Daha bir gəmi dron hücumuna məruz qaldı – Azərbaycanlı dənizçilər xilas edildi - VİDEO

Daha bir gəmi dron hücumuna məruz qaldı – Azərbaycanlı dənizçilər xilas edildi - VİDEO
20.07.2026 10:27 Cəmiyyət

Qara dənizdə mülki ticarət gəmilərinə qarşı hücumlar davam edir. "Babylon" adlı quru yük gəmisi Rusiyanın Anapa şəhəri yaxınlığında pilotsuz uçuş aparatının (PUA) hücumuna məruz qalıb.

TodayPress TV xəbər verir ki, bu barədə Musavat.com-un əldə etdiyi məlumata görə, hücum nəticəsində gəmi zədələnsə də, ekipaj üzvlərinin təhlükəsizliyi təmin edilib.

Gəmidə olan dənizçilər təxliyə edilərək yaxın limana çatdırılıblar. İlkin məlumatlara əsasən, ekipaj üzvləri arasında ölən və ya ağır yaralanan olmayıb.

Hadisənin hansı tərəfin hücumu nəticəsində baş verdiyi barədə rəsmi açıqlama verilməyib. Son günlər Qara dəniz və Azov dənizi akvatoriyasında Rusiya-Ukrayna müharibəsi fonunda mülki yük gəmilərinə qarşı dron hücumlarının sayı artıb. Beynəlxalq Dəniz Təşkilatı (IMO) da mülki gəmiçilik üçün təhlükələrin artdığı barədə xəbərdarlıq edib.

Xatırladaq ki, bundan bir neçə gün əvvəl Odessa sahilləri yaxınlığında "Atlas Bey" yük gəmisi də dron hücumuna məruz qalmışdı. Həmin gəmidə 11 azərbaycanlı dənizçi olub.

Hücum nəticəsində gəminin kapitanı, azərbaycanlı Səməd Nəsrullayev həlak olmuş, digər ekipaj üzvləri isə təhlükəsiz şəkildə təxliyə edilmişdilər.

Hazırda "Babylon" gəmisi ilə bağlı zərərin miqyası və insidentin digər detalları üzrə araşdırmalar davam edir.

TodayPress TV

XƏBƏR LENTİ
21 IYUL 2026
Bu 10 vərdiş ömrünüzü qısaldır - Həkimlərdən ciddi xəbərdarlıq 01:06 Sevgi, pul, iş… Bu gün bürcləri nələr gözləyir? 00:55 Kondisionerin gizli təhlükələri üzə çıxdı - Həkimlər xəbərdarlıq edir 23:59 Sankt-Peterburq yaxınlığında sənaye parkı alova büründü - VİDEO 01:27 Çabahar hədəfə alındı - VİDEO 01:15 Rusiya PUA ilə ticarət mərkəzini vurdu - VİDEO 00:47 ABŞ İrana qarşı yeni zərbələrə başladı - TƏCİLİ 00:30 İranda partlayış səsləri eşidildi 00:24 İordaniyada ard-arda partlayış səsləri eşidilib - VİDEO 00:21 İranda Fransa səfirliyinin iki əməkdaşı saxlanıldı - SƏBƏB 00:04 UEFA prezidenti DÇ-nin final matçına getmədi - SƏBƏB bu imiş 23:34 Salyanda dəhşətli qəzada ölənlərin sayı artdı 18:50 Atasının idarə etdiyi aqreqat 3 yaşlı qızın sonu oldu – Dəhşətli faciə 23:10 SON DƏQİQƏ: İordaniya İrandan atıldığı iddia olunan raketləri havada məhv etdi 22:52 İlham Əliyev Berlində vacib görüş keçirdi 22:40 İranın zərbəsi beynəlxalq hava limanını hədəfə aldı 22:30 İtaliyanın hərbi attaşesi Rusiyadan qovuldu - Nə baş verir? 22:26 TƏCİLİ: İran Küveyt sərhədinə hərbi texnika yığır - VİDEO 22:13 Ermənilər pomidora görə “ayağa qalxdı” - Azərbaycanla sərhəd ərazidə yol bağlandı 21:59 Messidən finaldan sonra hamını təəccübləndirən addım 21:47 İlham Əliyev Almaniyada rəsmi səfərdədir 21:28 ABŞ-dan İrana növbəti ağır zərbə - Strateji kompleks hədəf alındı 21:25 Dünya çempionatının finalı bitdi, qalmaqal başladı - Messinin komandası araşdırılır 21:11 Tramp bütün hərbi rəhbərliyə göstəriş verdi - Hər əsgərə görə qat-qat ağır bədəl ödəniləcək 20:55 Zelenski və Britaniyanın Baş naziri hərəkətə keçir - İLK DANIŞIQ 20:47 Bütün Xəbərlər