DSX-nin 2025-ci ilin yekunlarına dair hesabat müşavirəsi keçirildi

DSX-nin 2025-ci ilin yekunlarına dair hesabat müşavirəsi keçirildi
07.01.2026 17:04 Cəmiyyət

Dövlət Sərhəd Xidmətinin (DSX) 2025-ci ilin xidməti-döyüş fəaliyyətinin yekunlarına dair yanvarın 6-da hesabat müşavirəsi keçirilib.

Bu barədə TodayPress TV-yə DSX-dən məlumat verilib.

Müşavirədə general-polkovnik Elçin Quliyev 2025-ci ilin Azərbaycanın dövlətçilik tarixi üçün xüsusi önəm daşıdığını bildirib.

Daha sonra hərbi birləşmə rəhbərlərinin məruzələri dinlənilib, struktur qurumların xidməti fəaliyyəti qiymətləndirilib.

2025-ci ildə DSX-nin əldə etdiyi əsas nailiyyətlər sırasında dövlət sərhədini pozduqlarına görə 516, sərhəd rejimini pozduqlarına görə 1226, axtarışda olan 3922, saxta sənədlərlə 108, özgəsinə məxsus sənədlə 8, dövlət sərhədindən buraxılış məntəqələrindən gizli şəkildə keçməyə cəhd göstərən 6 nəfərin saxlanılması, terrorçuluğa qarşı aparılmış mübarizə tədbirləri çərçivəsində xaricdə döyüşmüş 6 nəfərin saxlanılması, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 18, qaçaqmalçılıqla 8, qeyri-qanuni miqrasiya ilə 12 mütəşəkkil cinayətkar dəstənin zərərsizləşdirilməsi qeyd olunub.

Bunlarla yanaşı il ərzində DSX-nin struktur qrumları tərəfindən, həmçinin digər hüquq mühafizə orqanları ilə birgə ümumilikdə 4 ton 311 kiloqram 864 qram narkotik vasitə, 78457 ədəd psixotrop tərkibli və güclü təsiredici həb, 128 milyon 255 min 862 manat dəyərində qaçaqmalın dövlət sərhədindən qanunsuz keçirilməsinin qarşısının alınıb, 24 ton 585 kiloqram narkotik xassəli bitki məhv edilib.

2026-cı ildə qarşıda duran əsas vəzifə və tapşırıqlar diqqətə çatdırılaraq sərhədçilərin Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin hər bir tapşırığını böyük şərəf və qürurla icra etməyə hazır olması, dövlət sərhədinin texniki vasitələrlə mühafizə və müdafiəsinin gücləndirilməsi, çətin relyefə malik ərazilərdə və istənilən hava şəraitində qarşıya qoyulmuş tapşırıqların icrasının təmin edilməsi məqsədilə hərbi qulluqçuların hazırlanması, döyüş hazırlığının daim yüksək səviyyədə saxlanılması, hərbi intizamın möhkəmləndirilməsi və şəxsi heyətin sağlamlığının qorunması istiqamətində tədbirlərin görülməsi barədə göstərişlər verilib.

TodayPress TV

FOTOLAR

DSX-nin 2025-ci ilin yekunlarına dair hesabat müşavirəsi keçirildi — 1
DSX-nin 2025-ci ilin yekunlarına dair hesabat müşavirəsi keçirildi — 2
DSX-nin 2025-ci ilin yekunlarına dair hesabat müşavirəsi keçirildi — 3
XƏBƏR LENTİ
30 IYUL 2026
Ferstappen “Red Bull” ətrafındakı söz-söhbətlərə son qoydu 17:30 Reşforddan duyğusal vida: “Hər anından zövq aldım” 17:09 Sinsinnati azarkeşlərinin gözlədiyi xəbər rəsmiləşdi 17:01 SON DƏQİQƏ: Xomeyni limanı üzərində insident 17:01 Kərim Kərimovun yaşadığı binaya xatirə lövhəsi vurulacaq 16:57 Eddi Hau göz yaşları ilə “Nyukasl”a vida etdi 16:48 Rusiya çözüldü: Ukrayna boş yerləri tapdı 16:36 Prezident İlham Əliyev Qırğızıstanda səfərdədir 16:36 “Real”ın gənc müdafiəçisi uzun müddət oynaya bilməyəcək 16:31 Bu ərazilərdə işıq olmayacaq 16:29 Türkiyə millisinin ulduzu “Fənərbağça”nın radarında 16:11 Bəzi yerlərdə küləkli hava müşahidə edilir - FAKTİKİ HAVA 16:03 Ev telefonları artıq işləməyəcək - Xidmət dayandırıldı 15:55 İraqlı nazir Ərdoğanla görüşdə imza böhranı yaratmışdı - Arxasından İran kəşfiyyatı çıxdı 15:54 İtaliya ABŞ rekordunun qarşısını ala bilmədi 15:41 Rusiyada parçalanma başladı: İqtidar içindən sökülür 15:35 “Uilyams” Sayns insidenti ilə bağlı diqqətçəkən açıqlama verdi 15:30 Ukraynada azərbaycanlıların olduğu gəmiyə DRON HÜCUMU EDİLDİ 15:24 Böyük əfv gündəmdə: Rəşad Dağlının adı siyahıdadır 15:20 “Real”ın ulduzu klubdan rekord bonus istəyir 15:17 “Arsenal” Kenan Yıldız üçün İtaliyaya nümayəndə göndərdi 15:13 İlham Əliyev Qırğızıstana səfər edəcək 15:11 SEPAH: 3 ədəd F-35 qırıcısı vurduq - İDDİA 15:00 Çinin İrana 400 raket verəcəyi xəbəri ölkəni silkələdi 15:00 Azərbaycanın Pakistandakı səfiri diplomatik missiyasını başa çatdırır 14:56 Bütün Xəbərlər