Bu ailələrə məktəbli forması pulsuz ola bilər – Valideynlərə müjdə

Bu ailələrə məktəbli forması pulsuz ola bilər – Valideynlərə müjdə
16.07.2026 10:43 Cəmiyyət

Yeni tədris ilinə hələ iki aydan artıq vaxt qalsa da, valideynlər artıq məktəb alış-verişinin planını qurmağa başlayıblar. Xüsusilə məktəbli formalarının qiymətinin artıb-artmayacağı və bu xərclərin ailə büdcəsinə təsiri ən çox müzakirə olunan məsələlərdəndir. Bəs gələcəkdə məktəbli formalarının şagirdlərə dövlət hesabına, ödənişsiz verilməsi mümkündürmü?

TodayPress TV xəbər verir ki, bu barədə Globalinfo.az-a danışan “AzEdu” Təhsil Platformasının icraçı direktoru Elmin Nuri deyib ki, yeni tədris ili başlamazdan öncə məktəbli formaları gündəmə gəlir:

“Media, sosial şəbəkələr və ictimaiyyət bu mövzunu geniş müzakirə edir. Sonra heç bir əsaslı həll olmadan məsələ yenə əvvəlki vəziyyətində qalır və təhsildəki çoxsaylı problemlər arasında unudulur. Artıq bir neçə ildir eyni mənzərəni müşahidə edirik. Bəs nə etmək lazımdır? Əgər məktəbli formalarının alınması həqiqətən ciddi sosial problemdirsə, dövlət tərəfindən təmin edilməməsi ailələrin büdcəsinə ciddi yük yaradırsa, bu mövzu daha geniş müzakirə edilməli, konkret həll yolları hazırlanmalı və birdəfəlik qərar verilməlidir. Yox, əgər problem hesab olunmursa və biz hər il sentyabrda bu məsələni müzakirə edib sonra unuduruqsa, deməli, eyni söhbəti təkrarlamağın da mənası yoxdur”.

Ekspert hesab edir ki, təhsildə bu qədər mühüm problemlər olduğu halda, məktəbli formaları məsələsinin hər il eyni şəkildə gündəmə gətirilməsi artıq nəticə vermir:

“Amma digər tərəfdən də qəbul etməliyik ki, bu məsələ cəmiyyət tərəfindən müzakirə olunursa, deməli, problemdir. Bəli, bəzi ailələr üçün iki-üç uşağa məktəbli forması almaq çətinlik yaratmaya bilər. Amma elə ailələr də var ki, onlar üçün 35-50 manat belə ciddi məbləğdir. Belə ailələrin sayı isə az deyil. Kiminsə bu məsələyə istehza ilə yanaşması doğru deyil. Ola bilsin ki, bir insan üçün bu məbləğ adi bir xərclə müqayisə olunsun, amma başqa bir ailə üçün həmin pul bir həftəlik dolanışıq deməkdir. Reallıq budur”. E.Nuri düşünür ki, dövlət məktəbli formalarının təmin olunması istiqamətində gələcəkdə addımlar ata bilər:


Elmin Nuri

“Dünyada bunun uğurlu nümunələri var. Təsəvvür edin, Cənubi Koreyada və ya digər inkişaf etmiş ölkələrdə hər yeni tədris ili ərəfəsində məktəbli forması problemi ölkə gündəminə çevrilirmi? Əlbəttə ki, yox. Bir çox ölkələrdə dövlət məktəblərində hər şagird üçün “məktəbli paketi” hazırlanır. Buraya məktəb ləvazimatları, dərs üçün zəruri vasitələr daxildir. Hətta bəzi ölkələrdə hər bir şagirdə planşet belə dövlət tərəfindən təqdim edilir. Etiraf etmək lazımdır ki, Azərbaycanda da təhsilin inkişafı istiqamətində mühüm işlər görülür. Yeni məktəblər tikilir, liseylər və təhsil mərkəzləri yaradılır, rəqəmsal təhsil genişləndirilir. İnanıram ki, vaxt keçdikcə bu istiqamətdə də addımlar atılacaq. Amma bu işdə təkcə dövlətdən gözləmək də doğru deyil. Cəmiyyət olaraq biz də dəstək verməliyik”.

