ETSN Ucarda vətəndaş qəbulu keçirdi

ETSN Ucarda vətəndaş qəbulu keçirdi
21.05.2025 10:01 Cəmiyyət

Kənd Təsərrüfatı Nazirliyinin vəzifəli şəxsləri tərəfindən bölgələrdə vətəndaş qəbulları keçirilir. Kənd təsərrüfatı nazirinin müavini Sarvan Cəfərov mayın 20-də Ucar Dövlət Aqrar İnkişaf Mərkəzinin (DAİM) inzibati binasında Ucar rayonu və Bakı şəhərindən olan vətəndaşları qəbul edib, onların müraciətlərini dinləyib, ərizə və şikayətlərinə baxıb. 

TodayPress TV xəbər verir ki, qəbulda vətəndaşların müraciətləri əsasən işlə təminat, əkin subsidiyası, kənd təsərrüfatı təyinatlı kreditin ayrılması,  torpağın münbitləşdirilməsinə dəstək və digər məsələlərlə bağlı olub.

Nazir müavini Sarvan Cəfərov hər bir vətəndaşın müraciətini diqqətlə dinləyib, qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verib.

Nazirliyin fəaliyyət dairəsinə aid olmayan müraciətlər müvafiq qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb. 

Nazir müavini vətəndaşlarla görüş zamanı dövlət başçısının kənd təsərrüfatının inkişafı ilə bağlı imzaladığı Sərəncamların kənd təsərrüfatı istehsalçılarının rifah halının yaxşılaşdırılmasına və ölkəmizdə bu sahənin inkişafına təkan verəcəyini vurğulayıb.

Qəbula gələn vətəndaşlar göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər. Vətəndaş qəbulu başa çatdıqdan sonra Nazir müavini Sarvan Cəfərov Ucar DAİM-in kollektivi ilə görüşüb, Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində qeydiyyat və yeniliklər, iş prosesinin təşkili, əkinlərin bəyanı prosesi ilə maraqlanıb, öz tövsiyə və tapşırıqlarını verib. 

Qəbuldan sonra nazir müavini Sarvan Cəfərov rayonun Küçəkənd kəndində fərdi təsərrüfatçı Əhmədov Famil Kamandar oğluna məxsus taxıl sahələrinə və Təzə Şilyan kəndində Məmmədov Məzahir Həmzə oğluna məxsus ”Murrah” damazlıq camışçılıq təsərrüfatına baxış keçirib, fermerlərlə görüşüb.

Fermerlərlə görüşdə aqrar sahəyə dövlət dəstəyi tədbirləri, çoxillik əkinlərə verilən birdəfəlik əkin subsidiyası, heyvandarlığın inkişafına dövlət dəstəyi mexanizmləri, aqrar sahənin inkişafı istiqamətində dövlət tərəfindən görülən stimullaşdırıcı tədbirlər və digər mövzular ətrafında fikir mübadiləsi aparılıb, səsləndirilən təkliflər qeydə alınıb.

FOTOLAR

ETSN Ucarda vətəndaş qəbulu keçirdi — 1
ETSN Ucarda vətəndaş qəbulu keçirdi — 2
ETSN Ucarda vətəndaş qəbulu keçirdi — 3
ETSN Ucarda vətəndaş qəbulu keçirdi — 4
ETSN Ucarda vətəndaş qəbulu keçirdi — 5
XƏBƏR LENTİ
15 IYUN 2026
Ərdoğan Azərbaycanı Milli Qurtuluş Günü münasibətilə təbrik etdi 17:16 İtkin düşən 8 nəfər tapıldı 17:11 İran: Hörmüz boğazından keçid üçün rüsum tutulmayacaq 16:59 Müdafiə naziri Pakistan tərəfinə başsağlığı verdi 16:48 Azəriqaz işçilərinin maaşından tutulan pullar Qarabağ turunda “kartof və toyuq qanadı”na getdi? 16:44 Səfir: Azərbaycan Prezidentinin Almaniyaya səfərinə ümid edirik 16:36 Zelenski Putinə görüşməyi təklif etdiyini açıqladı 16:25 İspaniya Kabo Verde ilə, Belçika isə Misirlə qarşılaşacaq 16:12 Almaniya səfiri: Azərbaycanla münasibətlər ardıcıl olaraq inkişaf edir 16:01 Zakir Həsənov Azərbaycan Ordusunun şəxsi heyətini təbrik etdi 15:51 Vuçiç Gürcüstanda rəsmi səfərdədir 15:43 Filippində güclü zəlzələ oldu 15:30 Aİ-dən Rusiyaya bu sanksiyaları tətbiq etdi 15:23 Narişkindən Ermənistana xəbərdarlıq: Qərbə arxalanmaq ölkədə problemlər yarada bilər 15:11 Azərbaycanlı futbolçu Kipr klubuna keçdi 15:05 Tramp doğum günündə tribunada yatdı - VİDEO 15:01 Lukaşenko və Putin yaxın vaxtlarda görüşəcək 14:50 Kobaxidze İran-ABŞ razılaşmasına reaksiya verdi 14:44 Putin "Allahın Evi"ni vurdu - Qarşı tərəfdən cavab gecikmədi... 14:11 Baş nazir Əli Əsədov Ümummilli lideri ziyarət etdi 13:47 "Odlar Yurdu" Honq Konqu fəth etməyə gedir! 13:37 Ərdoğan Azərbaycanı təbrik etdi 13:27 Tokiodan İranla bağlı qəfil həmlə: Bağlı qapılar arxasında nələr baş verir? 13:19 Tehran hərəkətə keçdi: Əraqçidən Ankara, Bağdad və Qahirəyə təcili zəng! 13:04 Məşhur futbolçu Fransa Prezidenti olacaq? 12:54 Bütün Xəbərlər