Avtobuslar niyə vaxtında gəlmir? - AÇIQLAMA

Avtobuslar niyə vaxtında gəlmir? - AÇIQLAMA
30.01.2026 15:55 Cəmiyyət

İctimai nəqliyyatda avtobusların təyin olunmuş intervallara əməl etməməsi sərnişinlərin ən çox narazı qaldığı məsələlərdən biridir. Görülən tədbirlərə baxmayaraq, bir çox marşrut üzrə gecikmələr hələ də tam aradan qaldırılmayıb və bu da dayanacaqlarda uzun gözləmə müddətlərinə səbəb olur.

Mövzu ilə bağlı nəqliyyat eksperti Raqif Raufoğlu TodayPress TV-yə bildirib ki, avtobusların vaxtında hərəkət etməməsi təkcə nəqliyyatın deyil, ümumilikdə şəhərsalmanın problemləri ilə bağlıdır. 


Onun sözlərinə görə, bu sahədə müəyyən irəliləyişlər müşahidə olunsa da, problemi tam həll etmək üçün zamana ehtiyac var: 

"Avtobus zolaqlarının yaradılması vəziyyəti xeyli yaxşılaşdırıb. Xüsusilə bəzi ərazilərdə avtobusların hərəkəti GPS sistemləri vasitəsilə izlənilir və gecikmələr real vaxt rejimində monitorlara ötürülür. Beləliklə, sərnişinlər avtobusun neçə dəqiqə gecikəcəyini əvvəlcədən görə bilirlər. Müasir texnologiyalar baxımından bu cür sistemlərin tətbiqi çətin deyil".

Ekspert əlavə edib ki, bir sıra ölkələrdə ictimai nəqliyyat üçün daha inkişaf etmiş mexanizmlər mövcuddur. Məsələn, bəzi şəhərlərdə svetoforlar avtobusları tanıyır və onlara hərəkətdə üstünlük verir. Azərbaycanda isə bu cür texnologiyalar hələ tətbiq olunmayıb:

"Avtobusların gecikməsinə səbəb olan amillərdən biri də ümumi yol infrastrukturudur. Yollarda hərəkətin mədudlaşdırılması, yol-nəqliyyat hadisələri və sıxlıq ictimai nəqliyyata da birbaşa təsir edir. Xüsusilə bütün ərazilərdə avtobus zolaqlarının salınmasının mümkün olmaması problemləri artırır. Bəzi küçə və prospektlərdə digər nəqliyyat vasitələrinin hərəkəti üçün güzəştə getmək məcburiyyəti yaranır. Gecikmələrin bir hissəsi sürücü amili ilə bağlı ola bilər. Bu cür hallar isə nəzarət sistemləri vasitəsilə izlənilir və müvafiq tədbirlər görülür. Digər hallarda isə problem sürücüdən asılı olmur və ümumi yol şəraitindən qaynaqlanır".  

Raqif Raufoğlunun fikrincə, avtobus zolaqlarının tətbiqindən sonra müsbət dəyişikliklər açıq şəkildə hiss olunur. Tam ideal sistemin qurulması hələ real görünməsə də, görülən işlər onu deməyə əsas verir ki, ictimai nəqliyyatın inkişafı istiqamətində düzgün yol seçilib.

Türkan İsgəndərli

TodayPress TV

NEWS FEED
31 JULY 2026
“Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Zelenski ABŞ-yə “Patriot” məsələsini unutmağa qoymadı 20:00 İspaniya ölkəyə qanunsuz “soxulan” miqrantların yarısını “qovdu” 19:47 Prezidentin Qırğızıstana səfəri başa çatdı 19:37 Bəraət istəyən separatçılar cavab gözləyir - Məhkəmə qərarını hazırlayır 19:34 Paşinyan hökuməti “dağılır” - Bakı ilə sülh prosesini aparan komanda dəyişəcək? 19:19 Sərxoş sükan arxasına keçdi, narkotik istifadə etdi - Amma deportasiya olunmadı, çünki… 19:08 Sahibə Qafarovadan Cənubi Afrikaya niyə getdi? - Vacib səfər 19:02 Müxalifətçi oliqarxın zavodu dövlət nəzarətinə keçdi 18:51 Kommunal xidmətlər kəskin bahalaşacaq - Müharibənin növbəti nəticəsi 18:35 Azərbaycanlı məşhur blogger həbs olunacaq? - SƏBƏB 18:25 Gülxanım Şirinova bürünc medal qazana bilmədi 18:14 Trampın Qəzza ilə bağlı yeni planı İsrail və HƏMAS-a “sərf etməyəcək” 18:08 Məsafə əsaslı avtomobil nəqliyyatı xidmətinə görə subsidiyanın ödənilməsi qaydası təsdiq edilib 17:55 Birinci xanım Mehriban Əliyeva Çolpon-Atada "Altın-Balalık" sağlamlıq və reabilitasiya mərkəzi ilə tanış olub 17:52 "Bank BTB"nin lisenziyası ləğv edilib, "T-Kredit" BOKT-a lisenziya verilib 17:48 Polşa Rusiyadan hesabat tələb etdi 17:44 Əhalinin Siyahıyaalınmasına Yardım üzrə Mərkəzi Komissiya yaradılacaq 17:20 Sançes baş verənlərdən şoka düşüb: ərazimizə hücum edirlər 17:15 İspaniyada 25 mindən çox miqrant Mərakeşə geri qaytarıldı 17:02 Rassellin gələcəyi ilə bağlı gözlənilməz açıqlama 16:50 Dezinformasiyalar sosial həyatımızı təhlükə altına aldı – Prezident müdaxilə etməli oldu. 16:45 FIFA-dakı qalmaqal böyüyür: daha bir istefa gəldi 16:39 Küveyt İranın pilotsuz uçuş aparatlarını vurdu 16:15 All News