Binəqədidə sakinlər pis vəziyyətdə: “Su xətti partlayıb, evimiz bataqlığa çevrilib”

Binəqədidə sakinlər pis vəziyyətdə: “Su xətti partlayıb, evimiz bataqlığa çevrilib”
23.06.2026 15:59 Cəmiyyət

Paytaxtın Binəqədi rayonunda su xəttində baş verdiyi bildirilən qəza sakinlərin ciddi narahatlığına səbəb olub. 

TodayPress TV redaksiyasına müraciət edən sakinlər aidiyyəti qurumlara dəfələrlə müraciət etsələr də, problemin hələ də həll olunmadığını bildirirlər.

Hadisə Binəqədi rayonu, Birinci Mədən qəsəbəsi, Aşırım küçəsində, Vulkan dağının yaxınlığında qeydə alınıb.

Şikayətçi bildirib ki, evlərinin üzərindən keçən kiçik su xəttində qəza baş verib və nəticədə əraziyə böyük həcmdə su axmağa başlayıb.

"Bizim evin üstündən kiçik bir su xətti keçir. Həmin xətt və şlanqlar partlayıb. Nə qədər müraciət etsək də, nəticə yoxdur. Rəsmi ərizə ilə də müraciət etmişik, amma gəlib baxan olmayıb".

Sakinin sözlərinə görə, hadisədən sonra yalnız bir əməkdaş əraziyə baxış keçirib, lakin görülən tədbirlər problemi aradan qaldırmayıb.

"Sadəcə bir işçi gəlib xəttə baxdı, müəyyən müdaxilə etdi, amma su sızması əvvəlki kimi davam edir. Bütün evimizin ətrafı bataqlığa çevrilib. Məsələ ilə bağlı dəfələrlə aidiyyəti qurumlara müraciət olunub. Su İdarəsinə müraciət etmişik. Ayın 8-də Azərsuya ərizə ilə müraciət etmişəm. Həmçinin 20 Yanvar ərazisindəki Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə də (ADSEA) dəfələrlə getmişəm. Dünən artıq dördüncü dəfə müraciət etdim. Amma hər dəfə sadəcə "baxılacaq" deyib məni yola salırlar".

Şikayətçinin sözlərinə görə, Binəqədi Rayon İcra Hakimiyyətinin nümayəndələri də əraziyə baxış keçiriblər. Lakin problemin onların səlahiyyətlərinə aid olmadığını bildirərək hər hansı tədbir görməyiblər.

Nəticədə isə su fasiləsiz axıb gedir. Yolun hər tərəfi, ətraf ərazilər su içindədir. Evin alt hissəsi və zirzəmisi tamamilə su ilə dolub.

Müraciətdə qeyd olunur ki, suyun davamlı şəkildə axması artıq təkcə narahatlıq deyil, həm də yaşayış evi üçün ciddi təhlükə yaradır.

"Evə və yola suyun sızması ciddi problemdir. Xüsusilə zirzəminin su ilə dolması evin bünövrəsinə ziyan vurur və gələcəkdə daha böyük təhlükələr yarada bilər. Aidiyyəti qurumlara dəfələrlə edilən müraciətlərə baxmayaraq, problemin həll olunmaması sakinlərdə ciddi narahatlıq yaradır"

Məsələ ilə bağlı aidiyyəti qurumlara sorğu göndərilib, mövqeyini dərc etməyə hazırıq.

Türkan İsgəndərli

TodayPress TV

PHOTOS

Binəqədidə sakinlər pis vəziyyətdə: “Su xətti partlayıb, evimiz bataqlığa çevrilib” — 1
Binəqədidə sakinlər pis vəziyyətdə: “Su xətti partlayıb, evimiz bataqlığa çevrilib” — 2
NEWS FEED
12 AUGUST 2026
Bu ölkə İrana xəbərdarlıq etdi 17:03 İranın Ali Lideri niyə ictimaiyyət qarşısına çıxmır? - AÇIQLANDI 16:29 MÜTDA elektron attestatlarla bağlı narahatlığa aydınlıq gətirdi 16:32 Makqreqordan həmyerlisinə döyüş öncəsi möhtəşəm dəstək! 16:26 Azərbaycan ötən ay gündə 453 min barel neft hasil edib 16:23 Lionel Messi atasının vəfatından sonra ilk dəfə paylaşım edib 17:20 “Tesla” 20 mindən çox avtomobilini geri çağırdı 16:09 Göl qismən qurudu, 200 illik “Ekskalibur” ortaya çıxdı 16:09 Litva Rusiya və Belarus sərhədində xəndəklər qazacaq – Müdafiə hazırlığı gücləndirilir 16:00 Türkiyədə F-16 qəzaya düşdü - VİDEO 16:41 Slovakiyada böyük güləş savaşı: Azərbaycan mundiala 30 idmançı ilə gedir 16:48 29 ştat "Meta"nı məhkəməyə verdi 16:00 "Reuters": İran və ABŞ atəşkəsin uzadılması barədə razılığa gəlməyiblər 15:44 Kolumbiyada üç günlük matəm elan olundu 15:46 Günəşdə partlayışlar baş verəcək 15:34 14 cüdoçu, bir hədəf: Azərbaycan dünya çempionatına hazırdır! 16:05 Səfir: Azərbaycan Vaşinqtondan minatəmizləmə sahəsində dəstək gözləyir 15:28 Ferstappenin möhtəşəm ötməsi Montoyanı heyran etdi 15:48 Putindən sərt xəbərdarlıq: Avropa buna görə cavab verəcək 15:04 Gənc Xodardan böyük uğur: “Masters”də tarixi yarımfinal! 15:39 Siçan emojisi məhkəməni qarışdırdı: girov qərarı ləğv edildi 15:22 Günəş tutulması görmə qabiliyyətinə zərər verə bilər 14:54 Çempion futbolçu İtaliyaya getdi! Molina “Roma”da 14:51 Çin və İndoneziya Tayvan yaxınlığında birgə təlim keçirəcək 14:39 Ukrayna Rusiyaya sutka ərzində 1000 dron atıb 14:34 All News