III MDB Oyunları ilə əlaqədar Mingəçevir şəhərinin su təchizatına baxış keçirildi

III MDB Oyunları ilə əlaqədar Mingəçevir şəhərinin su təchizatına baxış keçirildi
26.09.2025 13:08 Cəmiyyət

Azərbaycanın ev sahibliyi etdiyi III MDB Oyunlarının təşkili və keçirilməsi məqsədilə ölkənin müxtəlif şəhərlərində hazırlıq işləri davam etdirilir. Oyunların keçiriləcəyi əsas məkanlardan biri olan Mingəçevir şəhərində infrastruktur layihələrinin icrası və xidmət sahələrinin mövcud vəziyyətinin qiymətləndirilməsi diqqət mərkəzindədir.

TodayPress TV xəbər verir ki, 28 sentyabr - 8 oktyabr 2025-ci il tarixlərində baş tutacaq oyunlarla bağlı görülən tədbirlər çərçivəsində Mingəçevir şəhərinin su təchizatı və kanalizasiya sistemlərinə yerində baxış keçirilib.

İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətində yaradılan komissiyanın üzvləri və sukanal idarəsinin əməkdaşlarının iştirakı ilə keçirilən baxış zamanı Mingəçevir şəhərinin içməli su və kanalizasiya şəbəkələrinin istismar vəziyyəti, nasos stansiyaları, su anbarları və digər mühüm infrastruktur obyektlərinin mövcud durumu təhlil olunub.

Komissiya üzvləri əvvəlcə Mingəçevir Sukanal İdarəsində texnika və avadanlıqların vəziyyəti ilə yaxından tanış olublar. İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətin İdarə Heyətinin sədr müavini, komissiyanın sədri Cavid İsmayılzadə Mingəçevir şəhərinin əhalisi ilə yanaşı, MDB Oyunları çərçivəsində şəhərə gələcək idmançılar, qonaqlar və texniki heyətin su təminatının fasiləsiz və keyfiyyətli şəkildə həyata keçirilməsi üçün görüləcək işlər barədə tapşırıqlarını verib, yarışlar zamanı daha çevik və məsuliyyətli davranmağı tövsiyə edib. Oyunların keçiriləcəyi günlərdə işçilərin hansı qrafiklə çalışacağı dəqiqləşdirilib, sukanal idarəsinin gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcəyi qeyd olunub.

Sonra komissiya üzvləri Mingəçevir şəhər Sutəmizləyici Qurğular Kompleksinin vəziyyəti ilə tanış olublar. Yarışlar zamanı sutəmizləyici qurğuların, ehtiyat generatorların, nasos və avadanlıqların saz vəziyyətdə olması və hər hansı bir problemin yaranmaması üçün qabaqlayıcı təbirlərin görülməsi istiqamətində tapşırıqlar verilib. 

Komissiya üzvləri “Kür” Olimpiya Tədris-İdman Mərkəzinin su təchizatı sisteminə baxış keçirən zaman mərkəzin daxili su şəbəkəsi, anbar tutumları, nasos sistemləri və sanitar texniki qurğular da yoxlanılıb. Bundan əlavə, yarış və təlim məkanlarının yerləşdiyi ərazilərdə tullantı sularının idarəolunması sistemi də araşdırılıb.

Yarışların keçiriləcəyi və iştirakçılar üçün mühüm əhəmiyyət kəsb edən bəzi küçə və prospektlərdə kanalizasiya quyuları, yağış barmaqlıqları, həmçinin yağış sularının axıdılması sistemləri də yoxlanılıb.

Komissiya üzvləri Mingəçevir şəhərində yerləşən Kanalizasiya Nasos Stansiyasında da olublar. Stansiyanın texniki hazırlıq səviyyəsi, nasosların iş rejimi, enerji təminatı və qəza halları zamanı operativ müdaxilə imkanları ətraflı təhlil olunub. Stansiyanın fasiləsiz işləməsi üçün mövcud imkanlar nəzərdən keçirilib və əlavə tədbirlərin görülməsi ilə bağlı müvafiq göstərişlər verilib.

