"Ev yeməkləri" biznesi sürətlə artır: Diqqətli olun!

"Ev yeməkləri" biznesi sürətlə artır: Diqqətli olun!
10.10.2025 17:16 Cəmiyyət

Son dövrlərdə sosial şəbəkələrdə, xüsusən də "Facebook", "Instagram" və "TikTok" kimi platformalarda ev şəraitində hazırlanmış yeməklərin satışı geniş vüsət alıb. 

Müxtəlif səhifələr vasitəsilə şirniyyat, turşu, mürəbbə və hazır yeməklər təklif olunur. Alıcılar isə çox vaxt bu məhsulları daha təbii, sağlam və münasib qiymətdə olduğunu hesab edirlər.

Qida eksperti Asim Vəliyev TodayPress TV-yə açıqlamasında bildirib ki, istehlakçılar arasında ev şəraitində hazırlanan yeməklər restoran və "fast food" mətbəxlərindən daha təhlükəsizdir.

Onun sözlərinə görə, buna səbəb isə həmin yeməklər az yağlı, ev üsulu ilə bişirilmiş olur və çox vaxt əsas yemək kimi təqdim edilir. Eyni zamanda sifariş prosesi də sosial şəbəkələr vasitəsilə asan və birbaşa əlaqə qurmaq imkanı yaradır:

"Lakin bu fəaliyyət sahəsinin rəsmi nəzarət altında olmaması müəyyən təhlükələr yaradır. Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən, qida məhsullarının istehsalı və satışı ilə məşğul olan hər bir şəxs Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) müəyyən etdiyi qaydalara əməl etməlidir. Bu qaydalar gigiyena, məhsulun saxlanma şəraiti, qablaşdırma və etiketləmə kimi məsələləri əhatə edir. Ev şəraitində bu standartlara tam əməl etmək isə çox çətindir. Çünki çox vaxt yeməklərin hansı şəraitdə hazırlandığı, məhsulların haradan alındığı, bişirilmə zamanı təmizliyə necə riayət olunduğu məlum olmur".

Ekspert əlavə edib ki, rəsmi qeydiyyatı olmayan bu satıcılar nə vergi ödəyir, nə də qida təhlükəsizliyi baxımından yoxlanılır. Bu isə həm sağlamlıq, həm də maliyyə baxımından risklər yaradır:

"Asan qazanc məqsədilə fəaliyyət göstərən bəzi şəxslər yeməkləri soyuducusuz saxlayır, eyni qabdan bir neçə dəfə istifadə edir və hətta tarixi keçmiş məhsullardan istifadə edə bilirlər. Bu, xüsusilə isti havalarda qida zəhərlənmələrinə səbəb ola bilər".

Mütəxəssis, həmçinin vurğulayıb ki, sosial şəbəkələr üzərindən satış zamanı alıcılar çox vaxt satıcını tanımır, ödənişi əvvəldən edir, lakin bəzən məhsul gec çatdırılır, keyfiyyətsiz olur və ya ümumiyyətlə göndərilmir. Belə hallarda hüquqi müdafiə mexanizmi demək olar ki, mövcud deyil.

Asim Vəliyev hesab edir ki, bu sahənin tamamilə qadağan edilməsi düzgün olmaz. Çünki minlərlə insan bu yolla dolanır və yerli qida mədəniyyətini təbliğ edir. Lakin qanuni çərçivə və nəzarət mexanizmi formalaşdırılmalıdır.

O təklif edib ki, AQTA belə şəxslər üçün sadələşdirilmiş qeydiyyat sistemi yarada bilər. Məsələn, müəyyən gigiyenik təlim keçmiş, ilkin sanitar yoxlamadan keçən şəxslərə icazə sənədi verilə bilər. Digər tərəfdən, sosial şəbəkə platformaları da məsuliyyət daşımalıdır. Bu cür satış səhifələrinin qeydiyyatı zamanı satıcılardan rəsmi məlumat və minimum şəffaflıq tələb olunmalıdır.

Ekspert sonda vətəndaşlara müraciətində onları diqqətli olmağa çağırıb:

"Alıcılar məhsulun tərkibi, hazırlanma şəraiti və satıcının reputasiyası barədə məlumat toplamalıdırlar. Bu, həm sağlamlığın, həm də maddi vəsaitin qorunması baxımından vacibdir", - deyə qida mütəxəssisi fikirlərini yekunlaşdırıb.

Türkan İsgəndərli

TodayPress TV

FOTOLAR

"Ev yeməkləri" biznesi sürətlə artır: Diqqətli olun! — 1
XƏBƏR LENTİ
31 IYUL 2026
Prezident Sadır Japarovu Azərbaycana dövlət səfərinə dəvət etdi 09:58 Azərbaycan və Qırğızıstan arasında sənədlərin mübadiləsi olub - YENİLƏNDİ 09:12 Azərbaycan və Qırğızıstan yeni iş yerləri açacaq 09:49 Azərbaycan Prezidenti yeni hədəflər göstərdi 09:45 NBA-da qalmaqal: Yeni müqavilədən sonra məhkəməyə müraciət etdi 09:30 Azərbaycanın gənc pəhləvanları dünya çempionatında növbəti sınağa çıxır 09:40 Azərbaycan və Qırğızıstan prezidentləri mətbuata bəyanatlarla çıxış edirlər 09:39 İran ABŞ-nin Küveytdəki hərbi bazasını vurdu -VİDEO 09:35 Lamin Yamalın ekstravaqant görünüşünün sirri açıqlandı 09:27 Futbolda yeni qarşıdurma: UEFA-nın dünya çempionatı planı üzə çıxdı 09:24 Qırğızıstan Prezidenti Heydər Əliyev ordeni ilə təltif edilib 09:17 Sadır Japarov İlham Əliyevi Qırğızıstanın ali dövlət mükafatı – "Manas" ordeni ilə təltif edib 09:16 “Brent” neftinin qiyməti açıqlandı 09:10 Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında Müqavilə imzalanıb 09:05 Çolpon-Ata və Şuşa şəhərləri qardaşlaşıb 09:02 Qırğızıstan Prezidenti: Qırğızıstan və Azərbaycan bir-birinin simasında etibarlı dost qazanıblar 09:00 Danlanan basketbolçu NBA Yay Liqasının MVP-si oldu və “Qolden Steyt”ə keçdi 08:56 Rusiyaya PUA hücumu: Neft zavodları və iri logistika mərkəzləri vuruldu -VİDEO 08:52 İraoladan İsak mesajı: “Mövsümün əsas simalarından biri olacaq” 08:45 Dünya futbolunda gərginlik: FIFA-dan mühüm bəyanat 08:42 Azərbaycan Prezidenti: Qırğızıstan–Azərbaycan İnkişaf Fondunun uğurla fəaliyyət göstərməsi məni sevindirir 08:28 Prezident İlham Əliyev: "Manas" adını daşıyan məktəb qardaşlığımızın növbəti rəmzidir 08:27 Azərbaycan Prezidenti: Qırğızıstanın uğurlarına dostlarınız və qardaşlarınız olaraq hər zaman sevinirik 08:24 Çolpon-Ata şəhərində prezidentlərin iştirakı ilə Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şurasının 3-cü iclası keçirilir 08:23 Sadır Japarov: Qırğızıstan və Azərbaycanı ortaq tarixi köklər və mənəvi yaxınlıq birləşdirir 08:30 Bütün Xəbərlər