Deputat və siyasətçilər niyə həmişə "dildədirlər"?

Deputat və siyasətçilər niyə həmişə "dildədirlər"?
15.05.2026 14:56 Cəmiyyət

Cəmiyyət deputat və ictimai-siyasi şəxsləri həmişə diqqətdə saxlayır. İnsanlar onlara baxır, danışır, hərəkətlərini izləyirlər. Həmin şəxslərin davranışları isə insanlarda həm müsbət həm də mənfi fikirlər formalaşdıra bilir. Hər hansı diqqətçəkici söz desələr, dərhal "manşet" olur.

Bəs deputat və siyasətçilər niyə qınaq obyektidirlər?

Birincisi, onlar bizim adımızdan danışırlar. Millət vəkili seçildiyi gün deyir ki, "Mən xalqın səsi olacağam". Yəni bizim problemlərimizi həll etmək üçün səlahiyyət alır. Əgər o, maşınını dəyişdirir, villasını genişləndirir, amma vətəndaşların yolları çuxurlu, evləri qazsız-susuz qalırsa, təbii ki, adamlar qəzəblənir. 

İkincisi, güc yəni ad-sandır. Adi adamın bir işi görmək üçün aylarla qaçması, bir vəkilin isə zənglə həll etməsi. Bu fərq insanlarda qıcıq yaradır. 

Üçüncüsü, siyasətçilər söz verirlər, problemləri həll edəcəklərini deyirlər. Müəyyən vaxt keçir, amma çox vaxt gözlənilən dəyişiklik olmur. 

Dördüncüsü, onlar göz qabağındadır. Media da bunu sevir, çünki oxunur, izlənilir. Sakit və yaxşı iş görən siyasətçilər isə az xəbər olur. Əksinə, qalmaqal, mübahisə və səhvlər daha çox diqqət çəkir. Səhv iş görməsələr də paylaşdıqları şəkilləri, etdiyi hərf səhvləri gözə tez "batır".

Ancaq bütün bunlar onların işlərini yerinə yetirmədiyi mənasına gəlmir. Onlar problemlərlə bağlı çıxış edir, təkliflər irəli sürürlər. Bəzi məsələlərin həlləri üçün isə müəyyən vaxt lazım olur. 

Nəticədə, deputat və siyasətçilər diqqət mərkəzindədir, çünki onlar hakimiyyətdədir. Hakimiyyət isə həm cazibədardır, həm də böyük məsuliyyət daşıyır. Xalq da onlardan daha yaxşısını, daha dürüstünü, daha sadəsini gözləyir. Bu qınaqlar bəzən ədalətsiz olur, bəzən isə çox haqlı.

Siyasətçi olmaq asan iş deyil. Ya vicdanla xidmət edəcəksən, ya da hər gün qınaq altında qalacaqsan. Xalq da səhv etmir, sadəcə öz həyatının yaxşılaşmasını istəyir. 

Türkan İsgəndərli

NEWS FEED
31 JULY 2026
Azərbaycan Prezidenti İlham Əliyevin Qırğızıstan Prezidenti ilə təkbətək görüşü keçirilib 07:57 Prezident İlham Əliyevin Çolpon-Ata şəhərində rəsmi qarşılanma mərasimi olub 07:54 Əhaliyə XƏBƏRDARLIQ! Bakının bu əraziləri qazsız qalacaq 23:43 Ürəyinizi qorumaq istəyirsiniz? Günə bu səhər yeməyi ilə başlayın 01:35 Övladınıza ad qoymazdan əvvəl oxuyun - Bu 4 hərf uğur gətirirmiş 01:04 Müasir itlərin əcdadı ortaya çıxdı 00:57 İsti su oynaqlara xeyirlidir, amma bu insanlar üçün qəti qadağandır 00:34 İkinci Dünya müharibəsinin ən güclü gəmiləri niyə bir dəfə də olsun duelə çıxmadı? 00:25 ABŞ-də Trampın şəkli olan pasport satışa çıxarılır - FOTO 00:03 “Qan tökürlər, cavabını alacaqlar” - İrandan ABŞ-yə XƏBƏRDARLIQ 01:49 ABŞ və Səudiyyə İraqdan xəbərsiz zərbə endirdi - Baş nazir səfərini ləğv etdi 01:18 "Qarabağ" mübarizəni Konfrans Liqasında davam etdirəcək - YENİLƏNDİ 22:03 Rusiya ABŞ şirkətinə məxsus zavodu vurdu - TƏCİLİ 00:17 HƏMAS silahı yerə qoyacaq? - Yaxın günlərdə hər şey dəyişə bilər 23:51 Türk ordusu Livana gedir - Ərdoğan açıqladı 23:34 İran ABŞ-nin bu ölkədəki aviabazasını vurdu - VİDEO 22:14 İrana qarşı hərbi əməliyyatlara davam, yoxsa tamam? - Cəmi 1 səs hər şeyi dəyişdi 23:04 "Neftçi" UEFA Konfrans Liqası ilə vidalaşdı - YENİLƏNDİ 21:18 Bakıda qətl hadisəsi baş verdi - TƏFƏRRÜATLAR 22:50 Ermənistan Rusiya kimisini tapmayacaq - Moskvadan İrəvana mesaj 22:39 Rusiya “Telegram”ın təsisçisini niyə “qara siyahı”ya saldı? - SƏBƏB bu imiş 22:26 "Zirə" UEFA Konfrans Liqası ilə vidalaşdı - VİDEO 20:04 Səbrsizliklə gözlənilən “44” filmi tamamlandı 21:49 Netanyahu Avropanı “aşağıladı”, ABŞ-yə tərif yağdırdı, İrana isə… 21:13 Rusiya Şimali Koreya raketindən istifadə edib? - Zelenski detalları açıqladı 21:04 All News