Cəfər Cabbarlının heykəli təmir ediləcək? - NAZİRLİKDƏN RƏSMİ AÇIQLAMA

Cəfər Cabbarlının heykəli təmir ediləcək? - NAZİRLİKDƏN RƏSMİ AÇIQLAMA
18.11.2025 19:46 Cəmiyyət

“Azərbaycanfilm” kinostudiyasının həyətində yerləşən dahi dramaturq Cəfər Cabbarlının heykəli yararsız vəziyyətdədir.

Heykəltəraş Kamal Ələkbərovun müəllifi olduğu əsər vaxt keçdikcə zədələnib və diqqət tələb edir.

Məlumata görə, kinostudiyanın əvvəlki rəhbərliyi heykəlin bərpası üçün mütəxəssis cəlb edib və smetasını aidiyyəti orqana təqdim edib. Lakin studiya təsərrüfat hesablı olduğundan bərpa üçün vəsait ayrılmayıb və işlər dayanıb.

Mövzu ilə bağlı Mədəniyyət Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin İctimaiyyətlə əlaqələr və mətbuatla iş sektorunun müdiri Türkan Cəfərova TodayPress TV-yə bildirib ki, Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası üzrə aparılan yenidənqurma prosesi sadəcə tikinti-təmir işi deyil, uzunmüddətli strateji inkişaf modelidir.

Burada məqsəd köhnəlmiş infrastrukturun bərpası ilə yanaşı, studiyanın istehsal imkanlarını müasir kino sənayesinin tələblərinə cavab verən səviyyəyə yüksəltməkdir:

"Hazırda layihələndirmə mərhələsi üzrə texniki-iqtisadi əsaslandırmalar, ərazi planlaması və funksional zonaların bölünməsi üzərində iş aparılır. Bu mərhələdə həm mövcud binaların konstruktiv vəziyyəti qiymətləndirilir, həm də gələcək istehsal sahələrinin - pavilyonların, post-prodakşn mərkəzinin, montaj və səs studiyalarının, rəqəmsal laboratoriyaların və açıq çəkiliş məkanlarının yerləşməsi dəqiqləşdirilir. Məqsəd studiyanın bir vahid istehsal ekosisteminə çevrilməsidir".

Türkan Cəfərova əlavə edib ki, planlaşdırılan “Kinopark” layihəsi isə kinostudiyanın ictimai və yaradıcı potensialını genişləndirən ayrıca bir konsepsiyadır. Burada həm tematik sərgi və ekspozisiya zonalarının, həm də açıq hava kino məkanlarının, təhsil və seminar səhnələrinin, gənc kino peşəkarları üçün yaradıcı emalatxanaların təşkili nəzərdə tutulur. 

"Konsepsiya həm kino tarixinin nümayişini, həm də müasir kino prosesinə dəstək verən canlı, interaktiv bir mühitin yaradılmasını hədəfləyir".

O qeyd edib ki, layihənin mühüm komponentlərindən biri də Cəfər Cabbarlının heykəlinin restavrasiyasıdır. Restavrasiya zamanı abidənin ilkin bədii həlli və tarixi dəyəri qorunacaq, həm vizual, həm də konstruktiv baxımdan yenilənməsi təmin olunacaq. Məqsəd heykəlin gələcək “Kinopark” məkanında mərkəzi bir mədəni-simvolik element kimi qorunmasıdır.

Türkan İsgəndərli

TodayPress TV

NEWS FEED
01 AUGUST 2026
Rusiya 2032-ci ilədək… 00:51 Bu peykdə su yoxdur, amma dənizlər var - Alimlər sirri açıqladı 00:29 Minlərlə nüvə başlığı istehsalına yetəcək uran xəbərsiz daşınıb? 00:16 Həyat yoldaşını öldürdü, sonra polisə gedib etiraf etdi - TƏFƏRRÜATLAR 00:08 Tramp İrana yeni zərbələr üçün əmr verdi - TƏCİLİ 02:06 Tatarıstanda neft-kimya kompleksində partlayış - VİDEO 01:08 Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Zelenski ABŞ-yə “Patriot” məsələsini unutmağa qoymadı 20:00 All News