Elmin Nuri deyib ki, imkanlı şəxslər məktəbli formasının təşkilində dəstək göstərə bilərlər:

“Sahibkarlar, şirkətlər, müxtəlif qurumlar sosial məsuliyyət layihələri həyata keçirə bilərlər. Məsələn, “Qardaşlaşmış məktəb” layihəsi yaradıla bilər. Hər bir müəssisə bir məktəblə əməkdaşlıq edər, həmin məktəbdə maddi imkanı zəif olan şagirdlərin məktəbli forması, çantası və digər ləvazimatlarını təmin edər. İnanın, bundan nə dövlət uduzar, nə sahibkar, nə də cəmiyyət. Əksinə, uşaqlar üçün böyük motivasiya yaranar, sosial həmrəylik güclənər və hər yeni dərs ili ərəfəsində eyni problemi müzakirə etmək məcburiyyətində qalmarıq”.

TodayPress TV

XƏBƏR LENTİ
21 IYUL 2026
Erməni güləşçilər Azərbaycana gəlir 19:22 Sürücülərin NƏZƏRİNƏ! Bu yol bağlanacaq 19:10 Paytaxtda yanğın başlayıb - Əraziyə çoxsaylı yanğınsöndürənlər göndərildi 18:56 Lukaşenko pis işləyən məmurları Ukrayna sərhədinə “ezamiyyət”ə yollayacaq 18:51 İlham Əliyev Bakıda baş verdiyi iddia edilən gizli görüşdən danışdı 18:35 Zelenski TƏCİLİ müşavirə keçirdi - Rusiya yeni istiqamətdən hücuma hazırlaşır 18:26 İran Küveytə zərbələr endirir - TƏCİLİ 18:14 Ömürlük cəza alanların apellyasiyası davam edir - Məhkəmədə nələr baş verdi? 18:06 Başçısız qalan icra hakimiyyətləri - SİYAHI 17:46 Azərbaycan və Almaniya minatəmizləmə sahəsində əməkdaşlığın davam etdirilməsini razılaşdırıblar 17:38 Paşinyan nə qədər və hara qədər qaça biləcək? - AÇIQLAMA 17:11 Azərbaycan və Almaniya dövlət qurumları arasında müntəzəm məsləhətləşmələrin aparılması razılaşdırılıb 17:35 Kəndimizdə məhsul yerlə birdir, meyvə qurusunu isə xaricdən daşıyırıq... 17:10 İlham Əliyev: Almaniya ilə imzalanmış sənədlərin ən qısa zamanda icrası üçün işçi qrupları yaradılacaq 17:33 Azərbaycan və Almaniya davamlı su ehtiyatlarının idarə olunması üzrə əməkdaşlığı artıracaq 17:31 Azərbaycan və Almaniya arasında strateji tərəfdaşlıq üzrə Birgə Bəyannamə imzalandı 17:26 İlham Əliyev: Azərbaycandan təchiz edilən benzin və dizel Ermənistanın enerji təhlükəsizliyinə töhfədir 17:27 Sabah çimərlikdə hava necə olacaq? 17:13 İranda qadınlara motosiklet sürməyə icazə verildi 17:03 Gədəbəy Almaniyanı Azərbaycanla necə birləşdirir? 16:48 Azərbaycanla Almaniya arasında Birgə Bəyannamə imzalandı - YENİLƏNDİ 15:49 Ermənipərəst Fransa kontekstində dost Almaniya necə görünür? 16:42 Prezident və Fridrix Merts mətbuata bəyanatlarla çıxış etdilər - YENİLƏNDİ 15:55 Hikmət Hacıyev Tural Sadıqlını biabır etdi : Vətənə xəyanət edən insanlara yazığım gəlir - VİDEO 16:31 Türkiyə S-400-ü Azərbaycana sata bilər? - General 16:23 Bütün Xəbərlər