Azərbaycanda yeni amnistiya gözlənilir: Kimlərə şamil edilə bilər?

Azərbaycanda yeni amnistiya gözlənilir: Kimlərə şamil edilə bilər?
15.12.2025 17:34 Cəmiyyət

Azərbaycan Prezidenti İlham Əliyev amnistiya elan edilməsi təşəbbüsünü irəli sürüb.

Bəs amnistiya aktı kimlərə şamil ediləcək?

Məsələ ilə bağlı TodayPress TV-yə açıqlama verən Konstitusiya Araşdırmalar Fondunun rəhbəri Əliməmməd Nuriyev bu təşəbbüsü yüksək qiymətləndirərək onun humanist mahiyyət daşıdığını bildirib.


Onun sözlərinə görə, Prezidentimizin amnistiya aktı ilə bağlı təşəbbüsünü alqışlayıram. Bu, çox humanist bir addımdır. Cənab Prezidentin siyasətinin mərkəzində Azərbaycan vətəndaşı dayanır və humanizm, mərhəmət onun fəaliyyətinin əsas prinsiplərindəndir.

Rəhbər əlavə edib ki, amnistiya və əfv anlayışları tez-tez qarışdırılır:

“Amnistiya ilə əfv anlayışlarını dəqiq ayırmaq lazımdır. Amnistiya Milli Məclis tərəfindən qəbul edilən normativ aktdır və geniş şəxslər dairəsinə, kütləvi xarakterdə tətbiq olunur. Əfv isə Prezidentin fərdi aktıdır və konkret şəxslərə münasibətdə həyata keçirilir. Hazırda söhbət məhz amnistiya təşəbbüsündən gedir".

Əliməmməd Nuriyev əlavə edib ki, amnistiya aktı qəbul edilərsə, bir sıra sosial həssas qruplar bu aktdan yararlana bilər:

"Vətən müharibəsində və 2023-cü ilin 19-20 sentyabr tarixlərində keçirilmiş antiterror əməliyyatlarında iştirak etmiş şəxslər, həmin əməliyyatlarda həlak olmuş və ya itkin düşmüş şəxslərin yaxın qohumları, Ermənistanın hərbi təxribatları nəticəsində zərər çəkmiş və mülki əhaliyə qarşı hərbi təxribatlar zamanı əlil olmuş şəxslər amnistiya aktına daxil edilə bilən kateqoriyalar sırasındadır. Qadınlar, 60 yaşına çatmış və ya 60 yaşdan yuxarı şəxslər, yetkinlik yaşına çatmayanlar və digər sosial baxımdan həssas kateqoriyalar bir qayda olaraq amnistiya aktına daxil edilir".

O qeyd edib ki, adətən böyük ictimai təhlükə törətməyən cinayətlərə görə məhkum edilmiş və ya cinayət məsuliyyətinə cəlb olunmuş şəxslərin, eləcə də az ağır cinayətlər törətmiş şəxslərin amnistiya aktına düşmə ehtimalı yüksəkdir. Bu kateqoriyaya aid şəxslər tam azad edilə, cəzalarının çəkilməmiş hissəsi azaldıla və ya cinayət məsuliyyətindən azad oluna bilərlər.

Hüquqşünas vurğulayıb ki, beynəlxalq və milli hüquqi praktikaya əsasən, ağır və xüsusilə ağır cinayətlərə görə məhkum olunmuş şəxslər adətən amnistiyaya şamil edilmir:

"Terrorçuluq, dövlətə xəyanət, qəsdən adam öldürmə, təkrar ağır zorakılıq cinayətləri kimi əməllər adətən amnistiya aktına daxil edilmir. Bu məsələlər amnistiya aktının yekun mətnində konkret şəkildə göstəriləcək. Bu amnistiya Azərbaycanın ərazi bütövlüyünün bərpasından sonra Konstitusiyanın bütün ərazidə tətbiqi kontekstində qəbul ediləcək. 2021-ci ildə qəbul edilən Zəfər amnistiyası 17 min 200-dən çox şəxsə şamil edilmişdi. Hesab edirəm ki, yeni amnistiya aktı 20 mindən çox şəxsə şamil oluna bilər. Təxminən 5 minə yaxın məhkum azadlıqdan məhrumetmə cəzasından azad edilə, minlərlə şəxsin cəzası isə azaldıla və ya dəyişdirilə bilər. Bu, Azərbaycanın ən geniş amnistiya aktlarından biri ola bilər".

Sonda Əliməmməd Nuriyev bu təşəbbüsün hüquqi dövlətçilik, humanizm, mərhəmət və postmüharibə sosial inteqrasiya prinsipləri baxımından xüsusi əhəmiyyət daşıdığını vurğulayıb.

Türkan İsgəndərli

TodayPress TV

NEWS FEED
01 AUGUST 2026
Dünya çempionatı: İbrahim Həsənov finala yüksəldi - YENİLƏNDİ 2 15:10 Azərbaycan avarçəkənləri İtaliyada Avropa ikincisi oldular 17:25 Rezai: Hücum olarsa, regionu daş dövrünə qaytaracağıq 17:09 Arvadını qətlə yetirən şəxsə hökm oxundu 16:54 Yaponiya yeni mərkəzləşdirilmiş xüsusi xidmət orqanı yaratdı 16:22 Ukrayna Fransaya yardım göndərdi 16:00 Azərbaycan manatının dövretmə sürəti iyunda artdı 15:42 Ukrayna Qara dənizdə "Rosatom"un konteyner gəmisini batırdı 15:26 Aİ səfiri dilimizi öyrənir - VİDEO 14:52 Prezident Nəriman Həsənzadənin vəfatı ilə bağlı nekroloq imzaladı 14:29 Kriptobirjada son durum: "Bitcoin" 2%-dən çox... 14:16 Mehriban Əliyeva Xalq şairi Nəriman Həsənzadənin vəfatı ilə bağlı paylaşım etdi 14:00 İran PUA-ları Küveytdə hökumət obyektinə hücum etdi 13:44 Qızıl və gümüş ucuzlaşmaqda davam edir 13:28 "Neftçi" Tokio mərhələsinə ABŞ üzərində qələbə ilə start verdi 13:10 Bazar gününə olan hava proqnozu açıqlandı 12:58 "Real" Yan Diomandenin transferi ilə bağlı razılıq əldə edə bilmədi 12:41 Ötən gün bəzi ərazilərə yağış yağdı, külək əsdi 12:24 Bu ölkələrin vətəndaşlarına Azərbaycana vizasız gəliş icazəsi verildi 12:18 Xalq şairi Nəriman Həsənzadə sabah I Fəxri xiyabanda dəfn ediləcək 12:09 CAR millisinin baş məşqçisi Hüqo Bros karyerasını başa vurdu 12:05 Bayramın qardaşı analarını öldürdü 11:53 9 ildir ki, Bakıda, ata evimdə yaşayıram - Sevil Əliyeva 11:41 1350 kilometr uzaqlıqda strateji zərbə: Rusiyanın neft zavodu Ukrayna PUA-larının hədəfi oldu - VİDEO 11:36 MİQ üzrə nəticələr açıqlandı 11:15 All News