Evi sökülən vətəndaşların nəzərinə: 5 ekspert AQC yanında xüsusi komissiya yaradır

Evi sökülən vətəndaşların nəzərinə: 5 ekspert AQC yanında xüsusi komissiya yaradır
04.04.2026 12:32 Cəmiyyət

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətində (AQC) paytaxt Bakıda həyata keçirilən söküntü işləri, vətəndaşların mülkiyyət hüquqlarının qorunması və kompensasiyaların düzgün təyin edilməsi məsələlərinə həsr olunmuş geniş tərkibli işçi görüşü keçirilib.

TodayPress TV xəbər verir ki, görüşdə AQC İdarə Heyətinin sədri, iqtisadçı ekspert Vüqar Oruc, sədrin müşaviri, iqtisadçı ekspert Asif İbrahimov, AQC-nin koordinatoru, daşınmaz əmlak üzrə ekspert Elnur Fərzəliyev, "Opera Group" MMC-nin rəhbəri, iqtisadçı ekspert Firdovsi Xəlilov və "Kensigton" MMC-nin rəhbəri, tikinti eksperti Əşrəf Şıxəliyev iştirak ediblər.

Müzakirələrin əsas məqsədi söküntü prosesində vətəndaşların qarşılaşdığı çətinliklərin aradan qaldırılması və bu sahədə peşəkar qiymətləndirmə standartlarının tətbiqi təşkil edib. İclasda qərara alınıb ki, söküntü zonalarında mülkiyyəti olan şəxslərin hüquqlarının müdafiəsi, onların problemlərinin operativ şəkildə araşdırılması və həlli məqsədilə xüsusi Komissiya yaradılsın.

AQC İdarə Heyətinin sədri Vüqar Oruc cari ilin ölkəmizdə şəhərsalma proseslərinin intensivləşdiyi bir dövr olduğunu vurğulayaraq, əsas məqsədin söküntü işlərinin mövcud qanunvericilik çərçivəsində, düzgün və şəffaf şəkildə aparılması olduğunu bildirib. Qeyd olunub ki, vətəndaşlara ödəniləcək kompensasiyalar real bazar qiymətlərinə və beynəlxalq qiymətləndirmə standartlarına uyğun hesablanmalıdır. Eyni zamanda evi sökülən sakinlərin narazılıqlarının minimuma endirilməsi üçün müstəqil qiymətləndirmə rəylərinin əhəmiyyəti artırılmalıdır. Söküntü prosesində iştirak edən tərəflər arasında obyektivliyin təmin olunması üçün AQC-nin ekspert potensialından maksimum istifadə ediləcək.

Görüşdə iştirak edən ekspertlər söküntü işlərinin praktiki tərəfləri və sahə üzrə yaranan boşluqlar barədə təkliflərini səsləndiriblər. Yaradılacaq komissiyanın həm dövlət qurumları, həm də vətəndaşlar üçün etibarlı bir platforma rolunu oynayacağı qeyd edilib.

TodayPress TV

PHOTOS

Evi sökülən vətəndaşların nəzərinə: 5 ekspert AQC yanında xüsusi komissiya yaradır — 1
Evi sökülən vətəndaşların nəzərinə: 5 ekspert AQC yanında xüsusi komissiya yaradır — 2
Evi sökülən vətəndaşların nəzərinə: 5 ekspert AQC yanında xüsusi komissiya yaradır — 3
NEWS FEED
01 AUGUST 2026
Tatarıstanda neft-kimya kompleksində partlayış - VİDEO 01:08 Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Zelenski ABŞ-yə “Patriot” məsələsini unutmağa qoymadı 20:00 İspaniya ölkəyə qanunsuz “soxulan” miqrantların yarısını “qovdu” 19:47 Prezidentin Qırğızıstana səfəri başa çatdı 19:37 Bəraət istəyən separatçılar cavab gözləyir - Məhkəmə qərarını hazırlayır 19:34 Paşinyan hökuməti “dağılır” - Bakı ilə sülh prosesini aparan komanda dəyişəcək? 19:19 Sərxoş sükan arxasına keçdi, narkotik istifadə etdi - Amma deportasiya olunmadı, çünki… 19:08 All News