Baş prokuror İraqın Ali Məhkəməsinin yeni təyin olunmuş sədri ilə görüşdü

Baş prokuror İraqın Ali Məhkəməsinin yeni təyin olunmuş sədri ilə görüşdü
15.07.2025 15:47 Cəmiyyət

İyulun 15-də Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev ölkəmizdə işgüzar səfərdə olan İraq Respublikasının Ali Federal Məhkəməsinin sədri Munder İbrahim Hüseynin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

TodayPress TV xəbər verir ki, qonaqları səmimiyyətlə salamlayan Baş prokuror cənab Munder İbrahim Hüseyni İraq Ali Federal Məhkəməsinin sədri vəzifəsinə təyin olunması münasibətilə təbrik edərək ona gələcək fəaliyyətində uğurlar arzulayıb.

Görüş zamanı Baş prokuror ölkəmizin prokurorluq orqanlarında həyata keçirilən genişmiqyaslı islahatlardan bəhs edərək, müasir dövrdə prokurorluğun cinayətkarlıqla, xüsusilə də korrupsiya ilə mübarizədə rolunu, bu sahədə beynəlxalq əməkdaşlığın əhəmiyyətini vurğulayıb və ölkələrarası təcrübə mübadiləsinin vacibliyini diqqətə çatdırıb.

Kamran Əliyev İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində İraqla mövcud əməkdaşlığın yüksək səviyyədə olduğunu qeyd edərək, təşkilata üzv ölkələrin korrupsiyaya qarşı mübarizə aparan orqanları rəhbərlərinin 2026-cı ildə ölkəmizdə keçiriləcək üçüncü konfransına dair nümayəndə heyətini məlumatlandırıb.

Baş prokuror, həmçinin İraq Respublikasının Ali Məhkəmə Şurasının sədri, Dövlət Prokurorluğunun sədri və Federal Dürüstlük Komitəsinin sədri ilə baş tutmuş ikitərəfli görüşü xatırladaraq, İraqla əlaqələrin yüksələn xətlə inkişaf etdiyini vurğulayıb.

Səmimi qəbula görə təşəkkürünü bildirən Munder İbrahim Hüseyn iki ölkə arasında tarixi dostluq münasibətlərinə toxunaraq xalqlarımız arasında ortaq mədəni və dini köklərin, qədim tarixə əsaslanan sıx əlaqələrin mövcudluğunu qeyd edib. 

Bundan başqa, Sədr hüquq-mühafizə orqanları arasında cinayətkarlıqla, xüsusilə də korrupsiya ilə mübarizə sahəsində qarşılıqlı və səmərəli əməkdaşlığın vacibliyini diqqətə çatdırıb və ikitərəfli əlaqələrin inkişaf etdirilməsinin zəruriliyini vurğulayıb.

Görüş zamanı qarşılıqlı maraq doğuran məsələlər ətrafında faydalı fikir mübadiləsi aparılıb, əlaqələrin möhkəmləndirilməsi məqsədilə müqavilə-hüquq bazasının genişləndirilməsi imkanları müzakirə olunub.

Görüşdə, həmçinin İraq Respublikasının ölkəmizdəki səfirliyinin müvəqqəti işlər vəkili Ban Əli Kazım Əl-Həkim iştirak edib.

XƏBƏR LENTİ
01 AVQUST 2026
Minlərlə nüvə başlığı istehsalına yetəcək uran xəbərsiz daşınıb? 00:16 Həyat yoldaşını öldürdü, sonra polisə gedib etiraf etdi - TƏFƏRRÜATLAR 00:08 Tramp İrana yeni zərbələr üçün əmr verdi - TƏCİLİ 02:06 Tatarıstanda neft-kimya kompleksində partlayış - VİDEO 01:08 Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Zelenski ABŞ-yə “Patriot” məsələsini unutmağa qoymadı 20:00 İspaniya ölkəyə qanunsuz “soxulan” miqrantların yarısını “qovdu” 19:47 Prezidentin Qırğızıstana səfəri başa çatdı 19:37 Bütün Xəbərlər