Bazar günləri işləyək - Parlamentdə mübahisəli təklif

Bazar günləri işləyək - Parlamentdə mübahisəli təklif
26.12.2025 17:25 Cəmiyyət

"Paytaxtda və mərkəzi şəhərlərdə nəqliyyat sıxlığının azaldılması məqsədilə sürüşkən iş rejiminə keçid müzakirə olunsa da, bu tədbir problemin köklü həlli üçün yetərli deyil".

Bu fikirləri sosioloq Üzeyir Şəfiyev TodayPress TV-yə açıqlamasında bildirib.


Onun sözlərinə görə, sürüşkən iş qrafiki müəyyən qədər rahatlıq yarada bilər, lakin məsələ daha geniş və kompleks makro-siyasət tələb edir:

"Sürüşkən iş rejiminə keçid paytaxt və mərkəzi şəhərlərdəki tıxaclar üçün zəruridir, amma kafi əsas deyil. Çünki regionlardan paytaxta axın çox sürətlidir və bu artıq bum xarakteri daşıyır. Bu axının qarşısı əlavə mexanizmlərlə alınmalıdır".

Sosioloq əlavə edib ki, regionlarla paytaxt arasında mövcud olan sosial-iqtisadi fərqlər azaldılmadan, yalnız texniki və inzibati alətlərlə problemi həll etmək mümkün olmayacaq:

"Əgər regionlarla bağlı məşğulluq, sosial imkanlar və paytaxtla bölgələr arasındakı fərqlər azaldılmasa, sürüşkən iş rejimi və digər bu tip alətlər yetərli olmayacaq. Bu məsələ hətta respublika səviyyəsində, ali rəhbərlik və sahə mütəxəssislərinin iştirakı ilə institusional şəkildə müzakirə olunmalıdır. Azərbaycanda regionlardan paytaxta axın qlobal şəhərləşmə prosesinin tərkib hissəsi olsa da, hazırda bu prosesin ölkə üçün təhlükəli sürət aldığı müşahidə olunur. Şəhərləşmə və miqrasiya bütün dünyada var, amma Azərbaycanda bu gün bu proses bum xarakteri alıb. Əgər bu axın səngiməsə, heç bir lokal tədbir bunun öhdəsindən gələ bilməz".

Ekspertin fikrincə, əsas çıxış yolu regionlarda davamlı və kollektiv iş sahələrinin yaradılmasıdır. O vurğulayıb ki, açılan yeni iş yerlərinin böyük əksəriyyəti Bakı və Abşeronun payına düşür:

"İl ərzində təxminən 90 mindən çox iş yeri açılır, amma bunun 70-80 faizi Bakı və Abşeronda cəmlənir. Əgər bu iş yerləri regionlarda, xüsusən kollektiv iş sahələri formatında yaradılsa, gənclər paytaxta üz tutmaz. Regionlarda gənclərin sosial və mənəvi ehtiyaclarının qarşılanması da vacibdir. Səhiyyə, təhsil, sosiallaşma və asudə vaxt imkanları bölgələrdə əlçatan olmalıdır. Rayon mərkəzləri ən azı paytaxta yaxın səviyyədə imkanlarla təmin olunmalıdır ki, gənclər mənəvi və sosial ehtiyaclarını ödəmək üçün paytaxta gəlməyə məcbur qalmasınlar".

Mütəxəssis regionlarda müasir şəhər mühitinin formalaşdırılmasını, mövsümi turizmin, xüsusilə qış turizminin inkişaf etdirilməsini də vacib hesab edib. O bildirib ki, qış aylarında regionlardan paytaxta axının artması turizm imkanlarının zəifliyi ilə də bağlıdır:

"Regionlarda gənclər üçün pay torpaqları ayrılmalı, faizsiz kreditlər verilməlidir ki, onlar ev tikə, ailə qura bilsinlər. Bu həm də təbii artıma müsbət təsir göstərə bilər".

Üzeyir Şəfiyev vurğulayıb ki, paytaxtdakı tıxac və həddindən artıq sıxlıq problemi yalnız sürüşkən iş qrafiki ilə deyil, kompleks və uzunmüddətli regional inkişaf siyasəti ilə həll oluna bilər.

Qeyd edək ki, Milli Məclisin deputatı Fazil Mustafa Azərbaycanda sürüşkən iş rejiminə keçirilməsi, hətta bir sıra müəssisələr üçün bazar gününün iş günü olmasını təklif edib.


Parlamentari bildirib ki, tıxac probleminin həlli ilə bağlı müxtəlif istiqamətlərdə düşünməliyik.

Türkan İsgəndərli

TodayPress TV

NEWS FEED
15 JUNE 2026
Axtarışda olan 83 nəfər tutuldu 17:44 Yollarda görünüş bu məsafəyədək məhdudlaşacaq 17:30 Ərdoğan Azərbaycanı Milli Qurtuluş Günü münasibətilə təbrik etdi 17:16 İtkin düşən 8 nəfər tapıldı 17:11 İran: Hörmüz boğazından keçid üçün rüsum tutulmayacaq 16:59 Müdafiə naziri Pakistan tərəfinə başsağlığı verdi 16:48 Azəriqaz işçilərinin maaşından tutulan pullar Qarabağ turunda “kartof və toyuq qanadı”na getdi? 16:44 Səfir: Azərbaycan Prezidentinin Almaniyaya səfərinə ümid edirik 16:36 Zelenski Putinə görüşməyi təklif etdiyini açıqladı 16:25 İspaniya Kabo Verde ilə, Belçika isə Misirlə qarşılaşacaq 16:12 Almaniya səfiri: Azərbaycanla münasibətlər ardıcıl olaraq inkişaf edir 16:01 Zakir Həsənov Azərbaycan Ordusunun şəxsi heyətini təbrik etdi 15:51 Vuçiç Gürcüstanda rəsmi səfərdədir 15:43 Filippində güclü zəlzələ oldu 15:30 Aİ-dən Rusiyaya bu sanksiyaları tətbiq etdi 15:23 Narişkindən Ermənistana xəbərdarlıq: Qərbə arxalanmaq ölkədə problemlər yarada bilər 15:11 Azərbaycanlı futbolçu Kipr klubuna keçdi 15:05 Tramp doğum günündə tribunada yatdı - VİDEO 15:01 Lukaşenko və Putin yaxın vaxtlarda görüşəcək 14:50 Kobaxidze İran-ABŞ razılaşmasına reaksiya verdi 14:44 Putin "Allahın Evi"ni vurdu - Qarşı tərəfdən cavab gecikmədi... 14:11 Baş nazir Əli Əsədov Ümummilli lideri ziyarət etdi 13:47 "Odlar Yurdu" Honq Konqu fəth etməyə gedir! 13:37 Ərdoğan Azərbaycanı təbrik etdi 13:27 Tokiodan İranla bağlı qəfil həmlə: Bağlı qapılar arxasında nələr baş verir? 13:19 All News