“Gənclər Mərkəzi” İctimai Birliyi “Gənclik və dəyərlər” adlı layihəsinin icrasına davam edir

“Gənclər Mərkəzi” İctimai Birliyi “Gənclik və dəyərlər” adlı layihəsinin icrasına davam edir
30.06.2026 15:44 Cəmiyyət

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Gənclər Mərkəzi” İctimai Birliyi “Gənclik və dəyərlər” adlı layihəsini icra edir.

TodayPress TV xəbər verir ki, layihə çərçivəsində Şabran rayonunda keçirilən tədbirdə Gənclər Mərkəzi İctimai Birliyin sədri, layihənin rəhbəri Kənan Qubadzadə çıxış edib.

O bildirib ki, Layihənin əsas məqsədi gənclər və yeniyetmələr arasında erkən nikahların mənfi sosial, psixoloji və hüquqi nəticələri barədə maarifləndirmə aparmaq, sağlam ailə münasibətlərinin formalaşmasına və ailə institutunun möhkəmlənməsinə dəstək olmaqdır.

Layihə, xüsusilə yeniyetmələr və gənclər arasında məsuliyyətli ailə münasibətləri, təhsilin önəmi və gender bərabərliyinə əsaslanan ailə modeli barədə məlumatlılığı artırmaqla, ailə institutunun möhkəmlənməsinə töhfə verməyi hədəfləyir.

Layihə çərçivəsində maarifləndirici tədbirlər təşkil olunacaq, benefisiarlara qanunvericilikdən çıxarışlar və digər materiallar paylanılacaqdır.

Tədbirdə Şabran rayon İcra Hakimiyyətinin İctimai-siyasi humanitar məsələlər sektorunun müdiri Vasif Əhmədov, Uşaq hüquqlarının müdafiəsi üzrə məsləhətçi-psixoloqu Fərid Bağırzadə çıxış ediblər. Tədbirdə paylanma materialları təqdim olunub.

TodayPress TV

PHOTOS

“Gənclər Mərkəzi” İctimai Birliyi “Gənclik və dəyərlər” adlı layihəsinin icrasına davam edir — 1
“Gənclər Mərkəzi” İctimai Birliyi “Gənclik və dəyərlər” adlı layihəsinin icrasına davam edir — 2
“Gənclər Mərkəzi” İctimai Birliyi “Gənclik və dəyərlər” adlı layihəsinin icrasına davam edir — 3
“Gənclər Mərkəzi” İctimai Birliyi “Gənclik və dəyərlər” adlı layihəsinin icrasına davam edir — 4
“Gənclər Mərkəzi” İctimai Birliyi “Gənclik və dəyərlər” adlı layihəsinin icrasına davam edir — 5
“Gənclər Mərkəzi” İctimai Birliyi “Gənclik və dəyərlər” adlı layihəsinin icrasına davam edir — 6
“Gənclər Mərkəzi” İctimai Birliyi “Gənclik və dəyərlər” adlı layihəsinin icrasına davam edir — 7
NEWS FEED
30 JUNE 2026
Papua-Yeni Qvineya sahillərində zəlzələ oldu 20:08 Samir Şərifov: Azərbaycan və Belarus zamanın sınağından çıxmış iki etibarlı dostdur 20:09 Belarus səfiri: İki ölkə arasında əməkdaşlığın coğrafiyası Qarabağa qədər genişlənib 20:06 Türkiyə-İsrail gərginliyində Azərbaycan işığı 19:59 Kuba ABŞ ilə dialoqa hazırdır, lakin bir şərtlə... 19:48 Dünyada rekord sayda milyarder qeydə alındı - Lider... 19:31 Bakıda 30 il əvvəl törədilən qətlin istintaqı tamamlandı 19:03 Niderland ordusu 2028-ci ilədək Litvada qalacaq? - Krallıq bəyan etdi 18:21 "Sovetski"də qanunsuz sökülən evin taleyi necə oldu? 18:29 Leyla Əliyevanın təşəbbüsü ilə Bakıda yeddinci nümunəvi çimərlik açıldı 18:24 Ceyhun Bayramov Katrin Bomberger ilə görüşdü 18:11 Toza, palçığa və çirklənməyə meydan oxuyan silah: SIG516 platformasının 15 illik qlobal uğur xronikası 17:49 Arazdan sonra Azərbaycanın ən böyük dərdi Şəhriyarın Bakıya qovuşmaması idi... 17:46 Azərbaycanın yeni nəsil hərbi mütəxəssisləri vəzifələrinə başladı 17:33 Prezident İlham Əliyev Delsi Rodriqesə başsağlığı verdi 17:19 Dəmir çatışmazlığı necə hiss olunur? Əlamətlər və dəstəkləyici təbii yollar 16:05 Kiberpolis qanunsuz mərc oyunları təşkil edən cinayətkar dəstəni ifşa etdi 17:11 İyunun 21-də keçirilən imtahanın nəticələri açıqlandı 16:59 İran XİN Qalibafın Azərbaycana səfərini dəyərləndirdi 16:44 Prezidentdən Korrupsiya ilə bağlı MÜHÜM ADDIM: Bundan sonra... 16:26 DTX-yə strateji obyektlərlə bağlı yeni səlahiyyət verildi 16:22 Azərbaycan Prezidenti bu ölkənin əhalisini sevindirdi 16:17 Süni intellektlə bağlı Birinci Xanım şəxsən təşəbbüs göstərdi - AÇIQLAMA 16:05 Bu günün 1/16 final mərhələsinin oyunları açıqlandı 16:07 Xamenei atasının dəfnində iştirak edəcək? - RƏSMİ 15:49 All News