BP məktəblilər üçün yeni rəqəmsal ingilis dili öyrənmə platforması yaratdı

BP məktəblilər üçün yeni rəqəmsal ingilis dili öyrənmə platforması yaratdı
24.11.2025 15:45 Cəmiyyət

Bu gün BP şirkəti Azərbaycanda rəqəmsal təhsil imkanlarının artırılmasına yönəlmiş bir sosial investisiya layihəsinin ikinci mərhələsinin tamamlayıb.

TodayPress TV xəbər verir ki, Layihə "Landau Educational Technologies" MMC ilə əməkdaşlıqda həyata keçirilib.

Layihədə əsas məqsəd 9-cu və 11-ci sinif ingilis dili buraxılış imtahanlarına hazırlaşan şagird və müəllimləri dəstəkləmək olsa da, təqdim olunan yüksək keyfiyyətli və əlçatan rəqəmsal məzmun 5–11-ci siniflərin bütün şagirdlərinin istifadəsi üçün uyğundur. Ümumilikdə, yeni materiallar ingilis dilini öyrənmə nəticələrini yaxşılaşdırmaq, həmçinin şagirdlərin dərs prosesində iştirak fəallığını artırmaq üçün orta məktəblərin bütün sinifləri üçün yararlıdır.

Layihənin bu yeni mərhələsi əvvəlki səylərin uğuruna əsaslanaraq geniş əhatəli yeni öyrənmə materialları təqdim edir. Bura 60 saatlıq dərs müddətinə uyğun 350 tədris videosu; imtahana hazırlıq üçün 14 000 sualdan ibarət sual bankı, imtahan şəraitini simulyasiya etmək üçün 70 test toplusu, dərs tədris prosesində müəllimlərə kömək məqsədi ilə hazırlanmış təqdimatlar və iş vərəqləri; həmçinin müəllimlərin ev tapşırıqları verməsinə və şagirdlərin irəliləyişini izləməsinə imkan verən rəqəmsal platforma daxildir.

Ümumilikdə, bu təşəbbüs əlçatan tədris materialları sahəsində mövcud boşluqları doldurmaqla ölkənin hər yerində həm şagirdlərə, həm də müəllimlərə ünvanlanıb. Ölkə üzrə 500 müəllimin və 10000 şagirdin layihədən bəhrələnəcəyi gözlənilir.

BP-nin Xəzər regionu üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli bildirib ki, şirkət Azərbaycanda təhsilin inkişafını innovativ rəqəmsal resurslar və həllər vasitəsilə dəstəkləməyə davam etməkdən çox məmnundur: "Bu layihə təkcə şagirdləri ingilis dili imtahanlarında uğur qazanmaq üçün onlara lazım olan vasitələrlə təmin etmir, o həm də müəllimlərə müasir dərs resursları təqdim etməklə onların rolunu gücləndirir. Azərbaycan məktəbləri üçün məzmun hazırlanmasına sərmayə qoymaqla biz ölkənin təhsil potensialının artırılmasına və keyfiyyətli təhsilin hər bir şagird üçün əlçatan olmasına töhfə vermək istəyirik."

Layihənin ikinci mərhələsinin ümumi dəyəri təxminən 307 500 manat(180 882 ABŞ dolları) təşkil edib. Bunun 200 000 manatını (117 647 ABŞ dolları) bp və onun tərəfdaşları, qalanını isə "Landau Educational Technologies" MMC ödəyib.

Müddəti bir il olan layihənin icraçısı "Aspire Learning App" kimi tanınan "Landau Educational Technologies" MMC-dir.

Layihənin nəticəsi olaraq hazırlanmış bütün materiallar ümumi istifadəyə açıqdır və ənənəvi tədris kontentini tamamlamaq məqsədi daşıyır. Bu materiallar yerindən və şəraitindən asılı olmayaraq bütün şagirdlərə çevik və inklüziv öyrənmə imkanları yaradır.

TodayPress TV

NEWS FEED
16 JUNE 2026
Qarabağ Zəfərindən informasiya suverenliyinə: yeni media idarəetmə sistemi 11:28 Bakıda tavan uçdu, göydən başına adam düşdü - VİDEO 11:24 Makronun xanımı ilə Trampın qeyri-adi görüntüləri yayıldı - VİDEO 11:15 Xəzərdə insanları dibə çəkən “gizli əllər”in sirri açıldı – Ekspertdən həyəcan təbili 11:11 Avtoxuliqanlıq edən sürücü həbs edildi - VİDEO 11:10 Ruhi Əliyeva Qarabağ veteranını işdən qovdu: Məhkəmə belə ona söz haqqı verir 10:57 Roma Papası Azərbaycana səfərə dəvət edildi 10:52 Müqəddəs Taxt-Tacın nümayəndəsi Prezidentin qəbulunda 10:41 Kimlər Paşinyanın nişangahındadır? - Konstitusiya dəyişikliyi planı açıqlandı 10:36 "Sabah" Patrik Orfe Mbinanın transfer hüquqlarına yiyələndi 10:30 Miopiya nə üçün yaranır? Görmə qüsurunun əlamətləri və korreksiya yolları 10:20 "Sabah"ın UEFA-da rəqibi bu gün bəlli olacaq 10:15 Əl və ayaq dərisində quruluq: Əsas səbəblər və effektiv nəmləndirmə üsulları 10:15 Azərbaycanda media sahəsində vahid qurum yaradılacaq 10:08 Sürücülərin nəzərinə! İcbari sığorta haqları artıq yeni qaydalarla hesablanacaq 10:06 Bəzi rayonlara intensiv yağış yağır - FAKTİKİ HAVA 10:01 "Coca-Cola" içməyin orqanizmə mümkün müsbət və mənfi təsirləri 09:52 "Qarabağ"ın Avropa Liqada rəqibi bəlli olur 09:53 Rusiyanın "can damarı" alova büründü 09:42 Lansodens nə zaman istifadə olunur? - Təyinatı, təsiri və qəbul qaydaları 09:35 Neft ucuzlaşmağa davam edir 09:27 Sarkoidoz haqqında bilməli olduqlarınız: Diaqnozdan müalicəyə qədər 09:28 Moskva hədəfdə: Ukrayna dronları paytaxta hücum etdi - VİDEO 09:03 DÇ-2026: İran - Yeni Zelandiya matçında bərabərlik 08:45 ABŞ-də faciə: Strateji bombardmançı qəzaya uğradı, 8 nəfər həlak oldu - VİDEO 08:40 All News