Bakı metrosunda 10 yeni stansiya: Sərnişinlərə ŞAD XƏBƏR

Bakı metrosunda 10 yeni stansiya: Sərnişinlərə ŞAD XƏBƏR
05.08.2026 18:19 Cəmiyyət

Bakı metrosunun sərnişin daşıma potensialı əlavə olaraq 88 milyon nəfər artırılacaq.

TodayPress TV xəbər verir ki, bunu "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

Onun sözlərinə görə, yaxın 5 il ərzində paytaxtın ictimai nəqliyyat sahəsində, həmçinin şəhərin dayanıqlılığı və mobillik baxımından ciddi dəyişikliklər baş verəcək: "Təsdiq olunmuş dövlət proqramına müvafiq olaraq bu prosesdə Bakı Metropoliteni də əhəmiyyətli rol oynayacaq. İlk olaraq bildirmək istəyirəm ki, qarşıdakı dövrdə Bakı Metropolitenini intensiv inkişaf mərhələsi gözləyir. 10 yeni stansiyanın tikilməsi ilə bağlı metropolitendə müxtəlif istiqamətlər üzrə işlərə artıq start verilib.

Ayrıca vurğulamaq istərdim ki, bu 10 yeni stansiya paytaxtın ictimai nəqliyyat infrastrukturunu və bütövlükdə sosial mühitini köklü surətdə dəyişdirəcək".

B. Məmmədov bildirib ki, bu layihə sərnişin axınlarının daha effektiv paylanmasına, şəhərdəki nəqliyyat sıxlığının azaldılmasına və digər problemlərin müsbət yöndə aradan qaldırılmasına töhfə verəcək: "10 yeni stansiyanın fəaliyyətə başlaması Bakı Metropoliteninin daşıma imkanlarını da genişləndirəcək. Müqayisə üçün qeyd edim ki, 2025-ci ildə Bakı Metropolitenindən 230 milyon sərnişin yararlanıb. Dövlət proqramı tam həyata keçirildikdən sonra isə metropoliten əlavə 88 milyon sərnişin daşımaq gücünə sahib olacaq".

PHOTOS

Bakı metrosunda 10 yeni stansiya: Sərnişinlərə ŞAD XƏBƏR — 1
NEWS FEED
05 AUGUST 2026
“Orhus” - “Sabah” oyununun vaxtı dəyişdirildi 20:31 ABŞ “dənizin altına” sərmayə qoydu: 76,6 milyard dollar 20:24 Kanala girən 14 yaşlı oğlandan xəbər yoxdur - Fövqəladə Hallar hərəkətə keçdi 20:10 Türkiyə mediası Hacıyevin fikirlərini təhrif etdi - FOTO 19:56 Gürcüstanda universitetlər pulsuz olacaq, amma bir şərtlə! 19:51 İran və Oman Hörmüzü “qorumağa” hazırlaşır: ABŞ də siyahıdadır 19:31 Azərbaycan Mərakeşdə xüsusi status qazandı - “Fəxri ölkə” 19:23 Ben-Qvir vəzifəsini itirəcək? Netanyahu açıqlama verdi 19:17 Metrodan istifadə edən sərnişinlərə ŞAD XƏBƏR! 19:05 Moldovada kritik vəziyyət: Ölkə su ehtiyatlarını işə saldı 18:52 Borcu vardı, amma möhlət də verilmişdi: İranda neft şirkətinin hesabları niyə bağlandı? 18:37 ABŞ geri addım atdı: Sanksiyalar yığışdırıldı 18:22 Bakı metrosunda 10 yeni stansiya: Sərnişinlərə ŞAD XƏBƏR 18:18 Sürücülərin DİQQƏTİNƏ! Bu yollarda tıxac var - SİYAHI 18:11 Uzun fasilə bitdi: Mudrik yenidən yaşıl meydanda! 17:43 Maks Ferstappen komanda rəhbərinə heyranlığını gizlətmədi 17:21 Müharibənin taleyini dəyişdirəcək qərar - Tramp Zelenskini çıxılmaz vəziyyətdə qoydu 17:24 Şirvan kanalı bərpa edildi 17:11 Ermənistana Azərbaycandan tranzit keçməklə buğda göndəriləcək 17:03 “Uilyams” çıxış yolunu gələcək mövsümdə axtarır 16:45 İstidə təkcə bədən yox, dişlər də susuz qalır 16:33 Nigar Fərhadın əri həbs edildi 16:26 Yaş artdıqca niyə qida zövqümüz dəyişir? 16:21 Kobaxidze Abxaziya ilə bağlı təşəkkür etdi 16:12 “Hall Siti”dən səs-küylü transfer: “Olimpiakos”un qapıçısı İngiltərəyə yollandı 16:11 All News