AZAL 34 YAŞINI qeyd edir

AZAL 34 YAŞINI qeyd edir
07.04.2026 11:10 Cəmiyyət

"Azərbaycan Hava Yolları"nın (AZAL) yaranmasının 34-cü ildönümüdür.

Bu barədə TodayPress TV-yə səhmdar cəmiyyətindən bildirilib.

Məlumata əsasən, 1992-ci il aprelin 7-də təsis edilmiş AZAL sərnişinlərinə təhlükəsiz və fasiləsiz uçuşlar təqdim etməyi əsas prioritet kimi müəyyən edib. Bu əlamətdar tarix Azərbaycanın dünyanın müxtəlif ölkələri ilə hava əlaqələrinin genişləndirilməsi istiqamətində atılmış ən mühüm addımlardan birini təmsil edir.

"Yerli uçuşlar həyata keçirən milli aviadaşıyıcı kimi fəaliyyətinə başlayan AZAL 34 il ərzində Azərbaycanda mülki aviasiyanın inkişafında əvəzolunmaz bir rol oynamış və regionun aparıcı aviaşirkətlərindən birinə çevrilmişdir. Donanmanın və marşrut şəbəkəsinin genişləndirilməsi, beynəlxalq təhlükəsizlik və xidmət standartlarının tətbiqi, həmçinin ixtisaslı aviasiya kadrlarının hazırlanması AZAL-ın fəaliyyəti müddətində əsas strateji prioritet olaraq qalır", - AZAL-dan bildirilib.

Qeyd edilib ki, hazırda AZAL-ın donanmasında "Boeing", "Airbus" və "Embraer" tipli 30-a yaxın müasir və yüksək komfortlu hava gəmisi mövcuddur. 2032-ci ilədək donanmanın 50-dən çox təyyarə ilə genişləndirilməsi planlaşdırılır. Bundan əlavə, AZAL yerli aviasiya kadrlarının peşəkar pilot kimi yetişdirilməsinə investisiya edərək insan kapitalının inkişafına əhəmiyyətli töhfə verir. Bu hədəflərin hər biri AZAL sərnişinlərini rahat səyahət imkanları ilə təmin etmək missiyasına xidmət edir.

AZAL-ın daim genişlənən marşrut şəbəkəsi Azərbaycanın qlobal miqyasda hava əlaqələrini gücləndirərək ölkədə nəqliyyat və turizm imkanlarının inkişafında əhəmiyyətli rol oynayır:

"Belə ki, 2022-ci ildən bu günə kimi sərnişinlərin yeni mədəniyyətləri kəşf edə biləcəyi istiqamətlərin sayı təxminən iki dəfə artıb. Hazırda AZAL sərnişinlərinə dünyanın müxtəlif regionlarında yerləşən çoxsaylı şəhərlərə birbaşa uçuşlar təklif edir. Marşrut şəbəkəsinin ardıcıl şəkildə genişləndirilməsi həm işgüzar səfərlər, həm də turistik səyahətlər üçün daha geniş seçim imkanı yaradır, həmçinin Azərbaycanın əsas tranzit mərkəzi kimi mövqeyini daha da möhkəmləndirir".

Məlumatda vurğulanıb ki, fəaliyyət göstərdiyi bütün dövrlər ərzində AZAL uçuş təhlükəsizliyini əsas prioritet kimi qoruyaraq əməliyyat proseslərini beynəlxalq aviasiya standartlarına uyğun şəkildə inkişaf etdirib. Pilotların hazırlanması ilə yanaşı texniki heyət və kabin əməkdaşlarının bilik və bacarıqlarının inkişaf etdirilməsi üçün təlim proqramları həyata keçirilir. Yerli mütəxəssislərin həm ölkə daxilində, həm də beynəlxalq səviyyədə praktiki təlimlərə cəlb olunması Azərbaycanda peşəkar aviasiya mühitinin formalaşmasına mühüm töhfə verir.

Eyni zamanda, beynəlxalq aviasiya qurumları ilə əməkdaşlıq çərçivəsində təhlükəsizlik, texniki xidmət və əməliyyatların idarə olunması sahələrində qabaqcıl təcrübələr tətbiq edilir. Bu yanaşma ölkənin milli aviadaşıyıcısına sərnişinlərə etibarlı, təhlükəsiz və yüksək keyfiyyətli xidmət təqdim etməyə imkan yaradır.

Təsadüfi deyil ki, 34 illik fəaliyyəti ərzində AZAL xidmət keyfiyyəti, təhlükəsizlik standartları və sərnişin məmnuniyyəti sahəsində əldə etdiyi nəticələrlə müxtəlif nüfuzlu mükafatlara layiq görülüb. 2015-ci ildə Böyük Britaniyanın dünyaca məşhur və aviaşirkətlərin xidmət keyfiyyətinin qiymətləndirilməsi sahəsində ən mötəbər konsaltinq şirkəti "Skytrax" Azərbaycan Hava Yollarına nüfuzlu "4 ulduz" reytinqi verib. 2025-ci ildə isə AZAL artıq 5-ci dəfə sözügedən mükafatla təltif olunub.

