Azərbaycanda sərin hava, Avropada isə rekord istilər - Ekoloq açıqladı: "Qitə nəhəng istixanaya çevrilib"

Azərbaycanda sərin hava, Avropada isə rekord istilər - Ekoloq açıqladı: "Qitə nəhəng istixanaya çevrilib"
01.07.2026 12:34 Cəmiyyət

Son günlər Avropada müşahidə olunan rekord istilər və bunun fonunda yayılan görüntülər dünya gündəmini zəbt edib. Sosial şəbəkələrdə işıqforların əriməsi, asfalt örtüyünün deformasiyaya uğraması və insanların istidən əziyyət çəkməsini əks etdirən videolar geniş müzakirə olunur. Onların əksinə isə Azərbaycanda hava şəraiti yay mövsümünə xas olmayan sərin, küləkli və yağıntılı keçir.

Mövzu ilə bağlı ekoloq Cavid Hüseynov TodayPress TV-yə bildirib ki, ilk baxışdan paradoksal görünən bu vəziyyət əslində qlobal atmosfer proseslərinin bir-biri ilə əlaqəli nəticəsidir.


Onun sözlərinə görə, son həftələrdə yaranmış hava şəraiti təsadüfi deyil:

"Hazırda qlobal hava mənzərəsində coğrafi baxımdan kəskin təzad müşahidə olunur. Bir tərəfdən Avropa tarixinin ən güclü anomal istilərindən biri ilə üz-üzə qalıb, digər tərəfdən isə Azərbaycan və ümumilikdə Cənubi Qafqaz regionunda yay mövsümünə uyğun olmayan sərin, rütubətli və yağıntılı hava hökm sürür. İlk baxışda bu, təsadüfi görünə bilər. Halbuki bu proseslər qlobal atmosfer dövranında baş verən ciddi zəncirvari dəyişikliklərin nəticəsidir".

Ekoloq qeyd edib ki, Avropa hazırda "İstilik günbəzi" (Heat Dome) adlanan güclü meteoroloji hadisənin təsiri altındadır:

"Avropa qitəsinin üzərində güclü yüksək təzyiq sistemi formalaşıb. Atmosferdə yaranan və formasına görə "Omeqa bloklaması" adlandırılan Rossbi dalğası isti havanı qitənin üzərində kilidləyib saxlayır. Bunun nəticəsində Şimali Afrikadan, xüsusilə Sahara səhrasından gələn çox isti hava kütlələri fasiləsiz şəkildə Avropaya daşınır və qitə sanki nəhəng bir istixanaya çevrilir. Məhz bu səbəbdən bəzi Avropa ölkələrində yolların deformasiyaya uğraması, infrastrukturun zədələnməsi və istilə bağlı fövqəladə vəziyyətlərin yaranması müşahidə olunur. Eyni atmosfer prosesi Azərbaycanın daha sərin hava şəraiti yaşamasına da səbəb olub. Atmosferdə barik sistemlərin yerləşmə qanunauyğunluğuna görə, bir bölgədə güclü yüksək təzyiq sahəsi formalaşanda onun qonşuluğunda alçaq təzyiq sahəsi yaranır. Avropa üzərindəki yüksək təzyiq sistemi Arktikadan gələn soyuq və rütubətli hava kütlələrini şərq istiqamətinə, Cənubi Qafqaza və Xəzər hövzəsinə doğru yönəldib. Nəticədə Azərbaycan şimal və dəniz mənşəli sərin hava axınlarının təsiri altına düşüb. Bu isə ölkəmizdə havanın qeyri-sabit keçməsi, leysan yağışları, güclü küləklər və yay istilərinin gecikməsi ilə nəticələnib".

Ekspert vurğulayıb ki, bu hadisələrin arxasında duran əsas amillərdən biri qlobal iqlim dəyişikliyidir:

"Qlobal istiləşmə atmosferdəki daimi külək sistemlərinin – reaktiv axınların (jet stream) hərəkətini dəyişdirib. Arktikanın sürətlə istiləşməsi nəticəsində bu axınlar əvvəlki kimi düz istiqamətdə deyil, daha dərin və yavaş hərəkət edən ilanvari dalğalar şəklində hərəkət edir. Bu dalğaların şimal hissəsində yerləşən ölkələr uzunmüddətli və ekstremal istilərlə qarşılaşdığı halda, cənub hissəsində yerləşən regionlarda sərin və yağıntılı hava üstünlük təşkil edir. Hazırda Avropa və Cənubi Qafqaz arasında müşahidə olunan fərq də məhz bunun nəticəsidir".

