AZAL təyyarəsinin qəzaya uğraması ilə bağlı ekspertizanın nəticələri açıqlanır?

AZAL təyyarəsinin qəzaya uğraması ilə bağlı ekspertizanın nəticələri açıqlanır?
02.07.2025 11:14 Cəmiyyət

2024-cü il dekabrın 25-də “Azərbaycan Hava Yolları” QSC-nin mülki təyyarəsinin Aktau yaxınlığında qəzaya uğramasının səbəbləri ilə bağlı cinayət işi başlanılıb və istintaq tədbirləri intensiv şəkildə davam etdirilir. Hadisə ilə əlaqədar olaraq həm Azərbaycanda, həm də Qazaxıstanda müvafiq hüquq-mühafizə orqanları tərəfindən paralel araşdırmalar aparılır.

TodayPress TV xəbər verir ki, bu sözləri Baş Prokurorluğun İstintaq İdarəsinin rəisi Nemət Əvəzov Azərbaycan Respublikası vətəndaşlarının və azərbaycanəsilli şəxslərin Rusiya Federasiyasında işgəncəyə məruz qalmaları və xüsusi amansızlıqla qəsdən öldürülmələri ilə bağlı Baş Prokurorluqda keçirilən brifinqdə deyib.

O bildirib ki, təyyarə qəzası ilə bağlı indiyədək təxminən 100-ə yaxın ekspertiza təyin edilib və onların əksəriyyəti artıq həyata keçirilib. Son günlərdə ekspertiza qrupunun bir hissəsi Qazaxıstan Respublikasına ezam olunaraq müvafiq qurumlarla birgə geniş və əhatəli müzakirələr aparıb.

Hazırda ekspertiza nəticələrinin toplanması və yekunlaşdırılması prosesi hər iki ölkənin aidiyyəti qurumlarının əməkdaşlığı çərçivəsində davam etdirilir. Gözlənilir ki, yaxın müddət ərzində nəticələr əldə olunacaq və ictimaiyyətə təqdim ediləcək.

XƏBƏR LENTİ
16 IYUN 2026
DÇ-2026: İran - Yeni Zelandiya matçında bərabərlik 08:45 ABŞ-də faciə: Strateji bombardmançı qəzaya uğradı, 8 nəfər həlak oldu - VİDEO 08:40 Tramp inkar etdi: “ABŞ İrana 300 milyon dollar verməyəcək” 08:29 Rusiyada neft bazasına dron hücumu, güclü yanğın baş verdi - VİDEO 08:22 İrlandiyada ən böyük vikinq yaşayış məskəni aşkarlandı 01:11 ABŞ-nin neft ehtiyatı son 43 ilin ən aşağı səviyyəsinə düşdü 00:54 Hörmüzdə gəmiçilik pulsuz olacaq? - ABŞ lideri bəyan etdi 00:21 Lukaşenko: "Tramp müharibəni tamamilə dayandıra bilər" 00:59 "Turan Tovuz" avrokuboklardan kənarlaşdırıldı - RƏSMİ 01:05 Bubista İspaniyanı necə dayandırdıqlarından danışdı: "Fədakarlıq etdik!" 00:49 ABŞ-də bombardmançı təyyarə qəzaya uğradı 00:15 Ərdoğan və Quterreş regional böhranları müzakirə etdilər 23:39 "Patriot" tapılmır, növbə "SAMP/T"dadır – 15 ölkə Avropa sisteminə keçir 23:23 Köhnə Günəşlidə yanğın baş verdi - VİDEO 23:12 DÇ-2026: Belçika-Misir oyunu başa çatdı 23:08 FIFA Tramp üçün protokol qaydalarını pozacaq 22:37 Livan rəsmilərinə təcili zəng: Əraqçi ABŞ ilə memorandumun detallarını açıqladı 22:52 Ankaradan dəstək: Ərdoğan ABŞ-İran sazişini alqışladı 22:31 İspaniya-Kabo Verde matçının ən yaxşısı qapıçısı bəlli oldu 22:40 İran işi bitdi, növbə Ukraynanındır.. - Tramp 22:27 Livanı tərk etməkdən söhbət belə gedə bilməz – İsrailin Baş naziri 22:32 Netanyahu: Qəzzada etdiklərimizi Livanda da edəcəyik 22:24 Pezeşkian: "ABŞ ilə yekun razılaşma hələ formalaşdırılmayıb" 22:12 DÇ-2026: İspaniya millisi Kabo Verde seçməsinə qalib gələ bilmədi 20:09 Yəmən sahillərində tankerə atəş açıldı 21:56 Bütün Xəbərlər