Aydın Bəkirov: “Yeni nəsil qatarlar sərnişinlər üçün daha səssiz və təhlükəsiz olacaq”

Aydın Bəkirov: “Yeni nəsil qatarlar sərnişinlər üçün daha səssiz və təhlükəsiz olacaq”
07.11.2025 10:46 Cəmiyyət

“Bakı Metropolitenində yeni alınmış qatarlardan üçü xəttə buraxılmağa hazırlanır. İlin sonuna qədər daha üç qatarın da istifadəyə verilməsi planlaşdırılır”.

TodayPress TV xəbər verir ki, bunu Bakı Metropoliteninin Depolar üzrə iş Departamentinin baş mühəndisi Aydın Bəkirov deyib.

Onun sözlərinə görə, yeni nəsil qatarlarda tətbiq olunan texnoloji yeniliklər həm idarəetmə sistemini müasirləşdirib, həm də sərnişinlərin rahatlığını artırıb:

“Əvvəlki modellərlə müqayisədə bu qatarlarda idarəetmə sistemi tam yenilənib, daha müasir proqram təminatı ilə təchiz edilib. Bu, istismar zamanı yarana biləcək hər hansı nasazlığın maşinist tərəfindən operativ və çevik şəkildə aradan qaldırılmasına imkan verir”.

Baş mühəndis bildirib ki, yeni qatarların salon hermetikliyi də gücləndirilib:

“Bu, daxildə səs səviyyəsinin azalmasına, daha sakit və komfortlu səyahət şəraitinin təmin olunmasına xidmət edir”.

Aydın Bəkirov vurğulayıb ki, Bakı Metropoliteninin əsas məqsədi sərnişinlərin təhlükəsiz, rahat və vaxtında mənzil başına çatdırılmasıdır:

“Qatarların xəttə buraxılması prosesi mərhələli şəkildə həyata keçirilir. Hər bir texniki detal diqqətlə yoxlanılır. Bizim üçün əsas məsələ sərnişin təhlükəsizliyidir, buna görə də metropoliten kollektivinin gündəlik işi məhz bu məqsədə xidmət edir”.

Qiymət Mahir

TodayPress TV 

NEWS FEED
30 JULY 2026
Sinsinnati azarkeşlərinin gözlədiyi xəbər rəsmiləşdi 17:01 SON DƏQİQƏ: İran hava məkanına daxil olan PUA vuruldu 17:01 Kərim Kərimovun yaşadığı binaya xatirə lövhəsi vurulacaq 16:57 Eddi Hau göz yaşları ilə “Nyukasl”a vida etdi 16:48 Rusiya çözüldü: Ukrayna boş yerləri tapdı 16:36 Prezident İlham Əliyev Qırğızıstanda səfərdədir 16:36 “Real”ın gənc müdafiəçisi uzun müddət oynaya bilməyəcək 16:31 Bu ərazilərdə işıq olmayacaq 16:29 Türkiyə millisinin ulduzu “Fənərbağça”nın radarında 16:11 Bəzi yerlərdə küləkli hava müşahidə edilir - FAKTİKİ HAVA 16:03 Ev telefonları artıq işləməyəcək - Xidmət dayandırıldı 15:55 İraqlı nazir Ərdoğanla görüşdə imza böhranı yaratmışdı - Arxasından İran kəşfiyyatı çıxdı 15:54 İtaliya ABŞ rekordunun qarşısını ala bilmədi 15:41 Rusiyada parçalanma başladı: İqtidar içindən sökülür 15:35 “Uilyams” Sayns insidenti ilə bağlı diqqətçəkən açıqlama verdi 15:30 Ukraynada azərbaycanlıların olduğu gəmiyə DRON HÜCUMU EDİLDİ 15:24 Böyük əfv gündəmdə: Rəşad Dağlının adı siyahıdadır 15:20 “Real”ın ulduzu klubdan rekord bonus istəyir 15:17 “Arsenal” Kenan Yıldız üçün İtaliyaya nümayəndə göndərdi 15:13 İlham Əliyev Qırğızıstana səfər edəcək 15:11 SEPAH: 3 ədəd F-35 qırıcısı vurduq - İDDİA 15:00 Çinin İrana 400 raket verəcəyi xəbəri ölkəni silkələdi 15:00 Azərbaycanın Pakistandakı səfiri diplomatik missiyasını başa çatdırır 14:56 Mundialda növbəti uğursuz gün: Qadın güləşçilərimiz uduzdu 14:40 Avqusta hazır olun! - Güclü istilər gəlir 14:28 All News