Əsgər üçün aparılan ərzaq niyə qəbul edilmir? - RƏSMİ

Əsgər üçün aparılan ərzaq niyə qəbul edilmir? - RƏSMİ
21.07.2026 11:30 Cəmiyyət

Bakıda yerləşən hərbi hissələrdən birində övladı ilə görüşə gedən vətəndaş tətbiq olunan qaydalarla bağlı narazılığını bildirib. Belə ki, onun özü ilə apardığı ərzaq məhsullarının hərbi hissənin ərazisinə keçirilməsinə icazə verilməyib. Halbuki onun apardığı məhsullardan bəziləri hərbi hissənin daxilindəki mağazada satılır.

TodayPress TV xəbər verir ki, məsələ ilə bağlı Müdafiə Nazirliyinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi Anar Eyvazov Axar.az-a bildirib ki, hərbi qulluqçular dövlət hesabına Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarı ilə müəyyən etdilmiş normalar üzrə ərzaqla təmin edilirlər.

“Hərbi hissələrdə fəaliyyət göstərən əsgər mağazalarında satılan qida və içki məhsulları Azərbaycan Respublikasının "Qida təhlükəsizliyi haqqında" Qanununa və Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) təsdiq etdiyi sanitar-gigiyenik normalara və texniki reqlamentlərə cavab verir. Bu normalara uyğun olaraq qida və içki məhsullarının qəbulu, saxlanılması, hazırlanması və satışı mağazanın yerləşdiyi hərbi hissənin həkim heyəti və aidiyyəti üzrə digər vəzifəli şəxslərinin nəzarəti ilə həyata keçirilir. Bu baxımdan əsgər yaxınlarının həssaslığını nəzərə alaraq ev şəraitində hazırlanan, daşınması və saxlanılması xüsusi şərait tələb edən qidaların hərbi hissələrə gətirilməsi məsləhət görülmür”, - o vurğulayıb.

A.Eyvazov qeyd edib ki, hərbi hissənin daxilindəki mağazalarda satılan məhsulların alınması könüllü xarakter daşıyır və vətəndaşların öz istəyindən asılıdır.

TodayPress TV

PHOTOS

Əsgər üçün aparılan ərzaq niyə qəbul edilmir? - RƏSMİ — 1
NEWS FEED
21 JULY 2026
Gəncə və Samuxda baş verən kütləvi zəhərlənmələrin səbəbi bu imiş 20:39 Ölü doğulan uşağın zirzəmiyə atılması iddiası ilə bağlı klinikadan açıqlama 20:28 “Kanada bizsiz yaşaya bilməz” - Tramp 20:14 Çempionlar Liqası: "Sabah" - "KuPS" oyunu başlayıb 20:02 “İran üçün hər cür imkan yaradıldı” - Heqset 19:58 Ağ Evdə kritik görüş: Tramp Livanlı həmkarı ilə 19:46 İlham Əliyev Almaniyadan yeni görüntülər paylaşdı - VİDEO 19:36 Minlərlə insan sudan zəhərləndi, rəhbərlər həbs olundu 19:30 Ermənilər Azərbaycana güləşməyə gəlir 19:22 Sürücülərin NƏZƏRİNƏ! Bu yol bağlanacaq 19:10 Paytaxtda yanğın başlayıb - Əraziyə çoxsaylı yanğınsöndürənlər göndərildi 18:56 Lukaşenko pis işləyən məmurları Ukrayna sərhədinə “ezamiyyət”ə yollayacaq 18:51 İlham Əliyev Bakıda baş verdiyi iddia edilən gizli görüşdən danışdı 18:35 Zelenski TƏCİLİ müşavirə keçirdi - Rusiya yeni istiqamətdən hücuma hazırlaşır 18:26 İran Küveytə zərbələr endirir - TƏCİLİ - VİDEO 18:14 Ömürlük cəza alanların apellyasiyası davam edir - Məhkəmədə nələr baş verdi? 18:06 Başçısız qalan icra hakimiyyətləri - SİYAHI 17:46 Almaniya Qarabağda mina təmizləyəcək 17:38 Paşinyan nə qədər və hara qədər qaça biləcək? - AÇIQLAMA 17:11 İki dövlət məsləhətləşmələr aparacaq 17:35 Kəndimizdə məhsul yerlə birdir, meyvə qurusunu isə xaricdən daşıyırıq... 17:10 Almaniya ilə imzalanan sənədlər necə icra edilməlidir? 17:33 Azərbaycan və Almaniya davamlı su ehtiyatlarının idarə olunması üzrə əməkdaşlığı artıracaq 17:31 Azərbaycan və Almaniya arasında strateji tərəfdaşlıq üzrə Birgə Bəyannamə imzalandı 17:26 İlham Əliyev: Azərbaycandan təchiz edilən benzin və dizel Ermənistanın enerji təhlükəsizliyinə töhfədir 17:27 All News