Bakının "qara günlü" yolları - Asfalt niyə çökür?

Bakının "qara günlü" yolları - Asfalt niyə çökür?
08.06.2026 15:05 Cəmiyyət

Son illərdə ölkənin müxtəlif bölgələrində yolların çökməsi və sürüşməsi halları artıq adi hala çevrilib. 8 iyunda da Bakı şəhəri, 28 May metro stansiyası ərazisində yolun bir hissəsində çökmə qeydə alınıb. Bu vəziyyət yalnız sürücülərin həyatını təhlükəyə atmır, həm də nəqliyyat sıxlığına səbəb olur.

Bəs belə hadisələrə səbəb nədir? 

Mövzu ilə bağlı TodayPress TV-yə danışan memar Cahid Həsənov deyib ki, yolların müxtəlif hissələrində müşahidə olunan çökmələrin iki əsas səbəbi ola bilər. 


Onun sözlərinə görə, ilk səbəb yeraltı bərkidici işlərin lazımi səviyyədə aparılmamasıdır.

"Əgər möhkəmləndirmə işləri düzgün görülmədən üzərinə asfalt örtüyü çəkilərsə, müəyyən müddətdən sonra isti hava, yağış, rütubət və ağırtonnajlı nəqliyyat vasitələrinin təsiri altında həmin hissələrdə çökmələr meydana gələ bilər".

Memar bildirib ki, digər mühüm amil köhnəlmiş kanalizasiya və suötürücü sistemlərlə bağlıdır.

"Böyük şəhərlərdə 50-70 il əvvəl çəkilmiş kommunikasiya xətləri zamanla sıradan çıxa və öz funksiyasını tam yerinə yetirməyə bilər. Biz yağışdan sonra suyun xüsusi texnikalar vasitəsilə qısa müddətdə çəkildiyini görürük. Lakin görünməyən tərəf ondan ibarətdir ki, su yerin alt qatlarına sızaraq torpağın strukturunu zəiflədir və bunun nəticəsi bir neçə həftə və ya ay sonra çökmə şəklində özünü göstərə bilər".

Onun sözlərinə görə, asfaltaltı qatlarda bərkidici işlərin keyfiyyətsiz aparılması və ya suötürücü sistemlərin kifayət qədər effektiv olmaması suyun yerin alt qatlarına nüfuz etməsinə səbəb olur.

"Bu su torpaq qatlarını yuyaraq onların dayanıqlığını azaldır. Nəticədə torpaq öz möhkəmliyini itirir və çökmə baş verir. Problemlərin kökündə əsasən iki amil dayanır. Birincisi, asfaltaltı qatlarda aparılan möhkəmləndirmə işlərinin standartlara uyğun olmamasıdır. İkincisi isə su sızmalarıdır. Məsələn, hər hansı su xəttində və ya drenaj sistemində sızma olduqda su uzun müddət ərzində yeraltı qatları yuyur. Bir neçə ay sonra isə bunun nəticəsi olaraq həmin ərazidə çökmə müşahidə edilir", - deyə Cahid Həsənov fikrini tamamlayıb.

Türkan İsgəndərli

TodayPress TV

NEWS FEED
16 JUNE 2026
Kimlər Paşinyanın nişangahındadır? - Konstitusiya dəyişikliyi planı açıqlandı 10:36 "Sabah" Patrik Orfe Mbinanın transfer hüquqlarına yiyələndi 10:30 Miopiya nə üçün yaranır? Görmə qüsurunun əlamətləri və korreksiya yolları 10:20 "Sabah"ın UEFA-da rəqibi bu gün bəlli olacaq 10:15 Əl və ayaq dərisində quruluq: Əsas səbəblər və effektiv nəmləndirmə üsulları 10:15 Azərbaycanda media sahəsində vahid qurum yaradılacaq 10:08 Sürücülərin nəzərinə! İcbari sığorta haqları artıq yeni qaydalarla hesablanacaq 10:06 Bəzi rayonlara intensiv yağış yağır - FAKTİKİ HAVA 10:01 "Coca-Cola" içməyin orqanizmə mümkün müsbət və mənfi təsirləri 09:52 "Qarabağ"ın Avropa Liqada rəqibi bəlli olur 09:53 Rusiyanın "can damarı" alova büründü 09:42 Lansodens nə zaman istifadə olunur? - Təyinatı, təsiri və qəbul qaydaları 09:35 Sarkoidoz haqqında bilməli olduqlarınız: Diaqnozdan müalicəyə qədər 09:28 Neft ucuzlaşmağa davam edir 09:27 Moskva hədəfdə: Ukrayna dronları paytaxta hücum etdi - VİDEO 09:03 DÇ-2026: İran - Yeni Zelandiya matçında bərabərlik 08:45 ABŞ-də faciə: Strateji bombardmançı qəzaya uğradı, 8 nəfər həlak oldu - VİDEO 08:40 Tramp inkar etdi: “ABŞ İrana 300 milyon dollar verməyəcək” 08:29 Rusiyada neft bazasına dron hücumu, güclü yanğın baş verdi - VİDEO 08:22 İrlandiyada ən böyük vikinq yaşayış məskəni aşkarlandı 01:11 ABŞ-nin neft ehtiyatı son 43 ilin ən aşağı səviyyəsinə düşdü 00:54 Hörmüzdə gəmiçilik pulsuz olacaq? - ABŞ lideri bəyan etdi 00:21 Lukaşenko: "Tramp müharibəni tamamilə dayandıra bilər" 00:59 "Turan Tovuz" avrokuboklardan kənarlaşdırıldı - RƏSMİ 01:05 Bubista İspaniyanı necə dayandırdıqlarından danışdı: "Fədakarlıq etdik!" 00:49 All News