Bakı Təhlükəsizlik Forumunun Bəyannaməsi BMT Baş Assambleyası və TŞ-nin sənədi kimi yayımlandı

Bakı Təhlükəsizlik Forumunun Bəyannaməsi BMT Baş Assambleyası və TŞ-nin sənədi kimi yayımlandı
26.11.2025 09:10 Cəmiyyət

Sentyabrın 21-də “Terror aktları və silahlı münaqişələr zamanı humanitar böhranların və qlobal texnogen fəlakətlərin qarşısının alınmasında təhlükəsizlik orqanlarının birgə fəaliyyəti” mövzusunda keçirilmiş III Bakı Təhlükəsizlik Forumunun Bəyannaməsi və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tədbir iştirakçılarına müraciəti BMT Baş Assambleyası və Təhlükəsizlik Şurasının sənədi kimi qeydiyyata alınaraq yayımlanıb.

TodayPress TV xəbər verir ki, bu əlamətdar hal Bakı Təhlükəsizlik Forumunun təhlükəsizlik sahəsində artan əhəmiyyətindən, beynəlxalq institusional-hüquqi perspektivindən xəbər verir.

Forumun builki plenar iclası Bakı Təhlükəsizlik Forumunun Əsasnaməsinin və Bəyannaməsinin qəbul edilməsi, həmçinin ümumi razılıq əsasında dünyada ilk dəfə xüsusi xidmət və təhlükəsizlik orqanları arasında 24/7 rejimli Antiterror İnformasiya Mübadiləsi Sisteminin yaradılmasının qərara alınması ilə yadda qalıb.

Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin təşkilatçılığı, 90-a yaxın xarici xüsusi xidmət orqanının rəhbərlərinin və yüksək səviyyəli nümayəndələrinin iştirakı ilə keçirilmiş tədbirin iştirakçılarına Prezident İlham Əliyevin ünvanladığı müraciətdə bildirilir ki, Forum qlobal və regional təhdid və risklərin müəyyənləşdirilməsi, onların neytrallaşdırılması yollarının araşdırılması baxımından unikal formata malik beynəlxalq tədbirdir. Dünyanın bütün qitələrindən müxtəlif ölkələri təmsil edən xüsusi xidmət orqanı rəhbərlərinin və təhlükəsizlik məsələləri üzrə ekspertlərin ümumi təhdidlərlə mübarizə məqsədilə hər il Bakıda toplaşması ənənəsinin yaranması Forumun timsalında Bakının qarşılıqlı etimad və əməkdaşlıq məkanı olmasının bariz nümunəsidir.

Forumun Bəyannaməsində iştirakçı dövlətlər beynəlxalq hüququn təməl prinsiplərinə sadiqliklərini bildirərək, xüsusi xidmət və təhlükəsizlik orqanları tərəfindən transmilli mütəşəkkil cinayətkarlıq, beynəlxalq terrorçuluq və qlobal təhlükəsizliyə təhdid sayılan digər hallarla mübarizədə səylərin birləşdirilməsinin, qarşılıqlı əməkdaşlığın daha da genişləndirilməsinin, təcrübə və məlumat mübadilələrinin fasiləsiz, aktiv və operativ şəkildə aparılmasının və beynəlxalq təhlükəsizliyin etibarlı təmin olunması üçün davamlı olaraq birgə qətiyyətli addımların atılmasının vacibliyini bəyan ediblər.

Qeyd edək ki, Forumda həmçinin BMT-nin təhlükəsizlik sahəsində aidiyyəti strukturları təmsil olunmuş, Forumun Bəyannaməsinin və Azərbaycan Respublikası Prezidentinin müraciətinin BMT Baş Assambleyası və Təhlükəsizlik Şurasının sənədi kimi qeydiyyata alınaraq yayımlanması Azərbaycan Respublikasının BMT yanında daimi nümayəndəsinin müraciəti əsasında olub.

TodayPress TV

NEWS FEED
31 JULY 2026
Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Zelenski ABŞ-yə “Patriot” məsələsini unutmağa qoymadı 20:00 İspaniya ölkəyə qanunsuz “soxulan” miqrantların yarısını “qovdu” 19:47 Prezidentin Qırğızıstana səfəri başa çatdı 19:37 Bəraət istəyən separatçılar cavab gözləyir - Məhkəmə qərarını hazırlayır 19:34 Paşinyan hökuməti “dağılır” - Bakı ilə sülh prosesini aparan komanda dəyişəcək? 19:19 Sərxoş sükan arxasına keçdi, narkotik istifadə etdi - Amma deportasiya olunmadı, çünki… 19:08 Sahibə Qafarovadan Cənubi Afrikaya niyə getdi? - Vacib səfər 19:02 Müxalifətçi oliqarxın zavodu dövlət nəzarətinə keçdi 18:51 Kommunal xidmətlər kəskin bahalaşacaq - Müharibənin növbəti nəticəsi 18:35 Azərbaycanlı məşhur blogger həbs olunacaq? - SƏBƏB 18:25 Gülxanım Şirinova bürünc medal qazana bilmədi 18:14 Trampın Qəzza ilə bağlı yeni planı İsrail və HƏMAS-a “sərf etməyəcək” 18:08 Məsafə əsaslı avtomobil nəqliyyatı xidmətinə görə subsidiyanın ödənilməsi qaydası təsdiq edilib 17:55 Birinci xanım Mehriban Əliyeva Çolpon-Atada "Altın-Balalık" sağlamlıq və reabilitasiya mərkəzi ilə tanış olub 17:52 "Bank BTB"nin lisenziyası ləğv edilib, "T-Kredit" BOKT-a lisenziya verilib 17:48 Polşa Rusiyadan hesabat tələb etdi 17:44 Əhalinin Siyahıyaalınmasına Yardım üzrə Mərkəzi Komissiya yaradılacaq 17:20 All News