Azərbaycan iqlim böhranına hazırdır?

Azərbaycan iqlim böhranına hazırdır?
18.05.2026 17:31 Cəmiyyət

Bu günlərdə Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumu (WUF13) ölkəmizin şəhər inkişafı sahəsində atdığı addımları bir daha ön plana çıxarır. Forumun mövzusu da məhz düzgün şəhərsalma, mənzil böhranını həll etməkdir. 

Nəzərə alsaq ki, iqlimdə ciddi dəyişiklik gedir, risklər qarşısında vəziyyətimiz nə yerdədir?

Ölkədə urbanizasiya səviyyəsi artıb, xüsusilə Bakıda əhali sıxlığı yüksəkdir. Sovet dövründən qalan balanslı şəhərləşmədən sonra müstəqillik illərində paytaxta axın güclənib. İndi şəhər əhalisinin payı 50 faizdən çoxdur. Bu proses özündə yeni problemlər yaradır - infrastruktur yükü, yaşayış sahələrinin genişlənməsi, yaşıllıqların azalması.

İqlim dəyişikliyi isə bunları daha da ağırlaşdırır. Son onilliklərdə orta temperatur 1,3 dərəcəyə qədər artıb, quraqlıq halları çoxalıb, yağıntı rejimi dəyişib. Xəzər dənizi səviyyəsinin enməsi, sel və daşqın risklərinin artması şəhər planlaşdırmasını birbaşa təsir edir.

Son illərdə leysan yağışlar nəticəsində Bakı və digər şəhərlərdə su basması halları tez-tez olur. Kanalizasiya sistemləri bəzən yükə tab gətirmir. Qurumların məlumatına görə, bu istiqamətdə işlər aparılır, drenaj sistemlərinin yenilənməsi, yeni yaşıl zonaların salınması, “ağıllı şəhər” layihələri kimi işlər görülür. Forumda da bu mövzular müzakirə olunur, şəhərləri iqlimə uyğunlaşdırmaq üçün təbiətə əsaslanan həllər önə çəkilir.

Həmçinin WUF13-də dayanıqlı şəhərlər mövzusu təbii fəlakətlərə hazırlığı əhatə edir. Azərbaycan seysmik aktiv zonada yerləşir. Bakı da daxil olmaqla bir çox ərazilərimiz risk altındadır. Son illərdə Türkiyədəki zəlzələlərdən sonra ictimaiyyətdə narahatlıq artıb. Ekspertlərin sözlərinə görə, yeni tikililərdə standartlar sərtləşdirilib, amma köhnə fond hələ də problemdir. 

Ümumi baxdıqda, ölkəmiz iqlim dəyişikliyinə qarşı mübarizədə fəal mövqe tutur. Paris Sazişi, COP29 təcrübəsi, yaşıl enerji layihələri (külək və günəş stansiyaları), azad olunmuş ərazilərdə “ağıllı kənd və şəhər” konsepsiyası buna nümunədir. 

Qeyd edək ki, Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) mayın 17-də Bakıda başlayıb və mayın 22-də başa çatacaq.

Türkan İsgəndərli

NEWS FEED
15 JUNE 2026
İslamabad razılaşmasının detalları açıqlandı 19:43 ABŞ qalib gəlmədi, İran məğlub olmadı: Əsl qalib kimdir? 19:39 Aİ Rusiyanın sanksiyalarına qarşı Ermənistana dəstək planı hazırlayır 19:10 Ukrayna dronlarına ağır zərbə riski: Rusiya ordusu "Starlink"ə qarşı yeni üsul öyrəndi 19:04 Oman ABŞ-İran tarixi sülh razılaşmasını rəsmən alqışladı 18:46 İsrailin sabiq baş naziri: "Netanyahu müharibəni uduzdu" 18:39 Pezeşkian elan etdi: ABŞ və İran arasında müharibə bu tarixdə bitir 18:33 "Sanksiyalar ləğv edilməyəcək!" - Fon der Lyayen İrana şərt qoydu 18:19 Azərbaycan boksçuları Dünya Kubokuna qələbə ilə başladı 18:09 Surət Hüseynov Gəncədən hücum edərkən Bakıya qədər heç bir rayonun icra başçısı qabağına çıxa bilmədi - Qurtuluş gününün şifrələri 17:53 Axtarışda olan 83 nəfər tutuldu 17:44 Yollarda görünüş bu məsafəyədək məhdudlaşacaq 17:30 Ərdoğan Azərbaycanı Milli Qurtuluş Günü münasibətilə təbrik etdi 17:16 İtkin düşən 8 nəfər tapıldı 17:11 İran: Hörmüz boğazından keçid üçün rüsum tutulmayacaq 16:59 Müdafiə naziri Pakistan tərəfinə başsağlığı verdi 16:48 Azəriqaz işçilərinin maaşından tutulan pullar Qarabağ turunda “kartof və toyuq qanadı”na getdi? 16:44 Səfir: Azərbaycan Prezidentinin Almaniyaya səfərinə ümid edirik 16:36 Zelenski Putinə görüşməyi təklif etdiyini açıqladı 16:25 İspaniya Kabo Verde ilə, Belçika isə Misirlə qarşılaşacaq 16:12 Almaniya səfiri: Azərbaycanla münasibətlər ardıcıl olaraq inkişaf edir 16:01 Zakir Həsənov Azərbaycan Ordusunun şəxsi heyətini təbrik etdi 15:51 Vuçiç Gürcüstanda rəsmi səfərdədir 15:43 Filippində güclü zəlzələ oldu 15:30 Aİ-dən Rusiyaya bu sanksiyaları tətbiq etdi 15:23 All News