TodayPress TV

FOTOLAR

III MDB Oyunları ilə əlaqədar Mingəçevir şəhərinin su təchizatına baxış keçirildi — 1
III MDB Oyunları ilə əlaqədar Mingəçevir şəhərinin su təchizatına baxış keçirildi — 2
III MDB Oyunları ilə əlaqədar Mingəçevir şəhərinin su təchizatına baxış keçirildi — 3
III MDB Oyunları ilə əlaqədar Mingəçevir şəhərinin su təchizatına baxış keçirildi — 4
III MDB Oyunları ilə əlaqədar Mingəçevir şəhərinin su təchizatına baxış keçirildi — 5
III MDB Oyunları ilə əlaqədar Mingəçevir şəhərinin su təchizatına baxış keçirildi — 6
III MDB Oyunları ilə əlaqədar Mingəçevir şəhərinin su təchizatına baxış keçirildi — 7
III MDB Oyunları ilə əlaqədar Mingəçevir şəhərinin su təchizatına baxış keçirildi — 8
XƏBƏR LENTİ
31 IYUL 2026
Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında Müqavilə imzalanıb 09:05 Çolpon-Ata və Şuşa şəhərləri qardaşlaşıb 09:02 Qırğızıstan Prezidenti: Qırğızıstan və Azərbaycan bir-birinin simasında etibarlı dost qazanıblar 09:00 Danlanan basketbolçu NBA Yay Liqasının MVP-si oldu və “Qolden Steyt”ə keçdi 08:56 Rusiyaya PUA hücumu: Neft zavodları və iri logistika mərkəzləri vuruldu -VİDEO 08:52 İraoladan İsak mesajı: “Mövsümün əsas simalarından biri olacaq” 08:45 Dünya futbolunda gərginlik: FIFA-dan mühüm bəyanat 08:42 Azərbaycan Prezidenti: Qırğızıstan–Azərbaycan İnkişaf Fondunun uğurla fəaliyyət göstərməsi məni sevindirir 08:28 Prezident İlham Əliyev: "Manas" adını daşıyan məktəb qardaşlığımızın növbəti rəmzidir 08:27 Azərbaycan Prezidenti: Qırğızıstanın uğurlarına dostlarınız və qardaşlarınız olaraq hər zaman sevinirik 08:24 Çolpon-Ata şəhərində prezidentlərin iştirakı ilə Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şurasının 3-cü iclası keçirilir 08:23 Sadır Japarov: Qırğızıstan və Azərbaycanı ortaq tarixi köklər və mənəvi yaxınlıq birləşdirir 08:30 Azərbaycan Prezidenti İlham Əliyevin Qırğızıstan Prezidenti ilə təkbətək görüşü keçirilib 07:57 Prezident İlham Əliyevin Çolpon-Ata şəhərində rəsmi qarşılanma mərasimi olub 07:54 Əhaliyə XƏBƏRDARLIQ! Bakının bu əraziləri qazsız qalacaq 23:43 Ürəyinizi qorumaq istəyirsiniz? Günə bu səhər yeməyi ilə başlayın 01:35 Övladınıza ad qoymazdan əvvəl oxuyun - Bu 4 hərf uğur gətirirmiş 01:04 Müasir itlərin əcdadı ortaya çıxdı 00:57 İsti su oynaqlara xeyirlidir, amma bu insanlar üçün qəti qadağandır 00:34 İkinci Dünya müharibəsinin ən güclü gəmiləri niyə bir dəfə də olsun duelə çıxmadı? 00:25 ABŞ-də Trampın şəkli olan pasport satışa çıxarılır - FOTO 00:03 “Qan tökürlər, cavabını alacaqlar” - İrandan ABŞ-yə XƏBƏRDARLIQ 01:49 ABŞ və Səudiyyə İraqdan xəbərsiz zərbə endirdi - Baş nazir səfərini ləğv etdi 01:18 "Qarabağ" mübarizəni Konfrans Liqasında davam etdirəcək - YENİLƏNDİ 22:03 Rusiya ABŞ şirkətinə məxsus zavodu vurdu - TƏCİLİ 00:17 Bütün Xəbərlər