Bununla yanaşı, "SkyTrax" şirkəti 2018-ci ildə AZAL-ı "Mərkəzi Asiya və Hindistanda ən yaxşı regional aviaşirkət" kimi tanıyıb. Bu nailiyyətin üzərindən çox keçmədən, 2020-ci ildə aviasiya analitik-sorğu nəşri olan "Official Airline Guide" ("OAG") Azərbaycan Hava Yollarını Avropanın 2019-cu ilin ən punktual aviaşirkəti kimi tanıyıb. Ötən il isə AZAL "Skytrax" təşkilatının keçirdiyi "World Airline Awards 2025" mükafatı çərçivəsində "Mərkəzi Asiya və MDB üzrə ən yaxşı regional aviaşirkət" nominasiyasının qalibi elan olunub.

Azərbaycanın milli aviadaşıyıcısı üçün xüsusi əhəmiyyət daşıyan hadisələrdən biri 2021-ci ildə uzun fasilədən sonra Qarabağ səmasında milli naviqasiya sistemlərinin radioçağırış siqnallarının yenidən ötürülməsi olub. Bu siqnalları ilk qəbul edən məhz AZAL təyyarələri olub.

"34 illik bu inkişaf yolu ərzində əldə olunan uğurlar AZAL-ın regionda rəqabətqabiliyyətli mövqeyini və beynəlxalq aviasiya məkanında etibarlı daşıyıcı kimi nüfuzunu bir daha təsdiqləyir.

AZAL-ın gələcəyə yönəlmiş inkişaf strategiyası yalnız sərnişinlərə təhlükəsiz və rahat uçuş təcrübəsi təqdim etməyi deyil, eyni zamanda ölkəmizi qlobal hava məkanlarında etibarlı şəkildə birləşdirən mühüm nəqliyyat qovşağı kimi möhkəmləndirməyi hədəfləyir", - məlumatda qeyd edilib.

TodayPress TV

NEWS FEED
31 JULY 2026
Gürcüstanda ölkəni işıqsız qoyan qəzanın səbəbi açıqlandı 10:20 II Dünya müharibəsində 27 gəmi batıran Hitlerin sevimli gədəbəyli admiralı Viktor Ern kimdir? - VİDEO 10:20 Ərəb qaçqınları İspaniyaya daraşdı - Minlərlə insan bir anda sərhədi keçdi 10:17 Azərbaycan nefti bahalaşdı 10:09 Nepal millisi nüfuzlu turnirdən kənarda qala bilər 09:58 Prezident Sadır Japarovu Azərbaycana dövlət səfərinə dəvət etdi 09:58 Azərbaycan və Qırğızıstan arasında sənədlərin mübadiləsi olub - YENİLƏNDİ 09:12 Azərbaycan və Qırğızıstan yeni iş yerləri açacaq 09:49 Azərbaycan Prezidenti yeni hədəflər göstərdi 09:45 NBA-da qalmaqal: Yeni müqavilədən sonra məhkəməyə müraciət etdi 09:30 Azərbaycanın gənc pəhləvanları dünya çempionatında növbəti sınağa çıxır 09:40 Azərbaycan və Qırğızıstan prezidentləri mətbuata bəyanatlarla çıxış edirlər 09:39 İran ABŞ-nin Küveytdəki hərbi bazasını vurdu -VİDEO 09:35 Lamin Yamalın ekstravaqant görünüşünün sirri açıqlandı 09:27 Futbolda yeni qarşıdurma: UEFA-nın dünya çempionatı planı üzə çıxdı 09:24 Qırğızıstan Prezidenti Heydər Əliyev ordeni ilə təltif edilib 09:17 Sadır Japarov İlham Əliyevi Qırğızıstanın ali dövlət mükafatı – "Manas" ordeni ilə təltif edib 09:16 “Brent” neftinin qiyməti açıqlandı 09:10 Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında Müqavilə imzalanıb 09:05 Çolpon-Ata və Şuşa şəhərləri qardaşlaşıb 09:02 Qırğızıstan Prezidenti: Qırğızıstan və Azərbaycan bir-birinin simasında etibarlı dost qazanıblar 09:00 Danlanan basketbolçu NBA Yay Liqasının MVP-si oldu və “Qolden Steyt”ə keçdi 08:56 Rusiyaya PUA hücumu: Neft zavodları və iri logistika mərkəzləri vuruldu -VİDEO 08:52 İraoladan İsak mesajı: “Mövsümün əsas simalarından biri olacaq” 08:45 Dünya futbolunda gərginlik: FIFA-dan mühüm bəyanat 08:42 All News