştirakçıların diqqətinə çatdırıb. 

Konfrans çərçivəsində Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Heyvan sağlamlığı və bioloji təhlükəsizlik şöbəsinin müdir müavini Mehman Hacızadə “Regionda qeydə alınan xüsusi təhlükəli xəstəliklər: Təhdidlər və hədəflər”,  ADA Universitetinin əməkdaşı, aqrar elmlər üzrə fəlsəfə doktoru Asəf Ömərov “Baytarlıq təbabətində profilaktik strategiyaların CRISPR-Cas9 əsaslı genetik redaktə üsulları ilə inteqrasiyası”, Mehmet Akif Ersoy Universitetinin professoru Prof. Dr. Örsan Güngör və baytar həkim Osman Cengiz “iribuynuzlu heyvan xəstəliklərinin profilaktikası və müalicəsində tətbiq olunan yeni yanaşmalar”, “Bayramlı Group” şirkətinin direktor müavini Dürdanə Rəcili xüsusi təhlükəli xəstəliklərin müasir diaqnostika üsulları, “FAO eksperti, Elşad Rzayev isə baytarlıq sahəsində biotəhlükəsizlik qaydalarının beynəlxalq standartlara uyğunlaşdırılması mövzularında təqdimatla çıxış edərək ətraflı məlumat veriblər.

Sonda heyvan xəstəliklərinin erkən aşkarlanması, diaqnostik proseslərin təkmilləşdirilməsi, müasir profilaktika modelləri, həmçinin dövlət-özəl əməkdaşlığının gücləndirilməsinə dair müzakirələr  aparılıb.

TodayPress TV

PHOTOS

Heyvan xəstəliklərinin diaqnostikasında və müalicəsində yeni yanaşmalar mövzusunda konfrans keçirildi — 1
Heyvan xəstəliklərinin diaqnostikasında və müalicəsində yeni yanaşmalar mövzusunda konfrans keçirildi — 2
Heyvan xəstəliklərinin diaqnostikasında və müalicəsində yeni yanaşmalar mövzusunda konfrans keçirildi — 3
Heyvan xəstəliklərinin diaqnostikasında və müalicəsində yeni yanaşmalar mövzusunda konfrans keçirildi — 4
Heyvan xəstəliklərinin diaqnostikasında və müalicəsində yeni yanaşmalar mövzusunda konfrans keçirildi — 5
NEWS FEED
15 JUNE 2026
"Sədərək"də qorxulu anlar: Partlayış baş verdi - VİDEO 10:47 Külək əsir, yağış yağır - FAKTİKİ HAVA 10:40 İran nümayəndələri ABŞ ilə saziş üçün Cenevrəyə gedir 10:30 Kiyev alovlara büründü: Tarixi Lavra vuruldu - VİDEO 09:59 Türkiyə səfirliyi Azərbaycanı Milli Qurtuluş Günü münasibətilə təbrik etdi 09:43 Şuşa Bəyannaməsinin imzalanmasından 5 il ötür 09:37 İlham Əliyev: "Azərbaycan etibarlı əməkdaşlıq məkanına çevrilməsi istiqamətində çalışır" 09:30 ABŞ və İran sülh bağladı: Şərtlər nələrdir? - VİDEO 09:05 Bu məişət texnikası "Wi-Fi"nizi "öldürə" bilər: Dərhal uzaqlaşdırın 22:55 Telefonun batareya ömrünü necə artıraq? 22:49 "OpenAI" şirkətinə qarşı təhqiqat başladıldı 22:52 Həşəratlara qənim kəsilən bitkilər - həyətinizə mütləq əkin 22:47 Duzun saxta olduğunu öyrənməyin asan yolu 22:42 Gilas hansı xəstəliklərdən qoruyur? 22:30 Atlantik okeanında təhlükəli anomaliya: Alimlər qlobal fəlakət xəbərdarlığı etdilər 22:27 Alimlər itmiş xəzinəni diriltdilər: Qədim qızılı parça yenidən hazırlandı 22:26 İlham Əliyev Donald Trampı yubileyi münasibətilə təbrik etdi 00:09 Azərbaycanda Milli Qurtuluş Günüdür 00:07 Köçəryan hava limanında qaçmağa çalışarkən belə saxlanıldı - VİDEO 23:57 Braziliyada helikopter qəzası: Tanınmış müğənni və 5 nəfər həlak oldu 22:34 Egey dənizinin qərbində güclü zəlzələ oldu 23:42 Mehriban Əliyeva Milli Qurtuluş Günü ilə bağlı paylaşım etdi 23:18 Məhəmməd Muradlı beynəlxalq şahmat turnirində birinci oldu 21:35 Prezidentdən Milli Qurtuluş Günü ilə bağlı paylaşım 23:14 DÇ-2026: Almaniya Kurasaonu böyük hesabla məğlub edib 23:03 All News