Cavid Hüseynov bu vəziyyətin qlobal iqlim dəyişikliyinin mahiyyətini aydın şəkildə göstərdiyini bildirib.

"Qlobal iqlim dəyişikliyi o demək deyil ki, dünyanın hər yerində temperatur eyni vaxtda və eyni səviyyədə yüksələcək. Əksinə, atmosfer sirkulyasiyasının pozulması müxtəlif regionlarda tam fərqli və hətta ziddiyyətli hava hadisələri yaradır. Bir bölgədə rekord istilər müşahidə olunarkən, başqa bir ərazidə uzunmüddətli sərin və yağıntılı hava hökm sürə bilər".

Ekspert əlavə edib ki, Dünya Meteorologiya Təşkilatının (WMO) hesabatlarına əsasən Avropa hazırda dünyanın ən sürətlə istiləşən qitəsi hesab olunur. Bununla belə, Azərbaycanın coğrafi mövqeyi, mürəkkəb relyefi, Xəzər dənizinin təsiri və yerli iqlim xüsusiyyətləri səbəbindən Avropada baş verən hər ekstremal hava hadisəsinin ölkəmizdə eyni vaxtda və eyni formada təkrarlanması gözlənilmir.

Türkan İsgəndərli

TodayPress TV

PHOTOS

Azərbaycanda sərin hava, Avropada isə rekord istilər - Ekoloq açıqladı: "Qitə nəhəng istixanaya çevrilib" — 1
NEWS FEED
16 AUGUST 2026
Rusiya və Suriya arasında birbaşa uçuşlar bərpa edilir 01:45 Kolumbiyada zəlzələ nəticəsində ölənlərin sayı 290-ı KEÇDİ! 01:35 19 yaşlı üzgüçü dünya rekordunu yenilədi! 00:54 "Hizbullah"dan Livana XƏBƏRDARLIQ: İsraillə danışıqları dayandırın! 01:04 Fransa yanır, Makron istirahət edir: Prezidentə qarşı etirazlar artdı! 00:47 Türkiyədə yenə PUA TAPILDI! – Bir sutkada üçüncü hadisə 01:14 Yaponiyada 5,4 maqnitudalı zəlzələ baş verdi 01:08 "İranın hava məkanına yaxın ərazidə dövrə vururlar" – Fars körfəzindəki son vəziyyət AÇIQLANDI 00:43 Mərakeş polisi Seutada yüzlərlə miqranta qarşı güc tətbiq edir 00:24 Qətər İranlı pilotların saxlanılması barədə iddiaları RƏDD ETDİ 23:56 Tramp administrasiyası "Apple"ın Çin yaddaşından istifadəsinə qarşı çıxdı 23:41 Husilərin hücumundan sonra Yəmən ordusu hərəkətə keçdi - VİDEO 23:23 Sərnişinlərin NƏZƏRİNƏ!: Bakıda bəzi marşrutların dayanacaqları dəyişdirildi 23:12 Rusiya bir gündə 180 Ukrayna PUA-sını vurdu 22:59 Premyer Liqa: "Sabah" "Kəpəz"i məğlub etdi 22:51 ABŞ Azərbaycana tətbiq edilən 907-ci düzəlişlə bağlı qərarını uzadır? 22:37 Türkiyədən Livana 15,6 tonluq tibbi yardım 22:26 Zelenskinin "Patriot" çağırışları çarəsizlik əlaməti kimi qiymətləndirildi 22:18 Trampın İran siyasəti Körfəzi ayağa qaldırdı: ABŞ müttəfiqləri narazıdır! 22:05 İran ABŞ-ni Dostoyevski ilə “vurdu” 21:48 Taliban ABŞ-yə ilk addımı atdı: “Kabula qayıdın” 21:33 Azərbaycandan İndoneziyaya başsağlığı: “Yanınızdayıq!” 21:13 Ərdoğan Trampın F-35 sözünü tutmasını gözləyir 21:03 Dəhşətli hücum dalğası: Dnepropetrovskda 17 nəfər yaralandı 20:53 Əncir dərmək istəyirdi, həyatı faciəvi şəkildə sona çatdı 20:37 All News